Azərbaycanda insan hüquq və
azadlıqlarının müdafiəsi ən yüksək səviyyədə
təmin olunur
"Səs" qəzeti Prezident yanında KİV-lərin
İnkişafına Dövlət dəstəyi Fondunun
ayırdığı vəsait hesabına növbəti dəyirmi
masa keçirib
(Əvvəli ötən
sayımızda)
“Səs” qəzeti
Prezidenti yanında KİV-lərin inkişafına dövlət
dəstəyi fondunun ayırdığı vəsait
hesabına "Azərbaycan Respublikasında insan
hüquqlarının müdafiəsi sahəsində dövlət
orqanları ilə vətəndaş cəmiyyəti
institutları arasında effektiv əməkdaşlığın
qurulmasına informasiya dəstəyi" layihəsi çərçivəsində
növbəti dəyirmi masa keçirib.
Dəyirmi masada millət vəkili
Jalə Əliyeva, Ombudsman Aparatının mətbuat xidmətinin
rəhbəri Zemfira Məhərrəmli, SİA-nın
icraçı direktoru Vəli Vəliyev, Ombudsman
Aparatının əməkdaşı Vüqar Heydərov,
SİA və "Trend" informasiya agentliklərinin,
"Paritet", "Olaylar", "Azad Azərbaycan",
"Şərq", "Xalq Cəbhəsi",
"Ekspress" və "Yeni Azərbaycan" qəzetlərinin
nümayəndələri iştirak edirdi.
Dəyirmi masada
giriş sözü ilə çıxış edən
"Səs" qəzetinin şöbə müdiri, layihənin
rəhbərinin müavini İlham Əliyev "Səs" qəzetinin
2007-ci il avqust ayından ölkəmizdəki maraq kəsb edən
ictimai-siyasi mövzularla bağlı dövlət, hökumət
nümayəndələrinin, elm adamlarının,
ziyalıların və ictimaiyyət nümayəndələrinin
iştirakı ilə dəyirmi masalar keçirildiyini diqqətə
çatdırdı. Budəfəki mövzunun
Prezident yanında KİV-lərin inkişafına dövlət
dəstəyi fondunun maliyyə dəstəyi iləinsan
hüquqlarının müdafiəsi sahəsində dövlət
orqanları ilə vətəndaş cəmiyyəti
institutları arasında effektiv əməkdaşlığın
qurulmasına informasiya dəstəyi sahəsində
görülən işlərlə bağlı layihəyə
həsr olunduğunu bildirən İ.ƏliyevAzərbaycanda
insan hüquq və azadlıqları sahəsində qəbul
edilən demokratik qanunlardan, Prezident fərman və sərəncamlarından
söhbət açıb. Bildirib ki, Azərbaycan
Konstitusiyasının 48-ci maddəsinin insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsinə həsr
olunması, respublikamızın ümumdünya insan
hüquqları bəyannaməsinə qoşulması, insan
hüquqları üzrə Müvəkkil - Ombudsman institutunun
fəaliyyətə başlaması yerli özünüidarəetmə
orqanlarına seçkilərin keçirilməsi ölkəmizdə
insan hüquq və azadlıqlarının fundamental münasibətin
göstəricisi hesab olunur.
Onun sözlərinə görə,
Azərbaycan Respublikasında insan hüquqlarının
müdafiəsi üzrə Milli Fəaliyyət Planının
47-ci maddəsinə əsasən, mütəmadi olaraq,
KİV-də insan hüquqları sahəsində məsələlərin
geniş işıqlandırılması müvafiq dövlət
orqanları ilə yanaşı, mətbuatın da üzərinə
düşən əsas vəzifələrdəndir. İ.Əliyev insan hüquqlarının qorunması
sahəsində mətbuatın imkanlarından istifadə edilməli
və bu sahədə səmərəli əməkdaşlığın
qurulması vasitələri artırılmasının
vacibliyini önə çəkib.
İ.Əliyev onu da
söyləyib ki, növbəti tədbirlərdə KİV rəhbərlərinin
iştirakı ilə insan hüquqlarının qorunması və
müdafiəsi sahəsində maarifləndirici xarakterli təbliğati
işlərin aparılması üçün dəyirmi
masanın keçirilməsi nəzərdə tutulub. Şöbə müdiri dəyirmi masa
iştirakçılarına ölkəmizdə insan hüquq
və azadlıqları sahəsində və bu istiqamətdə
görülən vacib işlər ətrafında
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında müzakirələrin aparılmasının zəruriliyini
bildirib.
Vüqar
Heydərov:
- 2010-ci il
başlayandan ombudsman inistitutu 40-a yaxın bəyanatla
çıxış edib. Bunların
hamısı da ölkə KİV-lərində öz əksini
tapıb.
"Yeni Azərbaycan" qəzetinin əməkdaşı:
- Bu gün KİV-lərdə
insan hüquqları ilə bağlı məsələlər
necə təbliğ olunur?
