İki ruhun daşıyıcısı
Ulu öndərlə
bağlı xatirələr
Respublikamızın elə
bir guşəsi yoxdur ki, orada
bağlar, parklar və yaşıllıqlar
salınmasın. Bu nəcib
və xeyirxah işləri insanlar heç kimdən, heç bir göstəriş, əmr
gözləmədən öz
təşəbbüsləri, qəlblərinin hökmü
ilə görürlər.
Ölkəmizdə ulu
öndərimiz Heydər
Əliyevə xalq məhəbbətini ifadə
edən ilk "Heydər bulağı"nın yaradılması
təşəbbüsü sadə zəhmətkeş
xalq tərəfindən
irəli sürülüb.
İlk dəfə bulaq və park
paytaxtımızda deyil,
Qazaxda salınıb. Onun yaradıcısı xalq adamı olan və ocağı
ilə tanınan Balaxanım ana olub. Balaxanım ana, bir neçə
ildir ki, dünyasını dəyişib.
Ancaq onun böyük və gərgin əməyi sayəsində ərsəyə
gələn bağ insanlara ədəbi olaraq yadigar qalıb.
İndi bu bağda
dincələnlər, bulağından
soyuq su içənlər fiziki və mənəvi dinclik, zövq alanlar bu ananın
ruhuna dualar oxuyurlar. Bağın salınması tarixçəsi
də yaddaqalandır.
1990-cı illərin əvvəllərində
ölkəmizdə xaos,
dərəbəylik və
hərc-mərclik hökm
sürürdü. İnsanlarda
gələcəyə, sabaha
inam yox idi. Belə bir ağır
şəraitdə Balaxanım
ana qollarını çırmayıb, Ağstafa
çayının sahilindəki
daş-kəsəkli, ot-alaq
basmış, nəzarətdən
kənar böyük bir sahədə öz təşəbbüsü
ilə abadlıq, təmizlik-quruculuq işləri
aparmış, orada yeni ağaclar əkmiş, bulaq açmış, böyük bir ərazini
gözəl bir yaşıllığa, gülüstana,
bağa çevirmişdir.
Bəzi bədxahlar onu bu işlərdən
əl çəkməyə
çalışırdılar. Lakin o, heç
kəsə qulaq asmayaraq, öz nəcib əməlləri
ilə bədxahların
niyyətlərini ürəklərində
qoydu. Belə bir gərgin zəhmət və vaxt tələb edən işdə ona övladları Gülarə, İmamirə,
Dilənçi və
Arzu köməklik etmişlər. Balaxanım
ana sahəni heç bir texnikanın köməyi olmadan əli ilə təmizləmişdir.
Bəd niyyətli adamların çirkin niyyətləri baş tutmadı. Ədalət, mənəvi saflıq, təmizlik, şər qüvvələrə qalib
gəldi. İndi həmin yer sanki cənnət məkanıdır.
Bu, 1990-cı ildə sadə xalq adamlarının böyük
şəxsiyyətə İlahi
məhəbbətlərinin ifadəsi idi. Hələ o vaxt Balaxanım ana ölkəmizi bürüyən xaosdan, hərc-mərclikdən, dərəbəylikdən,
yalnız Heydər Əliyev siyasi iradəsinin xilas edəcəyini demişdi.
Bu, belə də
oldu. Balaxanım ananın ruhunu özündə gəzdirən
qızı
İmamirə Novruzova
o illəri belə xatırlayır:
"1991-ci ildə Azərbaycanın
məhv olduğu bir vaxtda Heydər
Əliyevlə bağlı
Tanrıdan bizə vəhy gəldi. Ana-bala Bakıya yollandıq. Cənnətlik
Heydər Əliyevi tapmaq üçün yollar axtardıq. Amma o dövrdə
heç kim bizə kömək edə bilmədi. Allahı tanımayana lənət. Yola çıxdıq. Elə
yüz addım getmişdik ki, bulvarın qabağında
birdən bacımın
qızı Şəlalə
dedi ki, xala, bir dön
geri bax, gör kim gəlir?
