"Heydər
Əliyev yolu əbədidir"
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87- ci ildönümü münasibətilə respublikamızın
bütün regionlarında
geniş tədbirlər
keçirilir. YAP Zərdab
rayon təşkilatının
"Ümummilli liderimiz
Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda
keçirdiyi tədbir
də bu silsilədəndir.
Tədbir iştirakçıları
ilk öncə rayonun mərkəzində
ulu öndər Heydər Əliyevin adını daşıyan
parkda ucaldılmış
heykəli önünə
əklil və tər çiçəklər
qoyaraq, Onun əziz xatirəsini ehtiramla yad etdilər.
YAP Zərdab rayon təşkilatının qərargahında
keçirilən tədbiri
giriş sözü ilə rayon təşkilatının sədri
Tofiq Abdullayev açaraq, "Heydər Əliyev yolu əbədidir" mövzusunda
çıxış etdi.
T.Abdullayev dahi öndərimizin
həyat və fəaliyyətinin müxtəlif
dövrlərindən danışdı.
Yeni Azərbaycan Partiyasının memarı
olan Heydər Əliyevin yaratdığı
partiyanın ətrafında
yüz minlərlə
insanların birləşdiyini
qeyd edən rayon təşkilatının
sədri, onu da bildirdi ki,
bu gün xalq fəxr
edir ki, Azərbaycana İlham Əliyev kimi böyük siyasətçi
lider rəhbərlik edir: "Xalq
şəxsiyyətlər ətrafında
birləşir və ona inanır. Ölkəmiz ağır şəraitdə olarkən
Azərbaycanın böyük
şəxsiyyəti, ümummilli
liderimiz Heydər Əliyevə üz tutdu. Çünki Azərbaycanı düşdüyü
bu çətin vəziyyətdən ancaq və ancaq Heydər
Əliyev siyasəti qurtara bilərdi. Xalqımızın taleyində həlledci
rol oynayan ulu öndər Heydər Əliyev, bütün ömrünü
doğma vətənin
xoşbəxtliyinə həsr
etməklə, Azərbaycana
sonsuz məhəbbət
bəsləyirdi. İllər,
qərinələr keçsə
də, ümummilli liderimiz Heydər Əliyevə xalqımızın sevgisi sonsuz olacaq. Nə qədər müstəqil Azərbaycan
var, qədirbilən xalqımız var, Heydər Əliyevin də adı, ideyaları, siyasəti yaşayacaqdır. Çünki
Heydər Əliyev şəxsiyyəti hələ
zaman-zaman öyrənilməmiş
bir dünyadır. Bu dahi insanın
həyatının, siyasi
fəaliyyətinin, vətəni
və xalqı qarşısındakı misilsiz
xidmətlərinin daha
dərindən öyrənilməsinə
ciddi ehtiyac vardır və zaman keçdikcə bu barədə cild-cild kitablar yazılacaqdır."
XX əsrin 80-ci illərinin
sonu, 90-cı illərinin
əvvəllərində Azərbaycanın
son dərəcə ağır, mürəkkəb
və ziddiyyətli dövrünü xarakterizə
edən YAP Zərdab rayon təşkilatının
sədri belə bir vaxtda, böyük
dövlət və siyasi xadim Heydər
Əliyevin vətənə dönərək, öz xilaskarlıq missiyasını üzərinə
götürməsini, tariximizin
ən parlaq səhifəsi kimi səciyyələndirdi: "1993-cü ilin iyununda xalqın
təkidi ilə yenidən hakimiyyətə
qayıdan Heydər Əliyev gücü, qətiyyəti, qüdrəti,
iradəsi, zəkası
və yenilməzliyi,
ən başlıcası isə
zəngin dövlətçilik
bacarığı çox
keçmədən Azərbaycanı
müstəqil bir dövlət kimi formalaşdırdı, dünyaya
tanıtdı və bütün sahələri
də inkişaf yoluna çıxardı." T.Abdullayev qeyd etdi ki,
ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi
ilə bu gün Azərbaycan regionun ən qüdrətli dövlətinə
çevrilmişdir. Siyasi
sabitlik hökm sürməklə iqtisadiyyatın
bütün sahələri
dinamik inkişaf edir, dövlətin nüfuzu möhkəmlənir:
"Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin
müəllifidir. Bu strategiyanın ən vacib istiqamətlərindən
biri Bakı-Tbilisi-Ceyhan
neft və Bakı-Tbilisi-Ərzurum qaz
kəmərləridir. Artıq
inşasına başlanan
Bakı-Tbilisi-Qars dəmir
yolunun inşası uğurla həyata keçirilir." Natiq daha sonra Heydər
Əliyev siyasi kursunun bütün istiqamətlərdə Azərbaycanın
dövlət müstəqilliyinin
qorunub saxlanması, möhkəmləndirilməsi və
inkişaf etdirilməsi
prinsipinə söykəndiyini
qeyd etdi.
Tədbirdə YAP Zərdab rayon
təşkilatı gənclər
birliyinin sədri Ramin Əliyev, rayon ağsaqqallar şurasının üzvü
Hüseyn Həsənov,
Zərdab rayon Qızıl Aypara Cəmiyyətinin sədri
Firuzə Qocayeva, YAP Zərdab rayon təşkilatının qadınlar
şurasının sədri
Röya İsmayılova və başqaları çıxış edərək,
ulu öndər Heydər Əliyevin vətən, xalq qarşısındakı misilsiz
və uzaqgörən
siyasətindən danışdılar.
Çıxış edənlər
ulu öndərin özündən sonra Azərbaycana, eləcə
də, artıq böyük qüvvəyə
çevrilən və
öz ətrafında
500 min həmfikiri birləşdirən Yeni Azərbaycan Partiyasına ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etməsindən
iftixar duyduqlarını
dedilər. Tədbirdə
Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli
Babayev qeyd etdi ki, bu
gün rayonun bütün kəndlərində,
idarə və müəssisələrində, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd olunur. Rayon rəhbəri
ulu öndərimizin, nəinki Azərbaycanı
hətta bütün dünyanı idarə etmək gücündə
olduğunu bildirdi:
"Ulu öndərin
siyasi kursunun ləyaqətli davamçısı,
Prezident İlham Əliyevin rəhbərliyi
altında müdrik xalqımız özünün
daha parlaq gələcəyinə doğru
inamla irəliləyir.
Respublikamızın hər
yerində olduğu kimi, Zərdab rayonunda da genişmiqyaslı
quruculuq-abadlıq işləri
aparılır".
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 7 may.- S. 12.