"Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir"

 

YAP Samux rayon təşkilatı ulu öndər Heydər Əliyevin 87-ci ildönümü ilə bağlı elmi-praktik konfrans keçirdi

 

Dünən YAP Samux rayon təşkilatı Heydər Əliyev Muzeyinin konfrans zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirdi. Konfransı giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq ulu öndər Heydər Əliyevin həyat fəaliyyətindən, Onun zəngin dövlətçilik təcrübəsindən ulu öndər Heydər Əliyev ideyalarının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyindən ətraflı bəhs etdi: "Dövlətin iqtisadi dirçəlişinin, millətin mənəvi yüksəlişinin təməlini qoyan, "Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir" deyən bunun yeni dövlətçilik konsepsiyasının əsası olduğunu yeni Azərbaycanın timsalında dünyaya nümayiş etdirən ulu öndər Heydər Əliyev oldu".

G.Bayramov onu da qeyd etdi ki, ulu öndərə sonsuz hörmət dərin məhəbbət rəmzi kimi çox yerlərdə Ona heykəllər qoyulub. Amma o abidələrin ən əzəmətlisi hər bir azərbaycanlının qəlbində ucaldılıb. Azərbaycanlı olması ilə fəxr edən, bu fəxarət duyğusunun ən böyük nemət olduğunu hər birimizə öyrədən ümummilli lider Heydər Əliyev oldu: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən Azərbaycanlıyam."

YAP Samux rayon təşkilatının sədri bildirdi ki, müstəqilliyimizin ilk illərində yaşanan durum hər birimizin yaddaşından silinməyib: "Hakimiyyətdə olan AXC-Müsavat rəhbərləri xalqı, müstəqilliyimizi düçar etdikləri təhlükələrdən xilas etmək  barədə düşünmürdü. Ölkədə xaos anarxiya baş alıb getdikcə, torpaqlarımız bir-birinin ardınca düşmənə verildikcə, xalq  vəziyyətdən çıxış yolu axtarırdı.  Belə bir çətin ağır məqamda xalq bir daha müdriklik göstərərək yeganə xilaskarına - YAP-ın Sədri, ümummilli  lider, dünya şöhrətli siyasətçi dövlət xadimi möhtərəm Heydər Əliyevə müraciət etdi. Müraciətə cavab olaraq ulu öndər xalqı ilə bir olduğunu bir daha bəyan etdi".

G.Bayramov bu gün Heydər Əliyev siyasi kursunun davamçısı  ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlərə diqqəti yönəltdi: "Cənab İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, Azərbaycanın daha da qüdrətlənməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir".

Sonra Heydər Əliyev Muzeyinin əməkdaşı Lalə Abbasova çıxış edərək, bildirdi ki, Azərbaycan tarixinin 34 ili Heydər Əliyevin adı ilə bağlıdır: "Bu dövr ərzində ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətini millətini ən çətin məqamlardan çıxartdı. Ölkənin iqtisadi-siyasi  mədəni tərəqqisinə nail oldu. Yenicə müstəqqillik əldə etmiş ölkədə ictimai-siyasi sabitliyin yaranmasını, əhalinin sosial-rifahının yaxşılaşdırılmasını təmin etmək məqsədilə ölkədə genişmiqyaslı islahatların aparılması layihələrini hazırlayıb həyata keçirərək, müstəqil Azərbaycanı dünya birliyində inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəltdi".

Tədbirdə rayon təhsil şöbəsinin metodisti Nərgiz Bədəlova, rayon ziyalılar cəmiyyətinin sədri Zakir Rzayev, QMƏVƏŞAİB-nin sədri Mirzəmməd Orucov  başqaları çıxış etdilər. Çıxış edənlər bir daha vurğuladı ki, ulu öndərimiz Heydər Əliyevin zəngin irsi, nəinki bu gün, xüsusilə gələcək nəsillər üçün böyük önəm kəsb edir.

Sonda konfrans iştirakçıları ümummilli liderin həyat fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa etdilər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 6 may.- S. 11.