Nəsimi rayonundakı
"Zorge" bağında
Gül bayramı keçirildi
Dünən Nəsimi rayonunda yerləşən
"Zorge" bağında
Nəsimi rayon icra hakimiyyəti ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar ənənəvi
Gül bayramı keçirildi. Bayramla əlaqədar "Zorge"
bağında abadlıq
işləri aparılıb.
Həmçinin, rayonun
orta məktəbləri
və məktəbəqədər
təhsil müəssisələri
tərəfindən ciddi
hazırlıq işləri
görülüb. Rayonda yerləşən
159, 152, 133, 259, 54, 1 saylı məktəblərin şagirdləri
və bağça uşaqları müxtəlif
çiçək və
güllərdən, bitkilərdən,
yarpaqlardan hazırladıqları
rəngarəng tablolar,
aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və
gözəlliyi ilə
seçilmiş, onların
fantaziyaları və imkanları nümayiş etdirilmişdir.
Keçirilən tədbirdə
Nəsimi sakinləri və şəhərimizin
çoxsaylı qonaqları
iştirak edirdi. Bayramda, həmçinin, Nəsimi
rayon icra hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev,
YAP Nəsimi rayon təşkilatının sədri,
millət vəkili Məlahət İbrahimqızı,
millət vəkilləri
Ülvi Quliyev, Ziyad Səmədzadə, rayonun idarə və təşkilatlarının,
ali, orta və məktəbəqədər təhsil
müəssisələrinin rəhbərləri iştirak
edirdi. Onlar bağı gəzərək,
maraqlı gül ekspozisiyaları ilə tanış oldular. Gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış
müxtəlif fiqurlar
arasında ümummilli
liderimiz Heydər Əliyevlə bağlı
kompozisiyalar, əl işləri onlara xoş təsir bağışladı. Təsviri
incəsənətlə məşğul
olan məktəblilərin
asfalt üzərində
çəkdiyi şəkillər
qonaqlar tərəfindən yüksək
qiymətləndirildi. Bayram
bağça uşaqlarının
və məktəblilərin,
eləcə də, incəsənət ustalarının
konsert proqramı ilə davam etdirildi.
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 6 may.- S. 5.