Ulu öndər Heydər Əliyevin 87-ci ildönümü ilə bağlı tədbir keçirilib

 

Gənc Vətənpərvərlər Birliyi (GVB) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar "Vətən  torpağını müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır" mövzusunda tədbir keçirib. Tədbirdə birliyin idarə heyətinin üzvləri, yerli şöbələri, birliyə üzv olan idman federasiyalarının, idman klublarının, QHT KİV-in nümayəndələri iştirak ediblər. Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözü ilə açan birliyin sədri Müqamət Əliyev Azərbaycan onun qüdrətli xalqına bəxş olunan görkəmli siyasi dövlət xadimi ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətindən söhbət açıb. Onun sözlərinə görə, ulu öndər Azərbaycanın ən çətin ən mürəkkəb dövrlərində hakimiyyətə gələrək millətini düşdüyü ağır vəziyyətdən xilas edib. Bununla da, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edib: "Ulu öndərin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışını Azərbaycan müstəqilliyi tarixində ikinci mərhələnin - dirçəliş mərhələsinin başlanğıcı kimi səciyyələndirmək lazımdır. Onun idarəçiliyi müstəqillik, azərbaycançılıq, dövlətçilik demokratik, eləcə , milli tərəqqi, dünyəvilik, vətəndaş cəmiyyətinin qurulması s. ümumbəşər dəyərlər olan yeni bir ideologiyanın əsasını qoyub".

O, eyni zamanda, ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət qayğıdan söhbət açıb. Qeyd edib ki, ümummilli lider gənclərimizin potensialını dərindən hiss edərək, onların öz dövlətinə, millətinə xalqına sadiq olmaları üçün Azərbaycanda müstəqil demokratik, hüquqi sivilzasiyalı dövlət quruculuğu işinə fəal qoşulmaları milli vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün hər cür şərait yaradıb. O, gənclərimizə dövlət səviyyəsində qayğı göstərilməsini daim öz nəzarətində saxlayıb: "Ulu öndər gənclərin fəaliyyətinin kortəbii yox, planlı şəkildə qurulması daim müsbət nəticələr əldə edilməsi üçün elm, mədəniyyət, incəsənət, idman digər ictimai sahələrin sivil dünya  standartlarına  uyğun  fəaliyyət istiqamətində fərman və sərəncamlar imzalayıb. Gənclərin işinin əlaqələndirməsi onların fəaliyyətlərinin istiqamətləndirilməsi sahəsində verilən ilk fərman isə 1994-cü il iyun ayının 26-sı tarixində imzalanan fərman olub. Bu fərmanla Gənclər İdman Nazirliyi yaradılıb".

Həmçinin, ulu öndər Heydər Əliyev Azərbaycanda ordu quruculuğu sahəsində əhəmiyyətli islahatlar həyata keçirib. Onun Azərbaycanın inkişafı tərəqqisi naminə göstərdiyi xidmətlər hər bir birimiz üçün əsil örnəkdir. Bu mənada, hər bir ölkə vətəndaşı ulu öndər Heydər Əliyevin ideologiyasını, siyasi kursunu davam etdirməliyik: "Bu gün sevindirici haldır ki, ulu öndər tərəfindən təməli qoyulmuş siyasi strategiya Onun siyasi kursunun davamçısı respublika Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir".

Tədbirdə qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 87-ci ildönümü münasibətilə həyata keçirilən tədbirlər silsilə olaraq may ayının 10-na kimi davam etdiriləcək. Belə ki, Gəncə, Şəmkir, Şəki digər şəhərlərdə bu məqsədlə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

 

Kübra ƏLİYARLI

 

Səs.- 2010.- 6 may.- S. 11.