3 May- Beynəlxalq Söz Mətbuat Azadlığı Günüdür

 

Dünən bütün dünyada Beynəlxalq Söz Mətbuat Azadlığı Günü kimi qeyd olundu. Söz mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar. Azərbaycanda da bu bayram geniş rəngarənk şəkildə qeyd olunmaqdadır.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qəzetimizə verdiyi açıqlamasında ölkəmizdə 3 may gününü azad mətbuat günü kimi qeyd olunmasının  yaxşı ənənə olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə bu günlə bağlı müxtəlif səpkidə tədbirlər keçirilib: "Unutmayaq ki, bu bayramın ümumdünya mətbuat azadlığı günü kimi qeyd olunmasının tarixi çox gəncdir. Düşünürəm ki, növbəti illərdə bu bayramın Azərbaycanda daha təntənəli surətdə qeyd olunması üçün lazımi işlər görüləcək".

A.Quliyev mətbuatın durumu ilə bağlı onu bildirdi ki, bütün ölkələrdə azad mətbuat məsələsində problemlər var. Çünki azad mətbuat elə bir təzahür fomasıdır ki, bunun minumum maksimum həddini müəyyən etmək çətindir: "Hər bir ölkədə problemlər var. Amma Azərbaycanda yaxşı cəhət ondan ibarətdir ki, azad, etik mətbuatın yaranması formalaşması üçün geniş hərtərəfli işlər görülür. Düşünürəm ki, bizim azad, etik mətbuat prinsipləri çərçivəsində rəqabətə davam gətirmək üçün göstəricilərimiz uğurludur".

A.Quliyev onu da əlavə etdi ki, ölkədə "reket" jurnalistika çox yayılıb: "Azərbaycanda "reket" jurnalistika çox pis problemə çevirilib əndazəsini aşıb. Onun qarşısının alınması üçün indiyə qədər görülən işləri sadəcə davam etdirmək lazımdır. Bilirsiniz ki, həmin qəzetlərin, baş redaktorların adları ictimaiyyətə elan olunub. Həmçinin, "reket" jurnalistika ilə bağlı mübarizənin üçüncü mərhələsinə başlamışıq. Bu da təkcə qəzetlərin özünə qarşı mübarizə aparmaq yox, "reket" jurnalistləri, qəzetləri himayə edən müxtəlif strukturların özlərinə qarşı mübarizə mərhələsidir. Mətbuat Şurası bununla bağlı xüsusi bəyanat da yayıb. Açıq şəkildə bildirmişik ki, "reket" qəzetlərin bir qismi, təəssüf ki, müəyyən dövlət məmurları tərəfindən himayə olunur. Bu mərhələni uğurla yekunlaşdıra bilsək, "reket" qəzet deyilən qorxulu təzahürün xeyli hissəsini aradan qaldıra bilərik".

"Həftə içi"  qəzetinin baş redaktoru Sevinc Seyidova, ilk öncə, 3 may ümumdünya söz azadlığı gününün yaranma ğarixindən danışdı. Bildirdi ki, 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədi ilə bütün dünya dövlətlərinə mətbuat azadlığının demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi"ni qəbul ediblər: "Bununla əlaqədar BMT Baş Assambleyası 1993-cü ildə 3 may tarixini Beynəlxalq Söz Mətbuat Azadlığı Günü kimi qeyd etmək barədə qərar qəbul edib. Media təmsilçiləri üçün kifayət qədər əlamətdar olan bu gün artıq 17 ildir qeyd olunur". S.Seyidova bu əlamətdar günlə bağlı bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda müxtəlif tədbirlər keçirildiyini bildirdi: "Azərbaycanda dövlətin diqqət qayğısı sayəsində müstəqil mətbuat formalaşıb. Əgər əvvəllər qəzetlərin böyük hissəsi müxtəlif dairələrin maliyyə asılılığında idisə, artıq bu problem Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə aradan qaldırılır".

S.Seyidova onu da bildirdi ki, mətbuatın inkişafı ilə bağlı bir sıra tədbirlərin görülməsi nəticəsində Azərbaycan mətbuatı Cənubi Qafqazın ən demokratik azad mətbuatına çevrilib. Bu uğurlar, təbii ki, bundan sonrada davam etdiriləcək.

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz qeyd etdi ki, bu günün beynəlxalq söz mətbuat azadlığı günü kimi qeyd olunması dünyadakı jurnalistlərinin həmrəyliyinin təcəssümü hesab oluna bilər: "Söz azadlığı həmişə gündəmdədir. Azərbaycan mətbuatı kifayət qədər söz azadlığına malikdir. Təəssüf ki, bəzi qəzetlər söz azadlığından sui-istifadə edərək, təhqirə, şantaja yol verirlər. Bütün bunlarla yanaşı, söz azadlığı demokratiyanın ən lazımlı atributlarından biridir".

Y.Oğuz onu da bildirdi ki, Azərbaycan mətbuatının inkişafı üçün mükəmməl qanunvericilik bazası yaradılıb: "Ölkədə söz ifadə azadlığı  mövcuddur. Prezident yanında KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması müstəqil mətbuatın  formalaşmasına müasir dövrün tələblərinə uyğunlaşmasına təkan verəcək".

 

 

SEVİNC NƏZƏROVA

 

Səs.- 2010.- 4 may.- S. 10.