Möcüzə, nə
möcüzə! Bir də gördüm ki, Heydər Əliyev ətrafında səhv etmirəmsə, on nəfər adamla gəlir. Allah-Allah, möcüzə buradan başladı. Yüyürdüm
qabağına. Qucaqlayıb,
üzündən öpdüm.
Anam da dedi,
ay Heydər Əliyev, Səni axtara-axtara Tanrı məni Sənə rast gətirdi. Azərbaycanı yaratdın,
yaşatdın, qurdun,
bütün dünyalara
tanıtdın. Ayaz Mütəllibov və Bayram Bayramov kimi xalq düşmənlərinin
sözü Sizi sarsıtmasın. Siz yenə də Azərbaycanın Prezidenti
olacaqsınız. Xalqımızın
düşdüyü bu
ağır bəladan
xilas edəcəksiniz:
"O, iki əllərini
səmayə qaldırdı:
"Yox, daha gecdir, mənimki getdi". Mən isə ona bildirdim
ki, Siz istərsinizmi
ki, Heydər kimi dahilər-dahisinin yurdu ağlar qala, vətənsiz qala, ay Heydər
Əliyev. Millətin,
vətənin harayına
biganə qala bilərsinizmi? Şəhidlər
fəryad edir. Kor olsun Səni
Heydər kimi görməyənlərin gözü.
Möhkəm dayan! Vaxt var idi
bu murdarlar Sənin ayaqqabının tozunu silirdilər. İndi qoç döyüşünə, aslan
pəncəsi gələr.
Sən Moskvada olanda, sənin haqqında yazdılar, yazdılar. Amma Ermənilər Ter-Petrosyan kimi bir dığanı ən əziz töhfə kimi əzizləyib, gözlərinin
üstündə saxlayırlar.
Allah Səni mənlə görüşdürdü.
Sən dünyaya sülh gətirəcəksən.
Bu vəfasızlardan kömək gözləmə.
Köməyin Allahdan gəldi. Səni bu dünyaya Tanrı xilaskar göndərib. Onunla görüşüb-öpüşdük. Bundan böyük möcüzə olarmı?
İkinci möcüzə
Heydər Əliyevin Türkiyədən müalicədən
qayıtdığı gün
baş vermişdi. Xalq onu qarşılamağa
çıxmışdı. Mən də Bağırov körpüsü
deyilən yerdə dayanan müəllim və tələbələr
arasında idim. Onlar körpünün eniş yerində dayanmışdılar və
belə bir yerdə Prezident maşını dayana bilməzdi. Lakin mən "ana, ay ana. Mənim
köməyim ol, deyirdim. Qəflətən
Azərbaycan bayrağı
sancılmış Prezident
avtomobili düz mənim iki addımlığımda dayandı.
Hamı heyrət və təəccüb içərisində idi. Pəncərənin şüşəsi
endi və Heydər Əliyev təbəssümlə insanlara
əl etdi.
Gələcəkdən xəbər
vermək, insanlara şəfa bəxş etmək, insan taleyini oxumaq və s. bu
günün məsələsi
deyil. Tarixini dəqiq demək, söyləmək çətin
olsa da, bilirik ki, insan
özünü dərk
edəndən aralarında
qeyri-adilikləri ilə
seçilənlər olub.
Bu gün dünya Nostradmus, Vanqa fenomenlərini qəbul edir və onların möcüzələrinə münasibət
bildirir. Düşünürsən
ki, bu gün
də mövcud olan belə insanlara, din xadimləri, mütəxəssislər
öz münasibətini
vaxtında bildirməli,
onları zamanın ixtiyarına buraxmalıdır.
Bu gün İmamirə xanım gücü və onun ətrafında baş verən möcüzələr dediklərimizi
sübut edir.
ZÜMRÜD
Səs.- 2010.- 20 may.- S. 3.