Zamanın qüdrətli
övladı
Ulu öndərimiz
Heydər Əliyevə
ithaf olunan "Milli-mənəvi dəyərlərimiz"
kitabı çapdan çıxıb
Azərbaycanın müxtəlif
tarixi dönəmlərində
siyasi aləmdə nüfuz qazanan şəxsiyyətlər əsrlərin
yaddaşında iz qoyub, onların ölkənin həyatındakı
mövqeyi zaman-zaman tədqiq edilərək, xalqa təqdim olunur. XX əsr Azərbaycan tarixinin böyük şəxsiyyəti
olan ulu öndərimiz Heydər Əliyev xalqın iqtisadi-siyasi, mədəni-mənəvi
müstəqilliyində müstəsna
rola malik simadır. Zaman ötdükcə Heydər Əliyev böyüklüyü daha
da geniş anlamda dərk edilir və Onun gördüyü işlər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində,
eləcə də, müasir həyatımızda
imzası ilə reallaşan layihələrin
daha geniş miqyasda gerçəkləşməsi
ilə öz təsdiqini bir daha tapır.
Bu günlərdə "Elm-Təhsil"
nəşriyyatı tərəfindən
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Yeni Azərbaycan Partiyasının veteranı,
əməkdar müəllim,
pedaqoji elmlər doktoru, professor Ağahüseyn Həsənovun
çapdan çıxmış "Milli-mənəvi
dəyərlərimiz" kitabı
ulu öndərin əbədiyaşar xatirəsinə
ithaf olunmuşdur. Kitabın qayəsi yetişməkdə
olan gənc nəslin milli tərbiyəsinin azərbaycançılıq,
vətənə sədaqətlik,
xalqa bağlılıq,
milli qeyrət ruhunda inkişaf etdirilməsi, ulu öndərimizin parlaq nümunəsi əsasında
həyata keçirilməsindən
ibarətdir. "Milli-mənəvi dəyərlərimiz"ə ön söz yazan YAP Siyasi Şurasının üzvü, əməkdar
müəllim, professor
Vilayət Əliyev tarixi prosesin gedişatında iştirak
edən müəllifin
kitaba daxil olan yazılarının hər birinin 1993-cü ildən 2007-ci ilə qədər dövrü mətbuatda işıq
üzü gördüyünü
qeyd edir. Görkəmli siyasətçi,
böyük Azərbaycanlı
Heydər Əliyevin xalqa xilaskarlıq missiyasında milli-mənəvi
dəyərlərimizin, dilimizin,
dinimizin qorunmasından
ömrünün qalan
hissəsini xalqına
həsr etməsindən
söz açılır.
Professor göstərir ki, məqalələrin hər
birinin müxtəlif illərdə yazılmasına
baxmayaraq, mənəvi
və ictimai-siyasi baxımdan, eləcə də, müasirlik baxımından yüksək
əhəmiyyətə malikdir.
Üç fəsildən
ibarət olan kitabın birinci fəsli "İnkişafımızın
qızıl dövrü" adlanır.
Bu bölməyə müəllif
milli dövlətçiliyin
banisi, ulu öndərin dövlətçiliyin,
milli şüurun yüksəliş rolundan yazaraq, 70-ci illərdən
başlayaraq, Azərbaycanın
yeni bir mərhələyə qədəm
qoymasını və
onun rəhbərliyi ilə yeni intibahın
yaranmasını, həm
də bu intibahın növbəti zəruri pilləsi olan azadlıq mücadiləsinə
daxilən hazırlanmasını
göstərmişdir. Heydər
Əliyev "Mədəniyyətimizlə,
mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. Bu işləri bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz" bir-birini tamamlayan fikirlərinin qayəsində vətənpərvərlik,
eləcə də, milli özünüidarənin
formalaşdırılması üçün doğru yol göstərir.
"Onun yolu haqq,
ədalət, zəfər
yoludur" məqaləsində
müəllif ulu öndərin Azərbaycan
xalqı üçün
ululuq, paklıq, təmizlik zirvəsi olduğunu göstərir.
Müəllif zəmanəmizin və gələcəyimizin
tərbiyə meyarı
kimi qələmə verdiyi Heydər Əliyevi müasir dövrdə dünya azərbaycanlılarının lideri
olduğunu göstərməklə
yanaşı, zəngin
tarixə malik xalqımızın bəşəriyyətə
bəxş etdiyi ən nadir simanın
Heydər Əliyev
olduğunu vurğulayır.
Dahi öndər Heydər Əliyev Azərbaycan dövlətinin
30 ildən artıq bir tarixində öz imzasını atmış, bu dövrün bütün mərhələlərində Onun
fəaliyyəti xalq üçün həmişə
nümunə, örnək
olmuşdur. Bu gün də Onun fəaliyyəti Azərbaycan tarixində dərindən iz salmış milli-mənəvi
dəyərdir. Müəllif
göstərir ki, bu milli-mənəvi dəyərlər, nəinki
bu gün, gələcəkdə də
yetişməkdə olan
nəsil üçün
hər zaman nümunə və örnək olacaq. "Heydər Əliyev
dühasının ölkə
həyatındakı gerçəkliyini
öyrənmək və
gəncləri bu ruhda tərbiyə etmək ən vacib məsələlərdən
biridir" deyən Ağahüseyn Həsənov
Onun dövlətçilik
təcrübəsinin, idarəetmə
qabiliyyətin və konsepsiyasının vacib
bir təməl olduğunu bildirir: istər ideya-siyasi tərbiyədə, istər
dövlətçilik təcrübəsində.