Vəli Vəliyev:
- Burada səslənən
fikirlərlə və prinsipial tərzdə qoyulan məsələlərlə
biz hər gün qarşılaşırıq. Xüsusən
də, ətrafda baş verən proseslərin mərkəzində,
cəmiyyətin başlıca prinsiplərində insan
haqları əsas yer tutur. İnsan
hüquq və azadlıqlarının təminatı
baxımından, bu gün cəmiyyətin özündə də
bir aktivlik hiss olunmaqdadır. Çünki
kimin harada çalışmasından, fəaliyyət göstərməsindən
asılı olmayaraq, insanlar öz hüquqlarını
qorumağa və təmin etməyə
çalışır. Ümümiyyətlə,
insan hüquqlarının tam bərqərar olması
baxımından ölkəmizdə atılan addımlar
yüksək qiymətləndirilir. Bu
gün ölkədə fəaliyyət göstərən
Ombudsman Aparatı, Milli Məclisdə insan hüquq və
azadlıqlarının təminatı ilə bağlı qəbul
olunmuş qanunlar bunu bir daha təsdiqləmiş olur. Digər bir yandan isə, insanların öz
hüquqlarını tam formada onlara izah etmək
üçün KİV-lərin üzrinə düşən
vəzifə də nəzərəçarpacaq səviyyədədir.
Çünki məhz KİV-lərin vasitəsi
ilə insanlara onların hüquqları təbliğ olunur və
aşılanır. Məhz ölkədə
insanların müxtəlif məsələlərə görə,
müəyyən bir təşviqat nöqtəsinin
yaradılması da bu sahədə atılan addımlardan xəbər
verir. Eyni zamanda onu da əlavə edim ki, bu
gün Azərbaycanda fəaliyyət göstərən
bütün KİV-lərin Ombudsman Aparatı ilə sıx əlaqələri
mövcuddur. Bu isə, öz növbəsində,
insanların hüquqlarının onlara aşılaması
baxımından mühüm əlamətdir. Digər bir yandan isə, ölkədə fəaliyyət
göstərən insan hüquqları ilə məşğul
olan təşkilatların özləri də KİV-lərlə
əməkdaşlıq etməkdə maraqlı
olmalıdırlar.
Zemfira Məhərrəmli:
- Bir çox hallarda, müəyyən
strukturlar öz vəzifələri ilə insan
hüquqlarını bir-birindən ayırmaqda çətinlik
çəkirlər. Ombudsman ölkədə elə
bir vəzifə sahibidir ki, o xəbər və yaxud heç
bir məlumat vermədən hər hansı güc strukturunun
qapısını aça bilər. Eyni
zamanda, ombudsman istənilən bir formada məsuliyyətə cəlb
edilmiş şəxsin hüquqları ilə
bağlımaraqlı sorğu toplaya bilər. Bununla yanaşı, pentensiar xidmətdə cəza
çəkən insanların saxlanma və digər
hüquqları ilə bağlı araşdırma aparmaqda
ombudsmanın səlahiyyətləri çərçivəsinə
daxilidir. Onu da qeyd edim ki, Ombudsman
Aparatında iki qaynar xətt xidməti göstərir. Bunlardan biri uşaq hüquqlarının müdafiəsi
ilə bağlıdır. Digəri isə,
müxtəlif məsələlərlə bağlı olan
qaynar xəttdir ki, buraya vətəndaşlar istənilən
vaxt zəng edib, öz problemləri və
qarşılışdıqları digər məsələlərlə
bağlı müraciət edə bilər. Ümumiyyətlə isə, əhalinin bütün
kateqoriyalarının hüquqlarının qorunması ilə
bağlı müraciətlər araşdırılır və
konkret addımlar atılır. Bu qaynar xətlərə
daxil olan məlumatlarla bağlı Ombudsman Aparatında
araşdırma qrupu da fəaliyyət göstərir. Daxil olan müraciətlər isə aidiyyatı
orqanlar tərəfindən birgə əməkdaşlıq
müqabilində araşdırılır və konkret nəticəyə
gəlinir. Onu da əlavə edim ki, ötən il ölkəmizdə uşaq ili elan olunması
ilə bağlı yaradılan qaynar xəttə müraciət
edilən bütün məsələlərlə
bağlı konkret addımlar atılır. Bir
faktı da nəzərinizə çatdırım ki, insan
hüquqları üzrə müvəkkil haqqında qanununa
görə, müvəkkil qərar verən bir qurum deyil.
Müvəkkil məsələ qaldırır,
tövsiyə verir, məsələni nəzarətdə
saxlayır və əgər yaranmış olan hər
hansı bir pozuntu düzəlməzsə, ölkə rəhbərinə
qədər müraciət etmək hüququna malikdir. Ombudsman praktikası ötən illər ərzində
özünü doğrultmuş, təsdiq etmiş təkmil
bir quruma çevrilib. Artıq Azərbaycanda
ombudsman inistitutunun fəaliyyətinin özünü
doğrultması ombudsmanların 8-ci Bakı konfransının
keçirilməsini zəruri edib. Bildirim
ki, bu konfransın keçirilməsinə artıq ciddi
hazırlıq işləri də davam etdirilir. Burada da əsas mövzu iqlim dəyişmələri
və insan hüquqlarına onun təsiri ilə
bağlıdır.
"Səs" qəzetinin əməkdaşı:
- Bu gün Azərbaycanda
insan hüquqlarının vəziyyətini bir vətəndaş
kimi necə qiymətləndirirsiniiz?
Jalə Əliyeva:
- Azərbaycanda insan
hüquqlarının tam ətmin edilməsi və bu istiqamətdə
atılan addımlar təqdir edilir. Dövlət
ayrı-ayrı ailələrdən ibarətdir. Əgər istənilən bir ailədə problem
olacaqsa, o zaman, insanların hüquqlarına, müəyyən
mənada, toxunulma halları mövcud olur. Bununla
yanaşı, bu gün Azərbaycan cəmiyyətini narahat edən
bir sıra məsələlər də hələ də
qalmaqdadır. Onların sırasında erkən
nikahların olması, qızların məktəbdən
uzaqlaşdırılması, məişət
zorakılığı, qadınlara qarşı olan
zorakılıqlar, insan alveri, qan qohumlarının
yaratdığı fəsadlar, düşünülməmiş
nikahlar, boşanmalar hələ də cəmiyyətimizi
narahat edən məsələlərdəndir. Hələ də bu sosial problemlər Azərbaycan cəmiyyətində
öz mövcudluğunu saxlamaqdadır. Bu
hallara qarşı həm dövlət səviyyəsində,
həm də başqa-başqa vasitələrdən istifadə
edərək, mübarizə aparılır. Amma bir məqam
da ondan ibarətdir ki, sadəcə, qanun qəbul etməklə
iş bitmir. Bütün bunların
başında isə insan amili sivilizasiya ilə bağlı
olan məsələlər dayanır. Çünki
hər şey maarifləndirmədən asılıdır.
Bu cür keçirilən dəyirmi masaların
da bir nəticəsi olmalıdır. Onu da
bildirim ki, Ombudsman Aparatının Milli Məclisdə illik
hesabatı zamanı
SİA-nın əməkdaşı:
- İnsan
hüquqlarının təbliği və tədrisi ilə
bağlı hansı işlər görülür?
Zemfira Məhərrəmli:
- İnsan
hüquqları ilə bağlı pilləli tədris məsələsi
artıq Bakı şəhərinin bir sıra məktəblərində
tətbiq edilməkdədir. Hələlik, paytaxtın
üç pilot məktəbində bu layihə həyata
keçirilir. Bu pilləli tədris prosesi isə Ombudsman
Aparatının hüquqi maarifləndirmə şöbəsinin
nümayəndələri məktəblərdə yuxarı
sinif şagirdləri arasında iş apardıqdan sonra,
onların özləri tərəfindən də
aşağı sinif şagirdləri məlumatlandırılır.
"Səs" qəzetinin əməkdaşı:
- Bəzi mətbu orqanlarda
ölkəmizin iç məsələləri kənara
çıxardılır və Azərbaycana qarşı beynəlxalq
təşkilatlarla birlikdə qərəzli mövqe sərgiləyirlər.
Bu cür halların kökündə hansı
amillər dayanır?
Vəli Vəliyev:
- Bu gün dünyanın
aparıcı dövlətləri bir sıra hallarda öz
maraqlarını diqtə etmək üçün müəyyən
vasitələrdən istifadə edirlər. Onlar,
bütün hallarda, özlərindən zəif dövlətlərə
və ikinci qrupa aid olan dövlətlərə təzyiq
göstərmək üçün müəyyən
"rıçaq"lardan istifadə edirlər. Butəzyiq mexanizmlərindən biri də, insan
hüquqları, söz azadlığı, mətbuatın məhdud
qaydada fəaliyyət göstərməsi ilə bağlı
olan məsələdir. Digər bir yandan
isə, maraqlı dairələr istənilən bir ölkə
daxilində olan etnik qruplardan da istifadə edirlər. Bunlar isə onlar üçün təzyiq vasitəsi
kimi ehtiyatda saxlanılır. Ona görə
də, burada qeyri-adi bir hal axtarmağa da ehtiyac yoxdur. Çünki məhz o hallar istənilən məqamda
maraqlı dairələrin prinsiplərini reallığa
çevirmək üçün zəruri sayılır.
Bu məsələlərə olduqca
böyük bir təmkinlə yanaşıb, adekvat bir cavab
vermək lazımdır. Onu da qeyd edim ki,
Andreas Herkellərin, Andres Qrossların bu gün sərgilədikləri
mövqenin heç bir əhəmiyyəti yoxdur. Onlar müəyyən bir çərçivə,
şərt daxilində fəaliyyətlərini başa
vurduqdan sonra, tamamilə başqa məsələlər barəsində
fikirlər səsləndirirlər. Əslində
isə, onların öz ölkələrində mövcud olan
problemlər, mətbuata qarşı olan təzyiqlar daha
qabarıq tərzdə nəzərə çarpır.
Tapdıq QURBANLI
Səs.- 2010.- 22 may.- S. 8-9.