Bu gün üçün dərs
Şuşanın
işğalından 18 il keçir
Azərbaycan ərazisinin dilbər guşəsi hesab edilən Şuşa Qarabağ xanlığının əsas strateji nöqtəsi idi.Şuşa qalasının tarixi keçmişini yada salmaq indiki vaxtda yerinə düşmüş olar. Bu xanlığın əhalisini Azərbaycan türkləri təşkil edirdi. Xanlığın əsasını qoyan az vaxt içində Qarabağda öz hakimiyyətini qura bilən Pənahəli xan (1748-1763) idi. Məlikliklər olan Vərəndə,Xaçın,Dizaq,Çəlibörd,Gülüstan Qarabağ xanlığına tabe oldu.Pənahəli xan daxildə baş qaldıran feodalların və məliklərin iğtişaşlarını yatırdıqdan sonra 1748-ci ildə tikdirdiyi bayat qalasında qalmaqdan ehtiyatlanırdı. Ona görə də, xanlığın iqamətgahını daha etibarlı yerə köçürdü və bu ərazidə qala tikdirdi. Bu yer Şuşa qalası idi.Qalanın tikintisi 1757-ci ildə tamamlandı. İlk vaxtlar Pənahəli xanın adını daşıyırdı,sonradan Şuşa qalası adlandırıldı. Pənahəli xanın oğlu İbrahimxəlil xanın (1763-1806) vaxtında xanlıq daha da möhkəmləndi.
XVIII əsrin axırlarında xanlıq
dəhşətli faciələrlə üzləşdi.
İran şahı Ağa Məhəmməd Qacar 1742-
1796-1797),1795-ci ilin iyul ayında 85 minlik qoşunla Xudafərin
körpüsünü keçərək,Qarabağ
xanlığı üzərinə hücuma keçir və
Şuşa qalasını mühasirəyə alır.
Qacar şəhəri iki tərəfdən
mühasirəyə alır, iri toplardan şəhərə
daş və mərmi yağdırır. Qala 33 gün
mühasirədə saxlandıqdan sonra şah sonra öz
qoşununu Gürcüstana yeridir.Tiflisi işğal edir və
20 min əsir götürüb, İrana dönür.
Rus
çarı I Pavel 1797-ci ildən Azərbaycan və
Dağıstan ərazilərindən rus ordularını geri
çağırmaq haqqında göstəriş verir. Bu
hadisədən xəbər tutan İran şahı Qacar
1797-ci ilin yazında ikinci dəfə Qarabağ
xanlığına yürüş etdi.Şuşa İran
şahı tərəfindən işğal edilir.
Bu
hadisələrin baş verdiyi vaxt bir ovuc erməninin, nəyin
bahasına olursa-olsun, Qarabağı Rusiyanın
tərkibinə daxil etdirib və bu yerlərdə əl-qol
açaraq, erməni məliklikləri yaratmaq
niyyətlərini həyata keçirməyə
çalışırdılar.
Tarixi mənbələrdə belə
söylənilir ki,guya 1797-ci ildə Ağa Məhəmməd
şah Şuşanı heç bir müqavimət
görmədən işğal etmişdir. İbrahimxəlil
xan isə qalanı, əhalini başlı-başına qoyaraq,
ailəsi ilə və bir dəstə bəylərlə
Car-Balakənə qaçmışdır. Heç
inanmaq olmur ki,düşmənlərinə qarşı
dəyanətlə vuruşan və ona tələfat verən
İbrahimxəlil xan indi hər şeyi, əhalini başsız
qoyub qaçsın. Şübhəsiz, bu, belə
olmamışdı.
Fransız
tarixçi alim Jan Gevr Fransəvinin İranda farsca çap
olunmuş "Xacə tacidar" ("şah")
əsərində bu məsələlər
açılıb.
Tarixçi
yazır ki,1797-ci il Qacarın hücumu zamanı
"...İbrahim xan elan etmişdi ki, kim istəsə
çətin ayaqda öz ailəsi ilə birlikdə
şəhəri tərk edə bilər.
O,
özü gecə qoçaq adamlarından 200 nəfər
götürüb, xəlvət yoldan çıxaraq
düşmənin arxasına keçdi.İran topxanasına
arxadan hücum etdi. Topları ələ keçirdi. Geriyə
qayıdanda gördü ki,yol bağlanıbdır. Qacar
qoşunları Hacı Babək adlı Şuşa
müctəhidinin vasitəçiliyi ilə
şəhərə daxil olmuşdur".
Müəllif
qarabağlıların mənəvi cəhətdən Qacar
ordularında üstün olduğunu göstərir. Onun mülahizələrinə görə,
Qacarın orduları İranın cənubundan olub,
müxtəlif tərkibli idi. İbrahim xan öz
adamlarının hamısını tanıyırdı.
Şuşalılar qətiyyətlə
döyüşürdülər.Qarabağlılar öz
yerlərinə yaxşı bələd idilər.
