Musa Quliyev: “YAP ulu öndər Heydər
Əliyevin böyük uzaqgörənliyi, iradəsi və
dühasından yaranan partiyadır"
Müsahibimiz Milli Məclisin Sosial Siyasət Komitəsinin
sədr müavini Musa Quliyevdir
- Musa müəllim, Yeni Azərbaycan Partiyasının
(YAP) cəmiyyətdəki rolunu və yerini elmi əsaslarla necə
şərh edərdiniz?
- Bir şey ki, praktikada özünü təsdiq edib, sınaqdan çıxırsa, onun, məncə, elmi əsaslara ehtiyacı yoxdur. Cəmiyyət bundan razıdırsa, dövlətimiz qurulursa, bu, həyatın zəruriliyindən doğmuş məsələdir. YAP yaranandan 6 ay sonra hakimiyyətə gəlibsə, 1993-cü ildən bu yana keçirilən bütün seçkilərdən qalib çıxıbsa, bu, o deməkdir ki, günün, dövrün tələbindən, ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyindən, iradəsindən və Onun dühasından yaranan bir partiyadır. Heç şübhəsiz ki, politologiya ilə məşğul olan, siyasət tarixində elmi araşdırmalar aparan şəxslər öz mülahizələrini irəli sürür və busahədə əsaslar axtarırlar. Amma YAP dövrün, zamanın, xalqın tələbindən doğmuş partiyadır. Yəni, bir qrup adam yığılıb partiyanı yaratmadı. "91-lər" hərəkatı yadınızdadır. Yəni, o zaman minlərlə insanın ürəyindən keçirdi ki, Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıtsın, öz partiyasını qursun və bu işləri həyata keçirtsin. Birinci növbədə, ölkəni dağılmaqdan xilas etsin, müstəqil dövlət qursun, milli həmrəyliyə, birliyə nail olsun, vətəndaş müharibəsinin və Qarabağda gedən döyüşlərdə Azərbaycanın məğlubiyyətinin, heç olmasa, qarşısı alınsın. Bu tarixi bir missiya idi. Bəlkə də, Allah-Taala Azərbaycanı xilas etmək üçün Heydər Əliyevin şəxsində xilaskar göndərdi. YAP-ın da yaranması məhz Heydər Əliyevin xilaskarlıq missiyasının tərkib hissəsindən biridir.
- Ulu öndər Heydər Əliyevin
dövlət idarəetməsinin elmi əsaslarının
müəyyən hissəsinin YAP-ın nizamnamə və
proqramına uyğunlaşdırıldığını
söyləmək olarmı?
- Tamamilə sizinlə razıyam. YAP-ın nizamnaməsi və proqramında yazınlarları bu gün də oxuyanda, görürsən ki, müasirdir. Elə bil, bu gün yazılıb. Burada həm milli, dövlətçilik maraqlarımız, həm beynəlxalq əlaqələr, həm də ki, ümumbəşəri dəyərlər, tarixi soykökümüz, adət-ənənlərimiz, müasirliyimiz və s. öz əksini tapıb. Həmin prinsiplər, deyərdim ki, bütün zamanlar üçün doğru səslənib. Burada haqq-ədalət, siyasi varislik, milli həmrəylik, birlik, dövlətçilik var. Heydər Əliyevin həm dövlətçilik təcrübəsi, həm də ki, siyasi dühası, dövlətçilik istedadı, eyni zamanda, dövlət qurucusu kimi Onun qələmindən çıxmış nizamnamə və proqram sonradan həyatda özünü göstərdi. Əsas odur ki, hər şey təsdiqini tapsın. O iş ki, həyatda öz təsdiqini, doğruluğunu tapırsa, işin böyüklüyü də ondadar.
- Ulu öndər Heydər Əliyev
və YAP. Bunların hər ikisi bir-biri üçün nədir?
Eyni zamanda, Azərbaycan dövləti və xalqı
üçün nə deməkdir?
- Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Çox doğru və uğurlu deyimdir. Mən deyərdim ki, bu şah əsərinin simfoniyası, üverturası YAP-dır. Yəni, YAP Azərbaycan dövlətinin yaranmasının ideoloji-siyasi əsasları və hərəkətverici qüvvəsi məhz YAP-da özünün təsdiqini tapdı. Heydər Əliyevin Azərbaycan tarixində yaratdıqlarını ardıcıllıqla düzə bilsək, mən deyərdim ki, Azərbaycan dövlətindən sonra ikinci yerdə YAP-dır. Bu partiyanın Azərbaycan torpağı, tarixi üçün çox böyük əhəmiyyəti var. Düşünürəm ki, bu partiya öz missiyasın uzun illər davam etdirəcək. Partiyanın əsas missiyası nizamnaməsində göründüyü kimi, bütöv, qüdrətli, müstəqil Azərbaycan dövləti qurub-yaratmaqdır. Müstəqilliyimiz var, qüdrətimiz get-gedə artır, bütövlüyümüz təmin olunub. Təbii ki, tək regionda yox, dünyada inkişaf etmiş dövlət kimi tanınmaq bizim hədəflərimizdən biridir.
