Heydər Əliyev hər bir azərbaycanlının qəlbində yaşayacaq

 

Dünən Səbail rayon Qarabağ müharibəsi veteranları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirdi.

Tədbirdə AVMVB Səbail rayon şöbəsinin sədri İlham Əliyev çıxış edərək, bildirdi ki, istər keçən əsrin 70-ci illərində, istərsə , müasir dövrdə Azərbaycanda dahi lider Heydər Əliyev veteranlara həmişə diqqət qayğı göstərib. İlham Əliyev çıxışı zamanı Qarabağ savaşında iştirak edən döyüşçülərin qəlbinə əbədi həkk olunan ümummilli liderimiz Heydər Əliyevin yenicə müstəqillik qazanmış respublikamızın qarşılaşdığı çətinliklərdən onların aradan qaldırılmasında göstərdiyi misilsiz xidmətlərindən ətraflı danışdı.

Yığıncaqda millət vəkilləri Rövşən Rzayev, Fuad Muradov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rasim Mirzəyev çıxış edərək, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması möhkəmlənməsi, ölkə iqtisadiyyatının dirçəldilməsi, dövlət ordu quruculuğu sahəsində gördüyü işlərdən, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev ulu öndərlə bağlı xatirələrindən danışdılar.

Tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov öz çıxışında qeyd edərək, bildirdi ki, ulu öndərimiz Heydər Əliyev tarixin çox az yetişdirdiyi elə nadir şəxsiyyətlərdəndir ki, O, hələ sağlığında ölməzlik qazanmış, Azərbaycan xalqının ümummilli lideri səviyyəsinə yüksəlmişdir. A.Əsgərov qeyd etdi ki,  Heydər Əliyevin bir siyasətçi, dahi dövlət xadimi kimi  ömrü yaşadığı illərə sığmır: "Buna görə , Heydər Əliyevin siyasəti, ideyaları yaşayır. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, görülən işlər onun uğurları,  böyük nəticələri, əslində, Heydər Əliyevin ideyalarının təntənəsidir.  Heydər Əliyev bildirirdi ki, qədər Azərbaycan var, mən olacam. qədər Azərbaycan yaşayacaq,  mən yaşayacam. Buna görə , konfrans "Heydər Əliyev Azərbaycan" adlandırıldı. Düşündük ki, Heydər Əliyevin çoxşaxəli fəaliyyətini, zəngin həyatını biri-biri ilə sıx bağlı  olan bu ifadələrlə əks etdirmək olar."

A.Əsgərov ümummilli liderimiz Heydər Əliyevin hərbçilərə həmişə diqqət qayğı ilə yanaşdığını, onların problemlərinin həllinə çalışdığını, müharibə veteranlarına, şəhid ailələrinə xüsusi diqqət göstərilməsini hamıdan tələb etdiyini bildirdi: "Ulu öndərimiz Heydər Əliyev kursunu uğurla davam inkişaf etdirən Prezidentimiz İlham Əliyev tərəfindən müharibə veteranları şəhid ailələrinə göstərilən  ehtiram qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür, müvafiq fərman sərəncamlar imzalanmışdır". 

Ulu öndərimiz Heydər Əliyev irsinin öyrənilməsi, Onun ideyalarının gənclərə, xüsusilə, ordu sıralarında xidmət edən əsgərlərimizə çatdırılmasında müharibə veteranlarının da böyük rolu olduğunu vurğulayan A.Əsgərov onlara bütün bu işlərdə uğurlar arzuladı. Rayon rəhbəri ulu öndərin anadan olmasının ildönümü ərəfəsində Səbail rayonunda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verdi.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının bir qrup üzvünə Yeni Azərbaycan Partiyasının üzvlük biletləri təqdim olundu.  

Sonda çıxış edən veteranlar ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad olunmasına hər zaman hazır olduqlarını bildirdilər ölkə başçısının siyasətini hər zaman dəstəkləyəcəklərini bildirdilər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 5 may.- S. 7.