Ulu öndər Heydər Əliyevin 87-ci ildönümünə həsr
olunmuş Gül bayramı keçirilib
Azərbaycan hər il may ayının
gəlişini sevinc, ümid və iftixar hissilə qarşılayır. Bu ay bütün türk dünyasının qürur
və güvənc yeri, müasir Azərbaycan dövlətinin
memarı və qurucusu, xalqımızın
xilaskarı, ümummilli
liderimiz Heydər Əliyevin doğum günü təntənə
ilə, böyük məhəbbət və şərəflə bayram
edilir. Əlamətdar
gün münasibəti ilə artıq bir neçə ildir ki, ənənəvi olaraq, Azərbaycanın hər bir guşəsində
Gül Bayramı keçirilir və bu bayram da
hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf
etmiş Dahi Şəxsiyyətə bir
daha minnətdarlıq
hissi oyadır. Bu ənənənin davamı olaraq dünən də Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin 87-ci ildönümünə
həsr olunmuş Gül bayramı keçirildi.
Səbail bağında Səbail rayon ərazində yerləşən
məktəblərin şagirdlərinin
əl işləri təqdim olunurdu. Belə ki, Səbail
rayon 91, 203, 50, 7, 189, 190, 103 və digər orta məktəb şagirdlərinin əl işləri Heydər Əliyevin 87-ci ildönümünə
həsr edilmişdir. Müstəqil dövlətimizin
xilaskarı və qurucusu, xalqımızın
dahi oğlu Heydər Əliyevin gül-çiçəyə qərq
olmuş portretləri
bu nümunələr
sırasında çoxluq
təşkil edirdi. Müxtəlif çiçəklərdən
yığılan "xalçalarda"
türk dünyasının
böyük oğlu Heydər Əliyevin portreti, "Ulu öndərin 87-ci ildönümü"
sözləri yazılmışdı.
Cürbəcür çiçək
və güllərdən,
bitkilərdən, yarpaqlardan,
balıq qulaqlarından
hazırlanan və
göz oxşayan rəngarəng kompozisiyalar,
dövlət rəmzləri
buraya gələnləri
heyran qoyurdu. Bir sözlə, "Sahil" bağında fəvvarənin
yan-yörəsindən tutmuş
hər tərəf bir-birindən gözəl,
gözoxşayan, bahar
təravətli, gül-çiçək
içində idi.
Güldən hazırlanmış
müxtəlif mənzərələr,
orijinal lövhələrdə
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün
dövrlərinə aid
fotoşəkillər böyük
maraq doğururdu. Səbail rayon 51 nömrəli orta məktəbin müəllimi
Əliyeva Validənin
Heydər Əliyevin
87-ci ildönümünü əks etdirən portreti və bu portretin Azərbaycan
gerbinin içərisində
təsviri iştirakçıların
marağına səbəb
olmuşdur. Azərbaycan xəritəsini, Azərbaycanın milli-mənəvi
dəyərlərini, tarixini
əks etdirən nümunələr sırasında
20 saylı Uşaq Yaradıcılıq Mərkəzinin
şagirdi olan Cümşüdov Fərhadın
"Karvan", "İşıqlı
gələcək", "Təbiət qoynunda", Oruczadə Mətanətin
"Buta" kimi
nümunələri, bütövlükdə,
Azərbaycanla bağlı
təsəvvürün yaranmasına
xüsusi təsir göstərirdi. Bu guşədə təsviri
sənət, qobelen, tikmə, rəssamlıq kimi nümunələr Heydər Əliyevin Azərbaycan üçün
gördüyü işlərin
bədii təsviri idi. Bu, nümunələr
sırasında Cümşüdov
Fərhadın "Azərbaycan
dünyam mənim"
tablosu xüsusilə diqqətəlayiqdi. Belə
ki, bu tabloda,
bütövlükdə, Azərbaycan
mənzərəsi əks
olunmuşdur. Belə ki, kiçik bir tabloda ağacın
budaqlarında Azərbaycan
abidələri, nefti,
gerbi, milli alətləri əks olunmaqla yanaşı, onun gövdəsində Qarabağın böyük
bir təsviri var idi. Belə
ki, işğal altında olan Laçın, Kəlbəcər,
Cəbrayıl, Qubadlı
və Zəngilan kimi rayonlar onun
gövdəsində təsvir
edilmişdir. Bu Azərbaycanın bir ayrılmaz hissəsinin ağacda təcəssümü
idi. Belə əsərlərin uşaqlarda
vətənpərvərlik hissinin aşılanmasında
təsiri də müstəsnadır. Bu gimnaziyanın yaradıcılarının
yaratdığı nümunələr
sırasında Heydər
Əliyevin tablo üzərindəki şəkili
də maraq doğururdu. Belə ki, bu nümunə
üç ay ərzində çəkilib
ərsəyə gəlmişdir.
Bu günün mövzusu, reallıqları,
demək olar ki, Gül bayramında
öz əksini tapmışdır. Gül
bayramındakı guşələrdə
neft şirkətinə
məxsus olan bağçaların da əl işləri təqdim olunurdu. Təbiətin rəngarəngliyi
bu nümunələrdə
açıq-aydın hiss
olunmaqda idi. Azyaşlılarda təbiəti
qorumaq, ekoloji mühitin çirklənməsinin
qarşısını almaq
kimi hisslərin formalaşması məhz bu nümunələrdə
özünü göstərirdi.
Bu guşədəki 1187-ci il
tarixi abidəsi olan Möminə Xatun türbəsinin, eləcə də, XII əsr nümunəsi Qız qalasının gül çələngləri
ilə yaradılması
və Qız qalasının üzərinin
üç rəngli Azərbaycan bayrağının,
eləcə də, başı üzərində
məşəlin alovlanması
məhz gül və parça vasitəsilə hazırlanmışdır.
Ulu öndər Heydər Əliyevin Bakı-Ceyhan marşrutu layihəsi də Gül bayramında əks olunmuşdur. Azərbaycanın sərhədləri
və ona qonşu olan dövlətlərin təsviri
azyaşlıların bədii
təxəyyülündən kənarda qalmamışdır.
Dahi öndər Heydər Əliyevin 87-ci ildönümünə həsr
olunmuş Gül bayramında incəsənət ustalarının
təqdim etdikləri konsert proqramı bayram ovqatını daha da yüksəltdi.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2010.- 6 may.- S. 5.