"Heydər Əliyev Azərbaycan gəncliyi"

 

Bu mövzuda YAP Biləsuvar rayon təşkilatında dəyirmi masa keçirildi

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında "Heydər Əliyev Azərbaycan gəncliyi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının inkişafi yolundakı müstəsna rolundan danışıb: "Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın inkişafı, dövlət müstəqilliyimizin möhkəmlənməsi, qorunub saxlanılması üçün əvəzsiz  xidmətlər göstərib. Onun bir vətəndaş kimi, xalqına Azərbaycan dövlətçiliyinə necə xidmət etdiyini öyrənərək, gələcək nəsillərə çatdırmalıyıq. Ümummilli liderimiz Heydər Əliyev öz vətəni, milləti qarşısında vətəndaş-şəxsiyyət borcunu layiqincə, ləyaqətlə ödəyən lider olub. Heydər Əliyev Azərbaycanın milli azadlıq hərəkatı milli mənəviyyat tarixində özünəməxsus yer tutan dahi şəxsiyyətlərdən biridir. Ulu öndərimiz Heydər Əliyevin əsas xüsusiyyətlərindən biri Onun qətiyyətli dönməz olmasıdır. Ulu öndər Heydər Əliyev bu xüsusiyyəti ilə dünya siyasətçiləri arasında xüsusilə seçilib. Biz əminik ki, Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev hələ ölkəmizi neçə-neçə qələbələrə aparacaq".

O, qeyd edib ki, ulu öndərin uğurlu siyasətinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan  yaşayır inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət, strategiya onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün yüksək səviyyədə keçirilir. Natiq daha sonra ulu öndərin Azərbaycan gəncliyinə yüksək önəm verdiyini vurğuladı.Tədbirdə YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin sədri Kamil Qurbanlı çıxış edərək, ulu öndərin gənclərə qayğısından danışdı. O, qeyd etdi ki, Azərbaycan gəncliyinin bir hissəsi olan biləsuvarlı gənclər bu qayğını daim öz üzərində hiss edir. YAP Biləsuvar rayon təşkilatının gənclər birliyinin üzvləri bu qayğını başa düşərək, Azərbaycan Respublikasının inkişafı üçün  öz  töhfələrini əsirgəməyəcəklər.

Tədbirdə digər çıxış edənlər bildirdilər ki, ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, qurucusu, dövlətçiliyimizin qarantı oldu. O, respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, onun siyasətini, iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırdı.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 7 may.- S. 10.