Ulu öndər Heydər Əliyevin həyatı Azərbaycanın
böyük tarixi salnaməsidir
YAP Sabunçu rayon təşkilatında ümummilli
liderin 87-ci ildönümünə həsr olunmuş tədbir
keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının
Sabunçu rayon təşkilatı və Sabunçu rayon icra hakimiyyəti ulu öndər Heydər Əliyevin 87-ci ildönümünə həsr
olunmuş tədbir keçirib. Tədbir iştirakçıları, ilk
öncə, ulu öndər Heydər Əliyevin məzarını
ziyarət edib, abidəsi önünə
əklik qoymuşlar. Eyni zamanda, görkəmli
oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı tədbir iştirakçıları tərəfindən
ziyarət edilib abidəsi önünə
tər çiçəklər
düzülüb.
YAP Sabunçu rayon təşkilatının qarargahında
keçirilən tədbirdə
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
YAP Siyasi Şurasının üzvü, Sabunçu rayon icra hakimiyyətinin başçısı
Əlibaba Əliyev tədbirdə giriş sözü ilə açaraq, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı
misilsiz xidmətlərindən
bəhs etdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyev öz mənalı ömürünü
Azərbaycan xalqının
və Azərbaycan dövlətçiliyinin qorunub
saxlanmasına və inkişaf etməsinə həsr edib. Ə.Əliyev hələ sovetlər dönəmində
Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
də ulu öndərimiz Azərbaycanın
bu günü üçün əhəmiyyətli
işlər gördüyünü
bildirdi. "Ulu öndər Heydər Əliyev hər zaman öz xalqına
qarşı olan dərin sevgisini açıq şəkildə
nümayiş etdirib. Onun dövlətçiliyimizin ən
ağır dönəmlərində
ölkə rəhbərliyinə
qayıdışı Azərbaycan
xalqını işıqlı
gələcək naminə
ruhlandırmışdır" - deyən Ə.Əliyev bu gün dövlətçiliyimizin
qarantı olan ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı möhtərəm
Prezident İlham
Əliyevin Azərbaycanın
ən yüksək səviyyədə inkişaf
istiqamətlərini təmin
etdiyini bildirib.
YAP Sabunçu rayon təşkilatının sədri
Mehriban Abasquliyeva ulu öndər Heydər Əliyevin həyatı və Onun zəngin irsi barəsində tədbir iştirakçılarına
ətraflı məlumat
verdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
banisidir: "Tarixin ən böyük vətənpərvəri
olan ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində,
istərsə də, müstəqillikdən sonra
ölkəyə rəhbərlik
etdiyi müddətdə
daima milli-mənəvi
dəyərlərimizi yüksək
tutub, onların tərənnümünü
həyata keçirib.
Sovetlər dönəmində Azərbaycanın hər bir bölgəsində yaranmış olan infrastruktur, yeni-yeni obyektlərin tikilib istifadəyə verilməsi
və ən başlıcası, azərbaycanlı
gənclərin xarici ölkələrə təhsil
almağa göndərilməsi
ulu öndər Heydər Əliyevin bu günümüz və gələcəyimiz olan fenomen düşüncəsinin
bariz nümunəsidir.
Bu gün hər bir Azərbaycan
vətəndaşı xalqımızın
ümummilli lideri Heydər Əliyevin zəngin irsini mənimsəyir. Çünki
Onun bizlərə miras olan zəngin
irsi xalqımızın
yüz illiklər boyu faydalanacağı bir mənbədir". M.Abasquliyeva ulu öndər Heydər Əliyevin uğurlu siyasətini bu gün böyük əzmlə davam etdirən möhtərəm
Prezident İlham Əliyevin Azərbaycanı
dünyada lider dövlətə çevirdiyini
bildirib.
96 saylı məktəbin direktoru Əminə Hüseynova da çıxışında ulu
öndərin Azərbaycan
xalqı üçün
gördüyü misilsiz
xidmətlərindən bəhs
etdi. Qeyd etdi ki, tarixdə
çox az-az yetişən ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyətlərin
mövcudluğu öz
mənsub olduğu millətin xoşbəxtlik
simvoludur.
Millət vəkili Eldar Quliyev çıxışında
Azərbaycan xalqı üçün əvəzolunmaz
xidmətlər göstərmiş
dahi bir şəxsiyyətin bu gün aramızda olmamasını böyük
itki olduğunu bildirdi. Qeyd etdi ki, ulu
öndər Heydər
Əliyev dünya miqyasında sayılıb-seçilən
və hörmətlə
qarşılanan şəxsiyyətlərdən
olub. "Onun
1969-cu ildən 2003-cü illərə
qədər Azərbaycana
rəhbərlik etdiyi dövrlərə nəzər
salsaq, görərik ki, həmin dövrlər çox çətin müddətləri
əhatə edib deyən E.Quliyev məhz ümummilli liderin dərin zəkası və uzaqgörənliyi nəticəsində
Azərbaycan dövlətinin və xalqının bu bəlalardan üzüağ
çıxdığını bildirib.
Ümummilli lider Heydər Əliyevin zəngin irsindən Onun görkəmli dövlət
xadimi kimi xidmətlərindən bəhs
edən millət vəkili Fərrux Zeynalov çıxışında
dahi öndər Heydər Əliyevin Azərbaycanın dünəni,
bugünü və gələcəyi üçün
fenomen bir şəxsiyyət olduğunu bildirib. O, qeyd edib ki,
ulu öndərin miras qoyduğu müstəqil Azərbaycan bu gün öz inkişafının ən
yüksək pilləsindədir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına
daxil olan gənclərə üzvlük
vəsiqələri təqdim
olunub.
Tapdıq Qurbanlı
Səs.- 2010.- 6 may.- S . 11.