"Heydər Əliyevin iqtisadi strategiyasının təntənəsi: Qaradağın bugünü sabahı"

 

Bu mövzuda ulu öndərimizin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfrans keçirildi

 

Dünən Qaradağ rayon icra hakimiyyəti Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilən "Heydər Əliyevin iqtisadi strategiyasının təntənəsi: Qaradağın bugünü sabahı" mövzusunda konfrans keçirildi.

Konfrans iştirakçıları əvvəlcə dahi rəhbərin rayon mərkəzindəki abidəsini ziyarət etdilər önünə gül dəstələri qoydular.

Sonra konfrans rayon mədəniyyət mərkəzində öz işinə başladı. Konfrans iştirakçılarını salamlayan Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, bildirdi ki, Azərbaycanın inkişafına xidmət edən siyasətin əsaslarını ulu öndər Heydər Əliyev formalaşdırıb: "Ümummilli liderimiz bütün dövrlərdəki fəaliyyətilə Azərbaycanın dövlət maraqlarına xidmət etdiyini təsdiq etmiş əvəzolunmaz şəxsiyyətdir. İstər birinci, istərsə , ikinci hakimiyyəti dövründə Heydər Əliyev bütün həyatını Azərbaycan üçün, xalq üçün sərf etdi". S.Mikayılov onu da vurğuladı ki, bu gün Azərbaycan ulu öndərimizin ideyaları əsasında uğurla inkişaf edir: "Ümummilli liderimizin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində iqtisadi inkişafın Azərbaycan modeli formalaşdırılıb. Bu tarixi nailiyyətin əldə olunması isə Heydər Əliyevin iqtisadi strategiyasının təntənəsinin nəticəsidir".

Konfransda Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək, söylədi ki, ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərini nəzərdən keçirdikdə, dahi şəxsiyyətin xalqımızın xoşbəxtliyinin təmin olunması üçün qədər gərgin əzmkarlıqla çalışmasının şahidi oluruq: "Azərbaycanın bugünkü davamlı iqtisadi inkişafının da əsasları ümummilli lider Heydər Əliyev tərəfindən yaradılıb".

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli çıxışı zamanı vurğuladı ki, Azərbaycanın indiki iqtisadi inkişafına ötən əsrin 70-ci illərində ümmummilli lider Heydər Əliyevin düşünülmüş uzunmüddətli siyasi kursu əsas yaradıb: "Azərbaycan ötən əsrin 70-ci illərinə kimi, əsasən, aqrar ölkə statusu daşıyırdı. Respublikamızda istehsal olunan milli məhsulun böyük bir hissəsi aqrar bölmənin payına düşürdü. Ulu öndərimizin rəhbərliyilə həyata keçirilən məqsədyönlü ardıcıl işlər nəticəsində Azərbaycan aqrar ölkədən sənaye respublikasına çevrildi".

Millət vəkilləri Mixail Zabelin, Musa Quliyev, ekologiya təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev digər rayon ziyalıları konfransda çıxış edərək, bildirdilər ki, bu gün müstəqil Azərbaycan dövlətinin varlığı Heydər Əliyevin adı ilə bağlıdır. Onun xalqın təkidi ilə hakimiyyətə qayıdışı baş verə biləcək bütün fəlakətləri arxada qoymuş qısa vaxt ərzində Azərbaycan dünya birliyi ölkələri arasında özünün layiqli yerini tutub.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 7 may.- S. 10.