Laçının işğalından 18 il ötür

 

Rayon 1992-ci ildə ermənilər tərəfindən işğal edilib

 

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 18 il keçir. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsi ilə daxil olub. Həmin dövrdə Laçından ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəbhə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu.

Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Azərbaycanın Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Laçın rayonunun ərazisi 1883 kvadrat km-dir. 65507 nəfər əhalisi olan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Rayonun mərkəzi Laçın şəhərinin əhalisi 14500 nəfərdir. 65 min əhalisi olan bu səfalı məkan 126 kənddən, 1 şəhərdən 1 qəsəbədən ibarətdir. Tarixçilərin fikirinə görə, Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş bu adı da ona özü vermişdir. Laçın 1923-cu ilə qədər Abdallar, sonra isə Laçın adlanıb. Ərazisi əsasən dağlıq relyefdən ibarətdir. Burada əsasən maldarlıq, arıçılıq, əkinçilik, taxta-şalban istehsali inkişaf edib. Hal-hazırda Laçın rayonunun əhalisi Azərbaycan Respublikasının müxtəlif ərazisinə səpələnmişdir. Rayonunun iqtisadiyyatında heyvandarlıq əsas yer tutur. Kənd təsərrüfatının əsasını taxılçılıq meyvəçilik təşkil edir.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin rayonun işğalı ilə bağlı yaydığı məlumatda bildirilir ki, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü digər təbii sərvətləri var. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.

Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu Dövlət Təbiət Yasaqlığı da hal-hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan quşları qoruyub saxlamaq artırmaq məqsədi ilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə , çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb.

İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən, 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğala qədər rayon ərazisində 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı olmuşdur. Laçın ərazisi başa-baş bir tarix muzeyidir. Coğrafi mövqeyinə görə Laçın rayonu ən yüksək dağ rayonlarından biridir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 m yüksəklikdə yerləşən Qızılboğaz dağıdır. Ərazidə narzan tipli bulaqlar, çoxlu miqdarda müxtəlif tikinti materialları, yataqları vardır. Rayonda 126 yaşayış məntəqəsi yerləşir. 1992-ci il rayonun ərazisi erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var. Laçının işğalı zamanı 300-dən artıq hərbi mülki şəxs həlak olub itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən, 7 sənaye tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb.

Həmin dövrdə Laçından ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşulmuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisaidiyyatına ciddi ziyan vurub.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub indiyədək tərəflər arasında sülh danışıqları davam etdirilir.

Laçınlılar indi 59 şəhər rayonda məskunlaşıblar. Onların sosial şəraitini yaxşılaşdırmaq məqsədi ilə dövlət xeyli görüb. Ancaq laçınlıların yeganə arzusu vətənlərinə qayıtmaqdır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 14 may.- S. 11.