- Sizcə, YAP-ın timsalında ulu öndərimizin ümumi ideyaları bu gün varislik prinsipi ilə layiqincə yerinə yetirilirmi?
- Heç şübhəsiz. YAP-ın yaranmasının 6-cı ildönümündə ümumilli lider proqram xarakterli çıxışında milli ideyamızın, dəyərlərimizin nə olduğu barədə konsepsiyanı diqqətə çatdırdı. YAP-ın da, Azərbaycan dövlətinin də inkişafının əsas ideoloji xətti məhz bu konsepsiya ətrafındadır. Azərbaycançılıq ideologiyası irəli sürüləndən sonra, artıq Dünya Azərbaycanlılarının Azərbaycan dövləti, respublikası ətrafında birləşmə prosesi getdi. Ondan sonra milli liderimiz tərəfindən Xaricdə Yaşayan Azərbaycanlıların Dövlət Komitəsi yarandı. Xaricdə diasporlar formalaşmağa başladı. Dünyada yaşayan həm azərbaycanlılar, həm də Azərbaycanla bağlı qeyri-millətlərdən olan insanlar bu ideya ətrafında birləşdi. 1995-ci ildə Konstitusiyamız müzakirə olunan zaman ulu öndər bir çox dilçi alimləri, şairləri, yazıçıları dilimizlə bağlı bir yerə yığdı. Dilimizin adı ilə bağlı çox geniş müzakirə apardı. Nəhayət, həmin müzakirədə Öz iradəsini, uzaqgörənliyini ortaya qoydu. Bildirdi ki, dilimiz Azərbaycan dili olmalıdır. Çox adamlar müxtəlif fikirlər ortaya qoydu. Azərbaycan türkcəsi, türk dili və s. Ancaq O dedi ki, Azərbaycan dili olmalıdır. Bunu nəyə görə dedi? Dövlət, millət kimi formalaşmağımız, inkişaf etməyimiz bu ideologiyaya söykənməlidir. Bu ideologiya ilə inkişaf etməliyik. Bizi nə Türkiyə dövləti nə də digər türk dövlətləri ilə qarışdırılmasın. Kökümüz- soyumuz türkdür, amma Azərbaycan Respublikasının vətəndaşları olaraq, hamımız Azərbaycanlıyıq. Bu, eyni zamanda, qeyri-türk etnosuna mənsub olan Azərbaycanın digər vətəndaşlarını da bu dövlətin ətrafında sıx birləşməyə, bu dövlətin bərabərhüququlu və eyni zamanda, vəzifələri də bərabər olan vətəndaşlar olmasına şərait yaratdı. Azərbaycanda yaşayan digər azsaylı xalqlar hüquqları pozulmuş və yaxud özlərini sıxılmış vəziyyətdə hiss etmirlər. Azərbaycançılıq ideyasının böyüklüyü onda idi ki, həm Azərbaycanda yaşayan bütün xalqları, millətləri bu ideya, dövlət ətrafında birləşdirdi. Həm də Azərbaycandan kənarda yaşayan bizim millətə məxsus olan bütün azərbaycanlıları birləşdirdi. Əlbttə, həmin o varislik prinsipi davam edir. Təkcə Heydər Əliyevin müəyyən etdiyi xətt üzrə, müəyyən etdiyi çərçivədə davam etmir. Müasir dövrün tələblərinə uyğun olaraq, modernləşdirilərək, bütün xətlərlə davam etdirilir. Yeni hədəflər qarşıya qoyulur. Ölkə başçısı İlham Əliyev həmin ideyanın davamı olaraq, 2003-cü ildə and içərkən, bildirdi ki, mən bütün Azərbaycan vətəndaşlarının Prezidenti olacam. Bu, məhz həmin ideyanın əyani şəkildə davamı idi.
- "Mən bütün Azərbaycan
vətəndaşlarının Prezidenti olacağam"-deyən
cənab İlham Əliyev sonrakı mərhələdə bu
tarixi kəlamın real əsaslara söykəndiyini hansı
konkret addımları ilə cəmiyyətə nümayiş
etdirdi?
