Ümumrespublika Kitab Bayramı bölgələrdə
davam etdirilir
Dünən Mədəniyyət
və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Xaçmaz rayonunda III Kitab Bayramı keçirildi. Tədbirdə
20 adda kitab sərgiləri təşkil
edilib. Kitab bayramında "Cırtdan"
Kukla Teatrının aktyorları Cik-Cik xanım, Məlikməmməd,
Göyçək Fatma,
Tıq-Tıq xanım,
Siçan bəy və Ana Torpaq
obrazlarının dili
ilə uşaqları
bayram münasibətilə
təbrik ediblər.
Kitab bayramında mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşları,
Xaçmaz rayon icra hakimiyyətinin başçısı
Şəmsəddin Xanbabayev, ziyalılar, geniş ictimaiyyət, kitabxanaçılar,
məktəblilər, KİV nümayəndələri iştirak
ediblər. Uşaq yazıçı və şairlərindən
Ələmdar Quluzadə,
Zahid Xəlil, Sevinc Nuruqızı, Gülzar İbrahimova, Nüşabə Məmmədli
və başqaları
kitab bayramında oxucularla görüşüblər.
Sonra nağıl qəhrəmanları uşaqların
görüşünə gələrək,
onları kitab bayramı münasibətilə
təbrik edərək,
ana təbiətə qayğı ilə yanaşmaqdan, torpağa olan məhəbbətdən
söz açıblar.
Kiçik yaşlı
uşaqlar kitab, təbiətin mühafizəsi
ilə bağlı şeirlər söyləmiş, uşaq xor kollektivinin və muğam ifaçılarının mahnıları
dinlənilib. Kitabxanaçılar
təbiətdə davranış
qaydaları ilə bağlı kiçik yaşlılarla
viktorina keçirib və viktorinada suallara düzgün cavab verənlər kiçik hədiyyələrlə
mükafatlandırılıblar.
Tədbirin sonunda "Təbiət ilhama çağırır bizi"
adlı müsabiqəsi
üzrə qaliblər
elan olunub, diplom və hədiyyələrlə mükafatlanıblar.
Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü
ilə növbəti tədbir Qusar rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin təşkilatçılığı ilə dünən Qusar rayon Nəriman
Nərimanov adına Mədəniyyət və
İstirahət Parkında
Ümumrespublika Kitab Bayramı keçirilib.
Bayram münasibəti ilə istirahət parkında müxtəlif mövzularda kitab sərgiləri və fotosərgilər təşkil
olunmuşdur. