Heydər Əliyev Azərbaycan dövlətinin
milli fəaliyyət istiqamətini müəyyənləşdirdi
YAP Binəqədi rayon təşkilatında
ümummilli liderin 87-ci ildönümü geniş
şəkildə qeyd olundu
Dünən YAP Binəqədi
rayon təşkilatında
partiyanın və rayon icra hakimiyyətinin
birgə təşkilatçılığı
ilə ulu öndərimiz Heydər Əliyevin 87-ci ildönümü
münasibəti ilə
tədbir keçirildi.
Qeyd edim ki, tədbir başlamazdan öncə, iştirakçılar tərəfindən ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət edilərək,
əklillər qoyuldu.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədri
Nəbi Xəlilov bildirdi ki, təşkilat
ulu öndər Heydər Əliyevin ildönümü ilə əlaqədar ilk ərazi rayon təşkilatlarında
partiyanın tədbirlər
planına uyğun davamlı olaraq silsilə tədbirlər keçirir. Bugünkü
tədbirdə millət
vəkilləri, ictimai
xadimlər, ziyalılar,
rayon partiya fəalları iştirak edirlər.
Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının
kafedra müdiri Fəxrəddin Nağıyev
qeyd etdi ki, Heydər Əliyev Azərbaycanın
dövlət müstəqilliyinin
qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərmiş və fundamental uğurlara nail olmuşdur. Ümummilli lider Azərbaycanın rəhbəri
olduğu bütün
zamanlarda elmin, təhsilin, mədəniyyətin,
iqtisadiyyatın, səhiyyənin
inkişafına daim diqqət vermiş və heç bir zaman qayğısını
əsirgəməmişdir. Ulu öndər bu günlə deyil, sabahla yaşayan, xalqın gələcəyini düşünən
şəxsiyyət idi.
Heydər Əliyevin zəngin dövlətçilik
fəaliyyətinin ayrı-ayrı
istiqamətlərini təhlil
etdikdə ulu öndərin öz ömrünü, həqiqətən
də, xalqına həsr etdiyinin şahidi oluruq.
Heydər Əliyev irsini araşdırdıqca,
görərik ki, bu irs bu
gün üçün
deyil, gələcək
nəsillər üçün
faydalıdır. Onun irsi bəşər tarixində bir ensiklopediyadır. Sonra natiq Onun daxili
və xarici siyasətinə nəzər
saldı. O, qeyd etdi, bu gün
ümummilli liderin kursunun layiqli davamçısı İlham
Əliyevdir.
Tədbirdə çıxış
edən YAP Siyasi Şurasının üzvü
Vüqar Rəhimzadə bu gün əlamətdar bir gün ərəfəsində
olduğumuzu
bildirdi. Ulu öndərin
87-ci ildönümü Azərbaycanın
bütün regionlarında
geniş tərkibdə
qeyd olunduğunu diqqətə çatdırdı.O
bildirdi ki, çoxəsrlik dövlətçiliyimiz
tarixində xüsusi yeri olan Heydər
Əliyevin fəaliyyəti
öz əhəmiyyəti
etibarilə Azərbaycanın
hüdudlarından çox-çox
kənara çıxır.
Beynəlxalq aləmdə cərəyan
edən proseslərə
təsiri baxımından,
həmişə seçilən
və qlobal dünyanın ən aktual çağırışlarına
cavab verən Azərbaycan rəhbəri
zəmanəmizin tanınmış
siyasi xadimləri sırasında şərəfli
yer tutmuşdur.
V.Rəhimzadə 90-cı illərə
qısa ekskurs edərək, ölkənin
dilemma qarşısında
qaldığını, yalnız
Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra xalqın tərəqqi və inkişaf etdiyini bildirdi. Bu gün
Azərbaycanın dünya
arenasında diqqət
mərkəzində olduğunu
və dünyaya inteqrasiya etmiş bir dövlət kimi formalaşdığını qeyd
etdi. Heydər Əliyev cənabları xalqımıza əsil vətəndaş olmağı
aşıladı. Heydər
Əliyev, həmçinin,
diasporanın formalaşmasında
və inkişafında
mühüm rol oynadığını diqqətə
çəkdi. Dünya
dövlətlərinə öz
haqq sözünü deməyə öyrətdi.
Qısa zaman kəsiyində Azərbaycan
uğurlu bir inkişaf yolu keçərək, çox
böyük inkişaf
edən dövlətlərdən
birinə çevrildi.
Bu gün onun məqsədyönlü
xarici siyasətini layiqli davamçısı İlham
Əliyev sədaqətlə
həyata keçirir.
Bu gün nə qədər Azərbaycan dövləti
varsa, Heydər Əliyev siyasəti və Onun ideyaları yaşayacaq.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rafael Cəbrayılov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü
böyük işlərdən
danışdı. Min
illər ötsə belə, Onun xalqımız tərəfindən
daim xatırlanacağını
bildirdi. Millət vəkili
bildirdi ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdani
sonra ikinci dəfə müstəqillik
əldə etmiş Azərbaycanın müstəqilliyin
qorunmasında və möhkəmlənməsində uğurlu addımlar atdı. Dövlətimizin iqtisadi bazisini qurdu. Ümummilli liderin neft strategiyası, Onun uzaqgörənliyi idi. Qısa bir müddətdə Azərbaycan 50-dən artıq
beynəlxalq konvensiyaya
qoşuldu. Azərbaycan
dövləti özünün
milli fəaliyyət istiqamətini müəyyənləşdirdi.
Bu şansı Azərbaycan xalqına Heydər Əliyev bəxş etdi. Sonra millət vəkili dünyanın tanınmış siyasi xadimlər ilə Heydər Əliyevi müqasiyəyə
çəkərək, Onun
siyasi fəaliyyətinə
nəzər yetirdi. O bildirdi ki Azərbaycan
xalqı Heydər Əliyevlə daim fəxr edib və bundan sonra da fəxr
edəcək.
Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı
Qocayev Azərbaycan dövlətinin dinamik sürətlə
inkişaf etdiyini
bildirdi. Ulu öndər Heydər
Əliyevin daxili və xarici siyasəti nəticəsində,
bu gün xaqımızın firavan həyat tərzi keçirdiyini qeyd etdi. İcra başçısı bildirdi
ki, Azərbaycan regionda həm lider dövlət, həm də regional və qlobal iqtisadi layihələrin aparıcı
iştirakçılarından biri kimi tanınır.
Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident
İlham Əliyevin rəhbərliyi altında
qazanılan uğurlar
davam etməkdədir.
Müstəqil Azərbaycan
dahi rəhbərin müəyyənləşdirdiyi yolla gedərək, sürətlə inkişaf
edir.
Tədbirin sonunda ulu öndərin doğum günündə-mayın
10-da 18 yaşı tamam
olacaq. Gənc Heydərçilərə üzvlük vərəqələri
və hədiyyələr
təqdim olundu və eyni zamanda, rayon üzrə keçirilən
"Mən fəxr edirəm ki, Azərbaycanlıyam" inşa müsabiqəsinin qaliblərinə
təşkilat tərəfindən
diplomlar təqdim olundu.
ZÜMRÜD
Səs.- 2010.- 7 may.- S. 14.