Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi qüvvəsidir

 

Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının rayon şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

 

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün, nəinki regionda, eləcə , beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınan bir siyasi təşkilatdır. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası qarşısına qoyulan vəzifələri yerinə yetirir.

Ulu öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin bütün sahələrində YAP-ın ideologiyası özünü göstərməkdədir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan konkret konsepsiyaya malik siyasi  təşkilatdır. Ulu öndər Heydər Əliyevin qurucusu olan YAP bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özününün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. 500 mindən artıq üzvü olan YAP dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Dünyanın sağ mərkəzçi hakim partiyaları ilə YAP-ın geniş hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan da, qədirbilən xalqımız ulu öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir.

 

YAP Gəncə şəhər təşkilatının yeni inzibati binasının açılışı olub

 

Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) rayon şəhər təşkilatlarının iştirak etdiyi ümumrespublika müşavirəsi öz işini yekunlaşdırıb. Müşavirənin sonuncu günü ilk olaraq YAP-ın şəhər rayon təşkilatının sədrləri, ictimaiyyət KİV nümayəndələri, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təmirdən çıxan yeni binasında yaradılan şəraitlə tanış olublar.

YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov siyasi həmfikirlərə binanın tarixi haqqında məlumat verib. Eyni zamanda, təşkilatın yeni binasında yaradılan şərait digər zəruri avadanlıqlar barəsində məlumat verilib təşkilatın yeni binasındakı  sərgidə YAP-ın keçdiyi yollu əhatə edən eksponatlar qonaqlara nümayiş olunub. Sərgidə YAP-ın müxtəlif illərdə keçirdiyi görüşlərin hesabatları, həmçinin, ulu öndər Heydər Əliyevin həyat fəaliyyətini  əks etdirən fotoşəkillər qonaqlarda böyük maraq doğurub. YAP Gəncə şəhər təşkilatının binasındakı sərgidə möhtərəm Prezident cənab İlham Əliyevin Gəncəyə səfərlərini əks etdirən fotolar da nümayiş olunub.

 

YAP Gəncə şəhər təşkilatında seminar keçirilib

 

Əsaslı təmirdən sonra istifadəyə verilən YAP Gəncə şəhər təşkilatının inzibati binasındakı şəraitlə tanış olan YAP nümayəndələri burada yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər sonda xatirə şəkili çəkdiriblər. Eyni zamanda, Gəncədə keçirilən görüşlərin  sonuncu günü isə iştirakçılar üçün seminar da keçirilib. Seminarda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təcrübəsinin təşkili partiyanın qarşıdan gələn seçkilərə daxili hazırlıq işləri müzakirə olunub. YAP-ın Sədr müavini İcra katibi Əli Əhmədov seminarda giriş sözü ilə çıxış edərək, Gəncədə təşkil olunan görüşlərin əhəmiyyətinə toxunub. İcra katibi bildirib ki, müşavirə partiyanın rayon təşkilatlarının işinin qurulmasında, YAP-ın proqramının həyata keçirilməsində seçkilərə hazırlıq baxımından önəmli əhəmiyyət kəsb edir. Ə.Əhmədov onu da əlavə edib ki, xüsusi olaraq seçki öncəsi təcrübə mübadilələrinin aparılması, seminarların keçirilməsi  mühüm əhəmiyyət daşıyır. "Gəncədə keçirilən müşavirəni YAP-ın qarşıdakı istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirirəm. İnanıram ki, bu görüşdən sonra YAP-ın hər bir üzvü öz işini daha da gücləndirəcək" deyən Ə.Əhmədov  qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədlərinin uğur qazanacaqlarına da əminliyini ifadə edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Gəncə şəhəridə iki gün davam edən ümumrespublika müşavirəsində partiyanın strukturundakı yeniliklər barədə məlumat verilib. Onu da əlavə edək ki, keçirilən müşavirədə YAP-ın 74 şəhər rayon təşkilatının sədrləri nümayəndələri iştirak edib.

 

 

Tapdıq QURBANLI

 

Səs.- 2010.- 18 may.- S. 8.