Azərbaycanın Ordusu öz sözünü deməyə hazırdır

 

Dünya təcrübəsindən məlumdur ki, danışıqlar nəticə verməyəndə proses döyüş meydanları müstəvisinə keçir

 

Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf edir, onun beynəlxalq əlaqələri genişlənir nüfuzu artır. Ermənistan Respublikası beynəlxalq hüquq normalarına əldə olunmuş razılaşmalara məhəl qoymayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesini uzatmaqda davam edir. Regiondakı mürəkkəb hərbi-siyasi durum Azərbaycan Respublikası üçün öz suverenliyini ərazi bütövlüyünü qorumaq işğal olunmuş əraziləri azad etmək məqsədi ilə Silahlı Qüvvələrin döyüş imkanlarını artırmağı zəruri edir.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, ordu quruculuğuna böyük önəm verilib. Çünki Azərbaycan, ötən əsrin əvvəllərində olduğu kimi, sionunda da erməni təcavüzünə məruz qalmışdı. Bu səbəbdən , gənc dövlətin güclü orduya ehtiyacı olduğu hamı tərəfindən qəbul olunmuşdu. Müstəqilliyin ilk illərində ordu quruculuğu işində problemlər var idi. Ölkənin iqtisadi böhran keçirməsi maliyyə ehtiyatlarının zəif olması bu işə mənfi təsir göstərirdi. Ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifə isə qısa müddətdə güclü ordu yaratmaq idi.

Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə başlayıb. 2003-cü ildən etibarən ölkə iqtisadiyyatının inkişafı ordu quruculuğu sahəsində özünü göstərməyə başladı. Dövlət ildən-ilə hərbi xərcləri artırmaqla, bu sahənin əsas prioritetlərindən olduğunu əyani şəkildə nümayiş etdirdi. Bu illər ərzində ordunun döyüş qabiliyyəti artırıldı, maddi-texniki bazası gücləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Təsadüfi deyil ki, son 5-6 ildə Azərbaycanın hərbi xərcləri 10 dəfədən çox artıb. Hazırda Azərbaycanın hərbi xərcləri 2 milyard dollara çatıb ki, bu da təxminən torpaqlarımızı işğal edən Ermənistanın ümumi büdcəsinə bərabərdir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına da yol açıb. Ötən illər ərzində orduya ayrılan pulların böyük bir hissəsi yeni texnikaların, təyyarələrin, ən müasir silahların alınmasına yönəldilib.

Paralel olaraq Azərbaycanda müdafiə sənayesinin inkişafına da təkan verilib. Ölkə Prezidentinin tapşırığı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb Azərbaycan hərbi təyinatlı məhsulların istehsalına başlayıb. Son illər ərzində dövlət büdcəsinin vəsaitləri hesabına müdafiə sənayesi kompleksinə daxil olan çoxsaylı zavodlar istifadəyə verilib.

Təbii ki, Azərbaycan bütün bunları öz torpaqlarının işğaldan azad edilməsi üçün edir. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 18 ildir davam edən danışıqlar prosesi heç bir nəticə vermir. Belə olan halda, Azərbaycan öz torpaqlarını hərbi yolla da olsa, qaytarmaq məcburiyyətindədir. Bunun üçün isə güclü orduya böyük ehtiyac var.

Düzdür, bəzən beynəlxalq qurumlar Azərbaycanın ordu quruculuğu sahəsinə böyük miqdarda vəsait ayırmasından narahatlıqlarını ifadə edirlər. Amma onlar unudurlar ki, Azərbaycan bunu regionda hərbi hegemonluq üçün deyil, öz ərazi bütövlüyünün bərpası üçün edir.

Prezident İlham Əliyevin dediyi kimi, qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, bu siyasət davam etdiriləcək. Ölkəmizin gəlirləri artdıqca, hərbi sferaya ayırmaların həcmi artırılacaq. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda Azərbaycanın mövqelərini gücləndirəcək. 18 ildir davam edən danışıqlar əyani şəkildə göstərdi ki, Ermənistan konkret təzyiq olmadan öz mövqelərindən geri çəkilmək niyyətində deyil.

Təəssüf ki, danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrləri işğalçılıq siyasətindən geri çəkilmək üçün Ermənistana heç bir təzyiq göstərmirlər. Beynəlxalq təşkilatların- BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi haqlı qərarlar isə kağız üzərində qalır. Dünya gücləri bu qərarların icrasına təsir etmək istəmirlər.

NATO hər dəfə bu məsələ qaldırılanda münaqişənin həlli ilə bağlı prosesin ATƏT-in Minsk Qrupunun səlahiyyətləri çərçivəsində olduğunu deyərək məsuliyyəti boynundan atır. ABŞ işğalçı dövlətə təsir göstərmək əvəzinə, onu iflasdan qurtarmaq üçün Ermənistan-Türkiyə sərhədlərinin açılmasına çalışır, hətta bunun üçün həm Bakıya, həm Ankaraya təzyiq göstərir. Fransa üzdə birtərəflilik nümayiş etdirsə , Ermənistana heç bir təzyiq göstərmir. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə , Ermənistanı silahlandırmaqda davam edir.

Belə olan halda, yeganə ümid Azərbaycan Ordusuna qalır. Prezident İlham Əliyevin bu günlərdə Müdafiə Nazirliyindəki müşavirədə dediyi kimi, Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək mexanizm yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayacaq. Artıq bu sözlərin arxasında durmaq üçün Azərbaycanın kifayət qədər hərbi potensialı var.

Azərbaycan Silahlı Qüvvələri hazırda işğalçı Ermənistanın bütün nöqtələrinə sarsıdıcı zərbələr vurmaq potensialına malikdir. Azərbaycan rəhbərliyi yalnız regionda sülh naminə danışıqların davam etdirilməsinə razılıq verərək sülh prosesinə sadiqlik nümayiş etdirir. Ancaq vasitəçilər Ermənistan da bunun sonsuz olmayacağını anlamalıdırlar. Dünya təcrübəsindən məlumdur ki, danışıqlar nəticə verməyəndə proses döyüş meydanları müstəvisinə keçir.

Hər bir dövlətin əsas təməllərindən biri onun güclü ordusunun olmasıdır. Böyük qürur hissi ilə demək olar ki, Azərbaycanın yüksək döyüş qabiliyyətinə, nizam-intizama malik ordusu var. Dövlətimizin hökumətimizin diqqəti sayəsində Silahlı Qüvvələrimizin möhkəmləndirilməsində əsas məqsəd işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, qaçqın məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqdır. Azərbaycan Ordusu artıq bunu reallaşdırmaq qüdrətinə sahibdir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 14 may.- S. 9.