Xalqının haqq səsini dünyaya çatdıran lider
Azərbaycan Beynəlxalq Universitetində
ümumilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr
olunmuş tədbir keçirildi
Hər il olduğu
kimi, bu il də Azərbaycan
Beynəlxalq Universitetində
xalqımızın ümummilli
lideri Azərbaycan Respublikasının qurucusu
və banisi Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr
olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Konfransda
Aşıqlar Birliyinin
sədri, xalq şairi Zəlimxan Yaqub Heydər Əliyev cənablarının
müstəqil Azərbaycanın
çiçəklənməsi, inkişaf etməsi üçün göstərdiyi
misilsiz fəaliyyətindən
söhbət açaraq,
bildirdi ki, bu gün Azərbaycanın
inkişafında, iqtisadiyyatımızın güclənməsində,
xalqın rahat və firavan yaşamasında Heydər
Əliyev fenomeninin fəaliyyəti danılmazdır.
Daha sonra Azərbaycan Beynəlxalq Unversitetinin rektoru akademik, hüquq elmləri doktoru E.Abdullayev çıxış edərək,
ümummilli lider Heydər Əliyevin respublikamızda rəhbərlik
etdiyi bütün dövrlərdə hər
zaman xalqının mənafeyi naminə fəaliyyət göstərmiş,
Azərbaycan haqqındakı
həqiqətləri siyasi
məntiqə əsaslanan
fikirləri ilə bütün dünya ictimayyətinə çatdırmış,
Azərbaycan xalqının
haqq səsini ucaltmışdır. "Heydər
Əliyevin mərdliyi,
cəsarəti nəticəsində
XX əsrin 70-ci illərində
elə bir tarixi bünövrə yaradıldı ki, bu gün mövcud
olan müstəqil Azərbaycan dövlətinin,
müasir Azərbaycan
tarixinin təməl daşı qoyuldu. O dövrdə xalqına sədaqətlə, vicdanla
xidmət edən, hər bir məsələdə
Azərbaycan mənafeyini
hər şeydən üstün tutan ulu öndər Heydər Əliyev həqiqətən tarixi şəxsiyyət olduğunu
təsdiqlədi. Elə buna
görə də XX əsrin sonlarında məlum proseslərin yaratdığı gerçəklər,
Azərbaycan dövlətinin,
xalqının böhran
və tənəzzül
anlarında xalq öz nicat yolunu
Heydər Əliyev şəxsiyyətində tapdı.
Heydər Əliyevin rəbərliyi altında Azərbaycan Respublikasının
bütün fəaliyyət
sahələri inkişaf
etmişdir. Məhz Onun gərgin
əməyi, siyasi uzaqgörənliyi, yaradıcı
və ahəngdar iş şəraiti, demokratik vəziyyət ölkəmizin geniş inkişafına gətirib
çıxarmışdır." Konfransda söz regionşünaslıq fakültəsinin
dekanı M.Quliyevaya verildi. Öz çıxışında ümummilli
lider Heydər Əliyev cənablarının
həyat yolu və
Azərbaycan xalqı qarşısındakı böyük
xidmətləri, eləcə
də, Onu dünya liderlərindən
fərqləndirən xüsusiyyətləri
barədə söhbət
açdı. Beynəxalq
iqtisadi münasibətlər
fakültəsinin dekanı
İ.Quliyev davam edərək, müstəqil
Azərbaycan Respublikasının banisi, qurucusu, ümummilli lider Heydər Əliyev fenomeninin Azərbaycan iqtisadiyyatının
inkişafındakı misilsiz
əməyi danılmaz,
inkarolunmazdır. Biz Heydər Əliyev kursunu, siyasətini davam etdirməli, qoruyub saxlamalı, bizə mirası olan Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin daim yanında olmalı, siyasətini daim dəstəkləməliyik. Tədbirin
bədii hissəsini Azərbaycan Beynəlxalq Universiteti rəhbərliyi
tərəfindən xüsusi
dəvət olunmuş
aşıqlar davam etdirdilər. ABU-nun jurnalistika fakültəsinin
III kurs tələbəsi
Kəmalə Təyyarqızı
Səs.- 2010.- 13 may.- S. 9.