Heydər Əliyev ideyaları əbədidir
Yeni Azərbaycan Partiyası Tərtər rayon
təşkilatının gənclər birliyi ulu öndər
Heydər Əliyevin 87-ci ildönümü münasibəti
ilə tədbir keçirib
Dünən YAP Tərtər
rayon təşkilatının
qərargahında ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar rayon gənclər birliyinin yığıncağı keçirildi. Tədbir iştirakçıları
ilk öncə rayonun mərkəzində
ucaldılan ulu öndər Heydər Əliyevin abidəsi önünə
əklil, tər
çiçəklər qoyaraq,
xatirəsini hörmətlə
yad etdilər.
Sonra 120 nəfərdən çox
partiya fəallarının
iştirak etdiyi yığıncaqda çıxış
edən YAP Tərtər
rayon təşkilatı
gənclər birliyinin
sədri Cavanşir Musayev respublikamızın
bütün regionlarında
ulu öndərimiz Heydər Əliyevin 87-ci ildönümü ilə bağlı müxtəlif
tədbirlər, idman yarışları, şagirdlər
arasında müsabiqələr,
iməciliklər keçirildiyini
söylədi. C.Musayev
bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev bütün türk dünyasının qəlbində
əbədi yaşayır:
"Tarixi şəxsiyyətlər
hər bir xalqın tarixinin şərəf səhifəsi,
inam nöqtəsidir. Dünya tarixində elə tarixi şəxsiyyətlər var
ki, onlar dünya siyasətini yazır, öz ideyaları ilə zamanı qabaqlayırlar.
XX əsrdə ulu Tanrı Azərbaycan xalqının da qismətinə dünya siyasətinin nəhəngi
hesab olunan ümummilli liderimiz Heydər Əliyevi yazmışdır".
C.Musayev onu da
bildirdi ki, Heydər Əliyev irsi böyük bir məktəbdir, ulu öndərin həyat və fəaliyyəti hər bir azərbaycanlı, hər bir gənc
üçün nümunə
və örnəkdir.
Bu irsi öyrənmək
və gələcək
nəsillərə çatdırmaq
bizim müqəddəs
borcumuzdur: "Cəmiyyətimizdə
hər bir zaman gənclərimizin rolu böyük olubdur. İstər dövlətin inkişafında,
istər onun sütunlarının möhkəmlənməsində
gənclərin rolu olub. Bizim də,
əsas xoşbəxtliyimiz
ondan ibarət olmuşdur ki, biz Heydər Əliyevin dönəmində
siyasətə gəldik.
Yəni, biz bu dövrdə öz şəxsiyyətimizi
özümüz istədiyimiz
formada qoruya bilmişik".
Yığıncaqda rayon uşaq
musiqi məktəbinin
müəllimi Emin Haqverdiyev, Qarağacı kənd orta məktəbin tarix müəllimi Rəşad
Qarayev, 6 saylı kənd orta məktəbin müəllimi
Zülfiyyə Abdullayeva,
rayon mərkəzi xəstəxanasının həkimi
Vüsalə Qəribova,
Sarov kənd kitabxanasının müdiri
Əfruz Babayeva və başqaları çıxış edərək
ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasının
həyata keçirilməsində
Azərbaycan gənclərinin
və qadınlarının
rolu, onların ictimai-siyasi fəallığının
artırılması istiqamətində
görülən işlər
barədə məlumat verdilər.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının
sədri Ramiz Şabanov dahi öndərimizin həyat və fəaliyyətinin müxtəlif
dövrlərindən danışdı.
Yeni Azərbaycan Partiyasının memarı
olan Heydər Əliyevin yaratdığı
partiyanın ətrafında
yüz minlərlə
insanların birləşdiyini
qeyd edən rayon təşkilatının
sədri, onu da bildirdi ki,
bu gün xalq fəxr edir ki, Azərbaycana
cənab İlham Əliyev kimi böyük siyasətçi
lider rəhbərlik edir: "Xalq şəxsiyyətlər ətrafında
birləşir və ona inanır. Ölkəmiz ağır şəraitdə olarkən,
Azərbaycanın böyük
şəxsiyyəti, ümummilli
liderimiz Heydər Əliyevə üz tutdu. Çünki Azərbaycanı düşdüyü
bu çətin vəziyyətdən ancaq və ancaq Heydər
Əliyev siyasəti qurtara bilərdi. Xalqımızın taleyində həlledici
rol oynayan ulu öndər Heydər Əliyev, bütün ömrünü
doğma vətənin
xoşbəxtliyinə həsr
etməklə, Azərbaycana
sonsuz məhəbbət
bəsləyirdi. İllər,
qərinələr keçsə
də, ümummilli liderimiz Heydər Əliyevə xalqımızın sevgisi sonsuz olacaq. Nə qədər müstəqil Azərbaycan
var, qədirbilən xalqımız var, Heydər Əliyevin də adı, ideyaları və siyasəti yaşayacaqdır.
Çünki Heydər
Əliyev şəxsiyyəti
hələ zaman-zaman öyrənilməmiş bir
dünyadır. Bu dahi insanın həyatının, siyasi fəaliyyətinin, vətəni
və xalqı qarşısındakı misilsiz
xidmətlərinin daha
dərindən öyrənilməsinə
ciddi ehtiyac vardır və zaman keçdikcə, bu barədə cild-cild kitablar yazılacaqdır."
R.Şabanov qeyd etdi ki, ulu
öndər Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan
regionun ən qüdrətli dövlətinə
çevrilmişdir. Siyasi
sabitlik hökm sürməklə iqtisadiyyatın
bütün sahələri
dinamik inkişaf edir, dövlətin nüfuzu möhkəmlənir.
Natiq daha sonra Heydər Əliyev siyasi kursunun bütün istiqamətlərdə Azərbaycanın
dövlət müstəqilliyinin
qorunub saxlanması, möhkəmləndirilməsi və
inkişaf etdirilməsi
prinsipinə söykəndiyini
qeyd etdi.
Tədbirin sonunda YAP Tərtər rayon təşkilatının
gənclər birliyi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı rayon gəncləri arasında keçirilən futbol və şahmat oyunları, eyni zamanda, məktəblilər
arasında inşa yazı müsabiqələrində qalib olanlar
mükafatdlandırıldı.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 6 may.- S. 10.