"Heydər Əliyev Azərbaycançılıq"

 

YAP Ağsu rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar geniş tədbir keçirib

 

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatında xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunan yığıncağı keçirildi. Tədbir iştirakçıları ilk öncə YAP Ağsu rayon təşkilatının şura üzvləri, partiya fəalları ulu öndərin abidəsi önünə əklillər tər gül-çiçək dəstələri düzdülər.

YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov yığıncaqda çıxış edərək,  bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev dünya tarixinin ən böyük şəxsiyyətləri ilə bir sırada dayanır: "Bu gün bütün dünyada Azərbaycana Heydər Əliyev zirvəsindən baxırlar. Məhz bu dahi insanın, ulu öndərin gördüyü işlər nəticəsində Azərbaycan bu gün dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Biz, yer üzündə yaşayan azərbaycanlılar bugünkü müstəqil Azərbaycan dövlətinin mövcudluğuna görə onun yaradıcısına qurucusuna minnətdar olmalıyıq".

 "Ümummilli liderimiz Heydər Əliyev özündən sonra zəngin nadir bir irs qoyub getdi. O irsi öyrənmək, ondan bəhrələnmək hər birimizin borcudur. O, özünün təbirincə desək, bütün ömrünü Azərbaycan adlı bir məmləkətin varlığına həsr etdi" - deyən təşkilat sədri qeyd etdi ki, 1993-cü ildə Azərbaycan dövlətçiliyinin məhv olma təhlükəsi ilə üz-üzə qaldığı ağır bir vaxtda ulu öndərimiz yenidən öz xalqına arxa, dayaq oldu. Dövlətçiliyimizi öz müdrikliyi fədakarlığı ilə xilas etdi. Bizim hər birimiz daima Heydər Əliyev ideyalarına, əməllərinə sadiq qalacağıq. Bu gün Azərbaycan xalqı da, birmənalı olaraq, ulu öndər Heydər Əliyevin kursunu dəstəkləyir onun ardınca gedir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bu siyasi xətti uğurla davam etdirməkdədir".

YAP Ağsu rayon təşkilatının qadınlar şurasının sədri, rayon Mərkəzi Xəstaxanasının baş həkimi Şərabanı Məlikova,  YAP Ağsu rayon təşkilatının şura  üzvü, Ağsu şəhəri üzrə icra nümayəndəsi Cavan Cavadov, YAP Ağsu rayon təhsil işçiləri ilk partiya təşkilatının sədri, rayon təhsil şöbəsinin metodisti Mətləb Nuriyev, YAP Ağsu rayon təşkilatının şura  üzvü, Ağsu rayon icra hakimiyyəti başçısının müavini Akif Mirzəyev çıxış edərək  bildirdilər ki, hər bir xalqın, millətin tarixində önəmli günlər, yadda qalan tarixlər var. Çıxış edənlər, onu da vurğuladılar ki, Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamızda milli özünüdərk milli-mədəni intibahın yüksəlişi başlamışdır. Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda, təsviri sənətdə digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmiş, bu proses ulu öndər tərəfindən, bilavasitə təşviq edilmiş dəstəklənmişdir. Bununla yanaşı, Heydər Əlyevin azərbaycançılıq təliminin təməlində dayanan amillərdən birinin Azərbaycan dili olması, onun Azərbaycan xalqının özünə dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə etməsi, onu xalqı irəli aparan, tarixdə yaşadan qüdrətli vasitə hesab etməsi çıxış edənlər tərəfindən toxunulan əsas məsələlərdən oldu.

Tədbirin sonunda YAP Ağsu rayon təşkilatının sədri Ə.Hüseynov bildirdi ki, ümumilli liderimiz Heydər Əliyevin doğum günü - 10 may Azərbaycan xalqının tarixinə əbədi yazılan bir gündür. Hər bir azərbaycanlı, Yeni Azərbaycan Partiyasının üzvü olan insanlar daima Heydər Əliyev ideyalarına sadiq olacaqlar, onun siyasi kursunun davam etdirilməsində öz xidmətlərini göstərəcəklər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 7 may.- S. 11.