"Heydər Əliyev Azərbaycanda ekologiya siyasəti"

 

Dünən Azərbaycan Memarlıq İnşaat Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan "Heydər Əliyev Azərbaycanda ekologiya siyasəti" adlı elmi-praktik konfrans keçirildi. Tədbir iştirakçıları öncə ulu öndərin universitetdəki büstünü ziyarət edərək abidəsi önünə əklil gül dəstələri düzdülər.

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək bildirdi ki, ölkəmizdə onun hüdudlarından kənarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərin əsas məqsədi gənclərə, gələcək nəsillərə bu gün müasir Azərbaycanın, nəinki inkişafı, hətta varlığı birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu çatdırmaqdır. Ulu öndər Heydər Əliyev  məqsədyönlü düşünülmüş siyasəti ilə Azərbaycanı bir dövlət kimi dünyada tanıtdı. O, müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında bir sıra həllivacib məsələlərin dayandığını bildirdi. Daxili xarici siyasətin vəhdəti ölkənin tərəqqisinə geniş imkanlar yaradır. Bu amili önə çəkən ulu öndər Heydər Əliyev Azərbaycanı sabitlik diyarına çevirməklə iqtisadi- siyasi xarici siyasət sahəsində mühüm uğurların əldə olunmasına zəmin yaratdı. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması dövlət siyasətində prioritet məsələdir. G.Məmmədova onu da söylədi ki, ulu öndərin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, Bakıda yaşıllıq zolaqlarını genişləndirilməsi üçün verdiyi tapşırıqları bu gün uğurla yerinə yetirilir.

Ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə "Heydər Əliyev Azərbaycanda ekologiya siyasəti" mövzusunda çıxışında dövlətin həyata keçirdiyi ekoloji siyasət haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev respublikamız üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bunlardan biri 2001-ci ildə ümummilli liderin Ekologiya Təbii Sərvətlər Nazirliyinin yaradılması ilə bağlı sərəncamı idi. 

H.Bağırov əlavə etdi ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılan nazirlik təqribən 3 ildən artıq müddətdə respublikada bütün ekoloji problemləri təhlil edilərək geniş araşdırma apardı. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən , Bakı şəhəri Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi çox əhəmiyyətli işlər həyata keçirir. "Ulu öndər Heydər Əliyevin sosial-iqtisadi siyasətini uğurla davam etdirən  Prezident İlham Əliyev ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına ciddi önəm verir. Son illər dövlət başçısının bilavastə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, 2010-cu ilin "Ekologiya İli" elan olunması, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasında olduğunu bir daha  təsdiqləyir."

Sonra AzMİU-nun Fövqəladə hallar həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri Həbib Qocayev "Şəhərlərin mühəndis tikinti sistemlərinin ekoloji dayanıqlığının təkmilləşdirilməsi yolları", Hidrotexniki meliorasiya hidrologiya kafedrasının müdiri Yusif Qəhrəmanlı "Abşeron yarımadası torpaqlarının ekoloji meliorativ qiymətləndirilməsi", İstilik  təchizatı istilik texnikası kafedrasının müdiri Həsən Quliyev "İstilik energetika qurğalarının tullantılardan ətraf mühitin mühafizəsinin mühəndis problemləri" mövzularında çıxış etdilər.

 

 

R.KAMALQIZI

 

Səs.- 2010.- 7 may.- S. 11.