Yaşayan yaşadan lider

 

Ölməz rəhbərə hörmət ehtiram hissi ilə

 

Həyatın məqsədi yaratmaq mümkün qədər parlaq yanmaqdır, öz fəaliyyətini, həyatını adamlara həsr etməyən xoşbəxt ola bilməz. İnsan təklikdə sevinə bilər, nəşələnər, lakin xoşbəxt ola bilməz.

 

Fransız yazıçısı xanım de Stal

 

Şəxsiyyətin islam modelində əsas cəhət Allah iradəsinin ciddi qüsursuz olaraq həyata keçirilməsidir.

Fəlsəfə tarixində insan şüurlu varlıq kimi zəruri olaraq özünün bu dünyadakı yerini - həm mənşəyinə, həm indiki mövcudluğuna  görə mənliyi ilə dünya arasındakı əlaqəni, birliyi fərqi müəyyənləşdirməyə çalışır. İnsan öz mahiyyətinə görə yaradıcıdır. O, həm özünü, həm öz dünyasını yaradır. Heydər Əliyev öz dünyasını yaratmaqla bərabər dünyanı xeyir ədalət əsasında qurdu.

Fəlsəfə tarixində insan varlığı geniş nəzəri səpkidə araşdırılır, həyatın mənası, insanın mahiyyəti, məqsədi idealı kimi məsələlər tədqiq edilir. Belə ki, fəlsəfi məsələ kimi, məhz insan çıxış edir. Lakin insan həm onu şəxsiyyət kimi müəyyənləşdirən  keyfiyyət xassələrin daşıyıcısıdır.

İnsan haqqında müxtəlif konsepsiyalar olubdur. İslamın insan haqqında görüşləri isə tamam başqadır. İnsanları Yaradana görə sevin, o sizləri başqalarına sevdirər. Mən düşünürəm ki, xalqın Ümumliderə olan sevgisi, onun insanlığa verdiyi dəyərin məntiqi təcəssümüdür.

Hər bir şəxsin həyatının məqsədi mənası, eyni zamanda, bütün insan tarixinin, insanın yaşadığı cəmiyyətin məqsəd mənasına təsir göstərən sosial ideyalar fəaliyyətlər ilə sıx əlaqədardır.

May ayı  türk  dünyası  üçün mübarək aydır. Belə ki,  1918-ci il mayın  18-də Mustafa  Kamal  Paşa  Atatürk İstanbuldan Anadoluya  gedərək, vətən millət  naminə savaşa  başlamış sonralar bu günü  özünə ad  günü  götürmüşdür.  Bundan  10  gün sonra isə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası qurulmuşdur. Beş il   sonra-1923-cü  il mayın 10-da gələcək müstəqil  Azərbaycan dövlətinin  memarı qurucusu, müdrik  siyasi şəxsiyyət görkəmli dövlət xadimi, bütün türk  dünyasının  iftixarı, ulu  öndər Heydər  Əliyev  dünyaya gəlmişdir. Bu faktlar may ayının  qardaş  xalqlar üçün, doğrudan da,  şərafətli bir ay  olduğunu deməyə bizə əsas verir. Həmçinin,   1923-cü il türk  aləmi üçün   əlamətdar bir il- Türkiyə Respublikasının yarandığı ildir.

Bəli, türk  dünyası üçün mühüm tarixi hadisələrlə əlamətdar olan  bir dövrdə anadan olan Heydər Əliyev öz  xalqının milli varlığını dünyaya  tanıtmaq onun müstəqil dövlətini yaradaraq, onu daim zəfərlərə doğru aparmaq kimi olduqca çətin şərəfli bir missiyanı onu Azərbaycana  bəxş edən Tanrının  bu xalqa olan istəyinə  layiq  səviyyədə həyata  keçirmişdir. Ümummilli lider kəskin zəka, analitik təfəkkür, yüksək milli-mənəvi dəyərlərə malik şəxsiyyət, filosof idi. Bu xüsusiyyətlər ulu öndərdə sonradan qazanılmış xüsusiyyətlər deyildi, Uca Tanrının lütfü idi. O, dahi olaraq doğulmuşdu. Sanki Azərbaycan xalqına xas bütün xüsusiyyətlər, əsrlər boyu cilalanaraq ümummilli lider Heydər Əliyev şəxsiyyətində təcəssüm olunmuşdu.

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər,

Şirin bir xatirədək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

Azərbaycan şairi Səməd Vurğuna aid olan bu misralar Azərbaycan şeirini ədəbiyyatını özünə yaxın görən hər kəs tərəfindən çox yaxşı bilinməkdədir. Bəşəriyyət yolunun başlanmasından etibarən hər bir toplum, zəka işığının içərisində yetişdirən fikir adamlarından - öndərlərindən almışdır. Hər toplum tarixi dəyişim qarşısında dahi bir liderə ehtiyac duymuşdur - Sevərək  yaşayan yaşadan liderə.

Bir insan olaraq, anlayışın mərhəmətin, bir lider olaraq, əzəmətin, bir vətəndaş olaraq, həyatın şüarını, vətəninin, xalqının gələcəyinə həsr etməyin minlərlə Azərbaycan gəncinin gələcəyinə çağırışdır.

Ulu öndərin xalqa müraciəti zamanı onun millətə, vətənə dərin sevgisini duymamaq mümkün deyil.