Müəllifin fikrincə,
tərbiyənin tərkib
hissələri Onun fəaliyyətində öz
parlaq əksini tapıb, şəxsiyyətində
maddiləşib: "Onun ideya-siyasi tərbiyəsi bu gün dünya siyasi arenasına çıxış üçün
zəmin olub". İqtisadi-siyasi və mədəni dövlət
quruculuğu ərazi bütövlüyümüzün bərpa olunması üçün gedən mübarizədə xalq hər zaman öz lideri ilə həmrəydir.
Belə ki, cüzi bir fikir
ayrılığı Azərbaycan
dövlətçiliyində təhlükəli ola bilərdi.
Kitabın birinci fəslində "Milli dövlətçiliyimizin
banisi", "Vətən,
xalq naminə fədakarlıq", "Xalqın
inamının möhkəm
əsasları", "Dilimizin,
milli-mənəvi dəyərlərimizin
inkişafı Heydər
Əliyevin adı ilə bağlıdır",
"Zəmanəmizin və
gələcəyimizin tərbiyə
meyarı", "Xoşbəxt gələcəyə
təminat" və digər başlıqlı
məqalələrdə Azərbaycan
dövlətinin inkişafının
qızıl dövrü
öz əksini tapmışdır. Azərbaycanın milli dəyərlərinin
güclənməsi, dünyada
Azərbaycanın həqiqi
obrazının yaradılması
sahəsində Heydər
Əliyevin həyata keçirdiyi siyasi xətt üzərində
düşünərkən, bir daha yəqin
edirsən ki, O, hələ 1970-ci illərdə
bu istiqamətdə fəaliyyəti ilə onların təməlini qoymuş, peyğəmbərcəsinə uzaqgörənliklə xalqın
gələcəyini düşünmüşdür.
Kitabın ikinci fəsli ulu öndərin əbədiyyətə
qovuşması ilə
əlaqədar olduğu
üçün müəllif
"Azərbaycanla yaşayır
adın" adlandırır.
Burada
"Heydər Əliyevin
xatirəsi xalqın yaddaşından silinməyəcək",
"Əbədi milli
mənəviyyatımız", "Adınla fəxr edir vətən",
"Zamanın qüdrətli
övladı" və
s. başlıqlı məqalələrdə müəllif
Heydər Əliyev şəxsiyyətinin müəyyən
tərəflərini xarakterizə edərək, Azərbaycan dövlətinin
müstəqillik tarixindəki
rolunu və dövlətə verdiyi töhfələri əks
etdirməyə çalışmışdır.
Xalqımızın tarix boyu bərqərar olmuş dəyərlərinin bərpa
edilməsini Heydər
Əliyevin fəaliyyəti
ilə əlaqələndirən
A.Həsənov tariximizin
obyektiv mənzərəsinin
yaradılması kimi milli mənəviyyatı və milli ruhu
zənginləşdirən özünəqayıdış prosesini ümummilli liderimizin fəaliyyəti
ilə hər gün reallığa çevrildiyini göstərir.
Bir qərinədən
artıq milli lider və rəhbər
kimi öz ömrünün qalan hissəsini xalqına bəxş edən Heydər Əliyevə xalqın məhəbbət
və ehtiramının
əbədi olduğunu
göstərir.
Kitabın üçüncü
fəsli "Xalqa bəxş olunan ömrün bəhrəsi"
adlanır. Bu fəsildə "Heydər Əliyev demokratik Azərbaycanın
banisidir, İlham Əliyev Onun davamçısıdır",
"Avropa Şurasında
keçən iki il", "O, millətin Prezidentidir" "Tərəqqi
edən bölgələr
güclü Azərbaycan
deməkdir" və
s. yazılarda müəllif maraqlı mövzulara toxunur və çox əlaqəli bir şəkildə Heydər Əliyevlə Azərbaycanın inkişafındakı
bağlılığı göstərir. Ulu öndərin irsi
və bu irsin layiqli davamçısı
İlham Əliyevin hakimiyyətə
gəlişinin zəruri
qanunauyğunluq olduğunu
əks etdirən məqalələrdə, həqiqətən,
yetişməkdə olan
gənc nəslin milli-mənəvi, milli qürur ruhunda tərbiyə olunmasında
xüsusi əhəmiyyət
daşıyır.
Heydər Əliyev məktəbinin yetirməsi
olan İlham Əliyevin mübariz və məqsəd uğrunda mübarizə aparan bir siyasətçi olduğunu göstərir.
Siyasətçi üçün bunu əsas keyfiyyət kimi qiymətləndirən müəllif
Azərbaycanın çox
mühüm problemlərinin,
o cümlədən, Dağlıq Qarabağ məsələsinin həll
olunacağına inanır.
"Çağdaş dünya,
çevik siyasətçilərin
meydanıdır. Müasir
dünyadan yaxın keçmişə nisbətən
sürətlə dəyişən
dinamik dünyanın keşməkeşlərindən yalnız çevik, müasir siyasətçilər
baş aça bilər... O, Amerika və Qərb diplomatları ilə ən böyük auditoriyalarda belə ingilis, fransız dillərində mükaliməyə
girməyi bacarıb və öz ölkəsini Azərbaycanın
mənafelərini istənilən
səviyyələrdə layiqincə
müdafiə etməyə
qadirdir".
Bu gün hər kəs bir həqiqəti
dərk etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin xalqımızı, dövlətçiliyimizi
və bütün dünya Azərbaycanlılarını
işıqlı gələcəyə
qovuşdurmaq siyasətini
bu gün Onun layiqli davamçısı
ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Zümrüd BAYRAMOVA
Səs.- 2010.- 21 may.- S. 7.