Təbii fəlakətin nəticələrinin aradan qaldırılması yönündə zəruri tədbirlər görülür

 

Məlum olduğu kimi, may ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Şirvan şəhərində təbii fəlakətlə bağlı səyyar müşavirə keçirilmişdir. Bir neçə gün bundan öncə, Sabirabad rayonunda baş verən təbii fəlakətlərə həsr olunmuş müşavirədə mövcud vəziyyət qarşıda duran problemlərin həlli ilə bağlı görülməli olan işlər müzakirə olunmuşdur.

 Hökumət nümayəndələrinin iştirakı ilə keçirilən bu müşavirədə Prezident İlham Əliyev öz tapşırıqlarını vermişdir. Bununla yanaşı, Prezident Sabirabadda yerləşən təbii fəlakətdən zərər çəkmiş insanlar üçün yaradılmış qaçqın düşərgəsində olmuş sakinlər tərəfindən hərarətlə qarşılanmışdır. Belə bir vaxtda cənab Prezidentin sakinlərə fəlakət zonasına belə bir diqqət ayırması onlar tərəfindən rəğbətlə qarşılanıb. Sakinlərlə söhbətində cənab Prezident onlar üçün hər cür şəraitin yaradılacağını tezliklə daşqının törətdiyi fəlakətlərin aradan qaldırılması üçün mümkün tədbirlər görüləcəyini bildirib. Prezident daşqından əziyyət çəkmiş əhaliyə dəyən ziyanının ödəniləcəyini kompensasiyaların veriləcəyini bildirib.

Qeyd edək ki, Kür çayında daşqınlardan zərər çəkən Sabirabad sakinlərinin Şirvan şəhərində müvəqqəti məskunlaşdığı çadır düşərgəsində 1500 nəfərə qədər insan yerləşdirilmişdir. Burada qurulan 176 çadıra Sabirabadın 9 kəndinin, əsasən, Dadaşbəyli Qaragünə kəndlərinin sakinləri köçürülmüş zərərçəkənlərin dəqiq qeydiyyatı aparılmışdır.

Dünyanın müxtəlif yerlərində baş vermiş baş verməkdə olan, o cümlədən, qonşu ölkələrdə belə təbii fəlakətlər baş verməsinə baxmayaraq, Azərbaycanda bu vəziyyətin fərqli olduğu da keçirilən müşavirədə Prezident tərəfindən nəzərə çatdırıldı. "İndiki şəraitdə dünyanın müxtəlif yerlərində bu günlərdə bu gün davam edən təbii fəlakətlər müşahidə olunur. Qonşuluğumuzda, başqa qitələrdə daşqınlar, sel suları, leysan yağışları insanlara böyük problemlər yaradır ölüm hadisələri çox geniş vüsət alıbdır. Ancaq Allaha şükürlər olsun ki, Azərbaycanda bu sahədə maksimum tədbirlər görüldü, biz insanları qoruya bildik. Onları vaxtında köçürə bildik. Fəlakətə məruz qalmış yerlərdə görülən operativ tədbirlər nəticəsində biz insanların sağlamlığını da maksimum dərəcədə təmin edə bildik."

Həqiqətən, Prezidentin qeyd etdiyi kimi ölkəmizdə baş verən hadisələrdə görülən işlər nəticəsində təbii fəlakətin nəticələri tezliklə aradan qaldırılmış ölüm hadisəsinə isə, demək olar ki, rast gəlinməmişdir. Yəni əhali vaxtında öz yerlərindən köçürülmüş onlar ziyan dəyməməsi üçün maksimum işlər görülmüşdür.

Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan dövlətinin lazımi qədər texnikaya qüvvəyə malik olduğunu nəzərə çatdırdı. O bildirdi ki, sahilbərkitmə işlərinin görülməsindən irəli gələn bütün tədbirlər görülür. "Sahilbərkitmə, bəndbərkitmə işləri sürətlə davam etdirilməlidir. Bütün texnika vardır. Əgər əlavə texnikanın göndərilməsi üçün ehtiyac olarsa, biz onu da edərik. Kifayət qədər canlı qüvvə vardır. Ancaq bu gün mən göstəriş verdim ki, əlavə canlı qüvvə göndərilsin. Çünki buna ehtiyac vardır. Biz, əlbəttə, kənd sakinlərini bu işlərə cəlb edirik. Amma onların başı öz problemlərinə qarışıb. Onlar öz ailələrinə bu şəraitdə kömək etməlidirlər. Yəni, onları bu sahilbərkitmə işlərinə kütləvi qaydada cəlb etmək hesab edirəm ki, o qədər düzgün olmaz. Bu, könüllü şəkildə olmalıdır. Bizim kifayət qədər canlı qüvvəmiz vardır." Prezidentin bu yöndə qeyd etdiyi məsələləri sakinlər təsdiqləyir görülən işlərdən razı olduqlarını bildirirlər.

Cənab Prezident İlham Əliyev onu da bildirdi ki, bütün lazımi tədbirlərin görülməsi problemlərin aradan qaldırılması üçün kompleks tədbirlər planı hazırlanmalıdır bu tədbirlər planı çərçivəsində bütün işlər görülməlidir. "Kompleks tədbirlər planı tərtib edilməlidir, hazırlanmalıdır icra olunmağa başlamalıdır ki, gələcəkdə biz özümüzü belə fəlakətdən daha da böyük uğurla qoruya bilək. Hesab edirəm ki, yaxın zamanlarda biz bu planı təsdiqləyəcəyik." Qeyd edək ki, bu barədə müşavirədən bir neçə gün əvvəl paytaxt Bakıda keçirilən müşavirədə qərara alınmışdı. Cənab Prezident bu yöndə öz tapşırıqlarını vermişdi.

Prezident öz nitqinin sonunda, onu da qeyd etdi ki, Azərbaycan dövləti hökuməti öz vəzifələrindən irəli gələn bütün işləri görməyə qadirdir. "Mən bir daha demək istəyirəm, Azərbaycanda indi elə idarəçilik sistemi yaradılıbdır ki, hər bir qurum hər bir qurumun rəhbəri istənilən anda öz vəzifə borclarını bilir çalışır ki, onları şərəflə yerinə yetirsin. Görülən tədbirlər, bir daha onu göstərdi ki, bütün bu hadisələri qabaqcadan proqnozlaşdırmaq mümkün deyildi. Buna baxmayaraq, biz bu fəlakətlə üzləşəndə dərhal operativ tədbirlər görüldü bu gün bu tədbirlər görülür."

Prezidentin qeyd etdiyi kimi, bu məsələ ilə əlaqədar olaraq bütün dövlət idarə təşkilatları, komitələr, nazirliklər bu məsələdən irəli gələn bütün işləri görmək üçün dərhal hadisə yerinə yollanmış, orada olan vəziyyətlə tanış olmuş müvafiq önləyici tədbirlərin görülməsi üçün əllərindən gələni etmişlər. Ziyanın azlığı can itkisinin olmaması, bunu deməyə əsas verir.

Müşavirədə iştirak edən fövqəladə hallar naziri, daxili işlər naziri, səhiyyə naziri, təhsil naziri çıxış edərək, Prezidentə fəlakətin törətdiyi fəsadlar mövcud vəziyyət barədə məlumat veriblər. Cənab Prezident müşavirənin sonunda yenidən bütün lazımi tədbirlərin görüldüyünü gələcəkdə baş verə biləcək fəlakətlərin qarşısının alınması üçün bütün qüvvələrin səfərbər olunmasını tapşırdı.

Ümumilikdə, Prezident İlham Əliyevin təbii fəlakət zonasına gedərək, orada zərərçəkənlərlə görüşməsi hökumət nümayəndələri ilə müşavirə keçirməsi Onun bu məsələyə ayırdığı yüksək diqqətin nəticəsidir. Prezidentin şəxsən məsələ ilə maraqlanması yaxından tanış olması zərərçəkmiş əhalidə öz gələcəklərinə qarşı ümid inam yaratmış oldu. Onlar əmin olmalıdırlar ki, ölkə başçısı Onun rəhbərliyi altında Azərbaycan hökumətinin görəcəyi tədbirlər nəticəsində onların heç bir problemi qalmayacaq.

 

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2010.- 14 may.- S. 10.