İbrahim
xan çox bacarıqlı, ağıllı və
işbilən adam idi. Qarabağ xanı qala
qapılarının bağlı olduğuna görə geri
dönə bilmədi. O, düşmən əhatəsini
yarıb Dağıstan tərəfə, qohumu avar hakimi Umma
xana pənah gətirdi.
...Azərbaycan
dövlət müstəqilliyini çətin və
mürəkkəb beynəlxalq şəraitdə əldə
edə bilmişdi. Sovet dövlətinin
süqutu ilə "soyuq müharibə" sona
çatmış, beynəlxalq menasibətlər sistemi aradan
qalxmış, qloballaşma prosesləri sürət
götürməyə başlamışdı.
Azərbaycanın dövlət müstəqilliyini az bir vaxtda
dünya dövlətlərinin çoxu
tanımışdı. Onu, ilk olaraq, 1991-ci il noyabrın
9-da Türkiyə Respublikası tanıdı. 1993-cü
ildə Azərbaycanın dövlət müstəqilliyini
artıq 116 dövlət tanıyıb, 70 xarici dövlət
isə Azərbaycanla diplomatik əlaqə
yaratmışdır.
Bununla
belə, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün dünya
dövlətlərinin təsirli dəstəyini əldə
etmək, müharibəni başa çatdırmaq
mümkün olmadı.
Belə bir şəraitdə Ermənistan və Dağlıq
Qarabağdakı erməni silahlı birləşmələri
əvvəl sovet,sonra rus hərbi qüvvələrinin
köməyi ilə Dağlıq Qarabağda irimiqyaslı
hərbi əməliyyatlar keçirmiş,əlverişli
strateji mövqelər tutmuş,azərbaycanlıları öz
doğma torpaqlarından qovub
çıxarmağa başlamışlar. 1991-ci il
sentyabrın ilk günündə burada qeyri-qanuni bir
qurum-oyuncaq "Dağlıq Qarabağ Respublikası"
yaradılmışdı. 1991-ci il noyabrın 26-da isə
Azərbaycanın Ali Soveti DQMV-nin stasunu ləğv
etdi.Erməni faşist ordularının
müvəffəqiyyət əldə etməsinin əsas
səbəblərindən biri
xəyanət,səriştəsizlik idisə,digəri
Azərbaycanda ordu quruculuğunun formal xarakter
daşıması idi.
Azərbaycan
iqtidarı hərbi hissələrin müəyyən
qüvvələrinin təsirinə düşüb ona
qarşı çıxacağından qorxaraq, ilk vaxtlar sovet
qoşununa, sonra isə Rusiya silahlı
qüvvələrinə meyil göstərməyi
nəzərdə tuturdu.
1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi
yaradıldı.General Valeh Bərşadlı müdafiə
naziri təyin edildi.Erməni hərbi hissələri rus
ordusunun köməyi ilə Dağlıq Qarabağın
azərbaycanlılar yaşayan kəndlərinin
ərazilərinə hücumlarını artırdılar.
1991-ci il dekabrın sonlarında Kərgicahan
qəsəbəsinə erməni quldur dəstələrinin
hücumu başlandı. Ermənilər ilk dəfə odlu
silahlarını işə saldılar. Çətin
döyüşlərdə 30 azərbaycanlı əsgər
igidlik göstərərək, həlak oldu. 1992-ci il
yanvarın 19-da Kərgicahan düşmən
əlinə keçdi və yandırıldı. Yanvarın
21-də Qeybalı, fevralın 12-də Malıbəyli,
Aşağı Quşçular və Yuxarı Quşçular
kəndləri işğal olundu. Xocalı
və Şuşanın mühasirəsi
yaxınlaşırdı. Azərbaycan ordu hissələri,
xüsusi təyinatlı milis dəstələri və yerli
özünümüdafiə batolyonlarının
müqaviməti nizamsızlıq, əlaqəsizlik,
satqınlıq üzündən baş tutmurdu.
Alınmaz
Şuşanın mühasirəsini yarmaq üçün
Daşaltı tərəfdən Azərbaycan ordu
hissələrinin 1992-ci il yanvarın 25-dən 26-na
keçən gecə keçirdiyi döyüşlər
də bu səbəbdən məğlubiyyətə
düçar oldu. Satqın bələdçilər bir
tağım əsgəri və zirehli texnikanı
minalanmış sahəyə saldılar. Ordu
hissələrindən 33 nəfər həlak oldu, 34
nəfər itkin düşdü, 36 nəfər yaralandı.
Döyüşlərdə erməni tərəfi 150
nəfərədək itki verdi.
Bir
neçə gün sonra Şuşanın mühasirəsini
Ağdam istiqamətində yarmaq məqsədilə
aparılan "Xromot"-Xanabat əməliyyatı da
uğursuzluqla başa çatdı.