- Gəlin, yenə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi böyük Azərbaycançılıq ideyasına qayıdaq. Azərbaycançılıq ideyası iki cür olur: dövlətçilik və milli-mənəvi dəyərlər. Dövlətçiliyin möhkəmlənməsində, ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq gücünün artmasında, ölkədaxili sabitliyin yaranmasında, demokratiyanın inkişafında, vətəndaş cəmiyyətinin quruculuğunda İlham Əliyevin çox böyük xidmətləri var. Həm Azərbaycan türklərinin, həm də ölkədə yaşayan digər xalqların milli mənəvi dəyərlərinin inkişafı üçün bərabər və üstün şəraitlər yaradıb. Bütün dinlərin nümayəndələriinin Azərbaycanda öz etiqadlarını həyata keçirmək üçün maksimum şəraitləri var. Bütün dinlərin nümayəndələrinin milli və dini bayramlarında Prezidentin xüsusi sərəncamı olur. Prezident hansı bölgəyə səfər edirsə, həmin bölgədə yaşayan etnik qruplarla görüşür. Bu, o deməkdir ki, Azərbaycan Prezidenti həm sözlərinə sadiqdir, həm də ki, həmin insanların hamısını dövlət və dövlətçilik ətrafında sıx birləşməyə və Azərbaycanın bərabərhüquqlu və bərabərimkanlı vətəndaşları kimi qəbul edir. Eyni zamanda, inkişaf inteqrasiya ilə bağlı olan bir şeydir. Əgər istəyiriksə, bütövlükdə, millət kimi inkişaf edək, ölkə daxilində bütün xalqlar bir-birinə inteqrasiya olunmalıdır.
- Ölkə
başçısının əhalinin sosial-iqtisadi durumunun
yaxşılaşdırılmasında, dövlət müstəqilliyinin
daha da möhkəmlənməsində rolunu qeyd etməmək
olmaz...
- Heç şübhəsiz ki, bu işin ikinci tərəfidir. Azərbaycanın son 6-7 ildə keçdiyi inkişaf yolu və tempinin dünya tarxində, deyərdim ki, analogiyası yoxdur. Nəinki bugünkü tarix müstəvisində, Azərbaycan 2002-ci ildən 2010-cu ilə qədər Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 10 faizə gəlib çıxıb. Bu temp bütün beynəlxalq maliyyə qurumları tərəfindən izlənilir, monitorinqlər aparılır, qiymət verilir. Azərbaycan bu saat rəqabətədavamlılıq indeksinə görə, təxminən 51-ci, MDB məkanında 1-ci yerdədir. Ölkəmiz son neçə ildə iqtisadi inkişaf tempinə görə, dünya ölkələri arasında liderdir. Hətta 2008-ci ilin ikinci yarısından başlayan dünya maliyyə-iqtisadi böhranından ən az zərər çəkən ölkələrdən biri Azərbaycan olub. Bütün bunlar təkcə neft sektorunun inkişafı ilə bağlı deyil. Bəzən oppanentlərimiz deyir ki, hər şey neftlə bağlıdır. Amma neft o zaman ölkəmizə uğur gətirdi ki, neft strtegiyasından, siyasətindən uğurla istifadə olundu. Neft Azərbaycanda 300 ildir ki, tapılıb. Neft Azərbaycana 19-cu əsrin axırlarında, 20-ci əsrin əvvəllərində, bir də 20-ci əsrin sonları, 21-ci əsrin əvvələrində düzgün aparılan iqtisadi və düzgün hesablanmış siyasətə görə uğur qazandı. 1994-cü ildə "Əsrin müqaviləsi" bağlananda Azərbaycan təhlükələrlə üzləşdi. Ümumilli liderimizin iradəsi, cəsarəti hesabına hər şey yoluna qoyuldu. Hətta yadınızdadırsa, Bakı-Supsa, Bakı-Ərzurum, Bakı-Qars, Bakı-Ceyhan kəmərləri çəkiləndən sonra daha böyük kommunikasiya ilə bağlı layihənin-Bakı-Tbilisi-Ərzurum dəmiryolunun çəkilişinə başlandı. Gürcüstanda müəyyən maliyyə problemi olduğuna görə, Azərbaycan bu problemi öz üzərinə götürdü. Azərbaycan çox böyük risqin altına girdi. Azərbaycan bölgənin aparıcı bir dövləti olaraq, bölgədəki bütün inkişafla, tərəqqi ilə bağlı layihələrin Azərbaycanın rəhbərliyi ilə keçirilir. Digər tərəfdən, Naxçıvanı blokadadan çıxarmaq üçün, bu, çox vacib məsələ idi. Ermənilərin istədikləri bir məsələ var ki, bu da Türkiyə ilə Gümrü arasındakı dəmiryolunun açılmasıdır. Bu layihələrdən Ermənistanı işğalçı dövlət kimi kənarda qoymaq üçün cəsarət lazım idi. Bu cəsarətli addım məhz ölkə başçısı İlham Əliyev tərəfindən atıldı. Bu gün Bakı-Tbilisi-Ərzurum dəmiryolu işə düşəndən sonra Çindən, Cənubi Koreyadan və Yaponiyadan gələn bütün nəqliyyat vasitələri Azərbaycan vasitəsilə Avropaya gedəcək.
(Ardı var)
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 6 may.- S. 7.