"Bu siyasəti mən onun üçün apara bilirəm ki, bu, mənim iradəmdir, həyatımın qayəsidir, mənasıdır."

"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəlimizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub."

"Heç bir qüvvə Azərbaycan müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz".

Müstəqil Azərbaycanın  keçdiyi sınaqlar dövlətçiliyimizin ən ağır günlərdə ümummilli lider Heydər Əliyevin göstərdiyi qətiyyət əzimkarlıq bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib.

Azərbaycan tarixində Heydər Əliyev silinməz izlər buraxmışdır. Onun fəaliyyəti nəticəsində qazanılan nailiyyətlər Azərbaycan dövlətçiliyinin bugünü gələcəyi baxımından son dərəcə dəyərlidir. Azərbaycanın əldə etdiyi uğurların, nailiyyətlərin təməlində ulu öndərin hazırladığı unikal inkişaf konsepsiyasının fundamental əsasları dayanır.

Bütün mənalı həyatını xalqına həsr etmiş Heydər Əliyevin siyasi  xadim dövlət rəhbəri kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, dövlət idarəçiliyi məktəbi yaratmışdır. Mak-Qreqor qeyd etmişdir ki, "idarəetmə qabiliyyəti insan münasibətlərini tənzimləmək bacarığından ibarətdir."Bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşun birinin tənəzzülü, digərinin tərəqqisi ilə müşayiət olunan siyasi proseslər dalğasının kulminasiya nöqtəsində uğurlar qazanan Heydər Əliyev siyasi məktəbi, idarəçilik sistemi beynəlxalq idarəetmədə ən  optimal variantdır. Azərbaycan xalqının daha bir çox nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən xalqımızın rifahı naminə faydalanacaqdır. Ümummilli lider hər zaman yaşadığı dövrün qəlibləşmiş stereotip şablon düşüncə tərzindən  üstün olan innovativ ideyalarla çıxış etmişdir. Akademik Ramiz Mehdiyevə istinadla deyə bilərik  ki, siyasi lider dahiliyi yaşadığı zamana gələcəyə təsiri,idarəetmə qərar qəbul etmə tərzlərində novatorluq keyfiyyətləri ilə önəmli sayılır. Belə ki, ulu öndər bütün keyfiyyətlərinə yüksək mənəviyyatına, siyasi liderlik xüsusiyyətlərinə görə alternativsiz, fenomenal şəxsiyyət idi.

Bütün  həyatını  doğma  Azərbaycanın  xoşbəxtliyinə həsr edərək, bu yolda  ölçüyəgəlməz   misilsiz  xidmətlər göstərən, bəşər tarixində  təkrarı olmayan dahi Heydər Əliyev  Azərbaycanı müstəqil bir  dövlət kimi ən  ağır təhlükələrdən   xilas etmiş, qısa  zaman ərzində  ölkədə  sabitlik  əmin-amanlığı bərqərar edərək, respublikamızı inkişaf  yoluna  səfərbər etmiş, xalqımızın iqtisadi, sosial-mədəni tərəqqisini stimullaşdıran,  ümumən  Azərbaycan cəmiyyətinin  hərtərəfli inkişafını təmin etməyə  qadir olan müdrik siyasi strategiyanın  müəllifi olmuşdur.

Həyatı mənalı  olan dahi  şəxsiyyət  respublikanı dünya  birliyində  layiqli mövqeyə sahib  etmək kimi  misilsiz  tarixi missiyanı yüksək səviyyədə yerinə  yetirməklə bərabər, eyni zamanda,  xalqın həyat səviyyəsinin  yüksəldilməsi istiqamətində məqsədyönlü  dövlət  kursununu əsasını  qoymuşdur.

Əlbəttə, bu böyük  xidmətləri Azərbaycan xalqı daim sonsuz minnətdarlıq  hissi ilə xatırlayır xalqımız üçün  fərəhlidir ki, dünya şöhrətli  ümummilli liderimizin  müdrik siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən  uğurla  davam etdirilir.  Bu isə müstəqil ölkəmizə yeni-yeni tarixi nailiyyətlər qazandırır, dövlət müstəqilliyimiz daim güclənir   Azərbaycan Cənubi Qafqazın lider  ölkəsi olmaqla  dünya  birliyində fəal mövqe qazanır.     

Bir Azərbaycan gənci olaraq bu həqiqətləri vurğulamaqda misilsiz qürur duyuram:

- Yolunuzda ümidlə irəliyə doğru gedərək bizə irs qoyub getdiyiniz yolla Azərbaycanın tərəqqisi çiçəklənməsi naminə fədakarlıqla çalışacaq, milli birliyimizə sədaqətlə xidmət göstərəcək, bizlərə əmanət etdiyin bayrağı qürurla gələcəyə aparacaq, hər zaman müdrik baxışınla gələcəyə baxacaq, insanlığa verdiyin dəyər hər zaman dəyərimiz olacaqdır. Heç bir siyasi qüvvə, heç bir güc övladlarını Heydər Əliyev ideyalarından, təməl prinsiplərindən kənarlaşdıra bilməz. Yolunuz  yolumuz, gələcəyə ümidlə baxışınız  gələcəyimizin təminatıdır!

    

               

İntizar Məmmədova

 

Səs.- 2010.- 15 may.- S. 3.