Azərbaycanın döyüş
cəbhələrində vəziyyətə təsir etmək
imkanına malik silahlı dəstələrə arxalanan
qüvvələr didişmələrin
,satqınlığın növbəti qurbanları
Şuşa və Laçın oldu.Şuşa
şəhəri uzun vaxt idi ki,mühasirədə
qalmışdı. Şəhərə erməni
daşnak ordularının güclü hücumları
gözlənilirdi. Rusiyanın 366-cı motoatıcı
alayının 180 nəfərlik hərbi
başçılarının 90 ağır hərbi texnika
ilə erməni tərəfə keçmələri
bilinirdi. Alay bu ərazidən Gürcüstana
köçürülərkən, çoxlu sayda hərbi
texnika erməni hərbi hissələrinə verilmişdi.
Şuşa
şəhərinin müdafiəsində cəmi 24
ağır hərbi texnika var idi.Hərbi rabitə pis
vəziyyətdə idi,şəxsi heyətin hazırlıq
səviyyəsi,nizam-intizam pozulmuşdu. Silahlı
qüvvələr arasında narazılıq
başlanmış, eləcə də,
dəstələrdə parçalanma
şiddətlənmişdi. Azərbaycan iqtidarı isə iki
güc nazirliyi (müdafiə və daxili işlər nazirliklərinin)
rəhbərlərinin yaxınlaşmasını
özünə qarşı təhlükə hesab edirdi. Azərbaycan rəhbəri məsuliyyətli vaxtda
diqqəti yayındırmaq məqsədi ilə diplomatik
tələyə düşdü. İran -islam
dövlətinin vasitəçiliyi ilə Ermənistan
rəhbərliyi ilə danışıqlar aparılırdı.
Onlarda arxayınçılıq yaranmışdı.
Minalanmış sahələr
zərərsizləşdirilmiş, əsgərlərin
xeyli hisəsi cəbhə xəttindən
qısamüddətli məzuniyyətə
göndərilmişdir.
Onlarda
arxayınçılıq
yaranmışdı.Minalanmış sahələr
zərərsizləşdirilmiş,əsgərlərin xeyli
hissəsi cəbhə xəttindən qısa müddətli
məzuniyyətə göndərilmişdi.
Şuşa
taboru ştatında 1500-ə yaxın
döyüşçü olduğu halda, hücum vaxtı
vur-tut 500 döyüşçü qalmışdı.
200 könüllü döyüşçü
silahı ilə şəhəri tərk
etmişdi.Şuşadan hərbi texnika,
"Qrad"qurğularının çıxarılmasına
başlanmışdı.Xüsusi milis taborunun
döyüşçüləri 1992-ci ilin mayın 4-də
Şuşanı tərk edib Böyük Kirsdə
mövqedə dayanmışdılar.1992-ci il mayın
7-dən 8-nə keçən gecə erməni vandalları
Şuşa şəhərini güclü artilleriya
atəşinə tutdular.Düşmənin hücumunda 80
"T-72"tankı,6000-ə yaxın
döyüşçü,eləcə də xarici muzdlular
iştirak edirdilər.
Səhərə yaxın
şəhərətrafı postlar düşmən
tərəfindən ələ keçirilmiş,bəzi
sahələrdə milli qüvvələr düşmənə
qarşı igidliklə vuruşurdular.Səhərə
yaxın düşmənin 3 tankı şəhərə
soxula bildi.Azərbaycan Ordusunun 533 saylı tankı
düşmən tankının birini vurub sıradam
çıxartdı,o biri tanklar geri qayıtdılar.
"Qayabaşı"adlı yerdə dayanmış
əsgərlər döyüşü axıra qədər
davam etdirdilər.
Döyüşdə 40 min nəfər əsgərimiz şəhid oldu.Belə bir zamanda müdafiə dəstələrinə köməyə gələn olmadı.Köməyə gələn vertolyot isə səhvən şəhərin müdafiəçilərinin mövqeyini atəşə tutu,piyadalar üçün döyüş maşınını sıradan çıxartdı.Axşama qədər 30-40 müdafiəci Şuşanı tərk etdi.
Alınmaz
Şuşanın süqutu ilə erməni faşistləri
tərəfindən Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinin işğalı başa çatdı.
... Bu gün
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ probleminin
həll olunması istiqamətində çox böyük
işlər görür. Xarici
müşahidəçilər danışıqlarda
həmişə qeyd ediblər ki, İlham Əliyev
danışıqların aparılmasının təmkinli
məcraya düşməsində mühüm iş
görüb. Qarabağ probleminin dinc yolla
həll edilməsinin tərəfdarı olan prezidentimiz, bununla
yanaşı, açıq-aşkar bildirir ki, Azərbaycan
öz torpaqlarını istənilən anda, o cümlədən,
hərbi yolla erməni işğalından azad
etmək,ərazi bütövlüyünü bərpa
etmək üçün bütün imkanları
vardır. Xalqımız torpaqlarımızı
düşməndən azad etmək üçün Prezident
İlham Əliyevın əmrini gözləyir.
Firudun Cümşüdlü
Səs.- 2010.- 5 may.- S. 11.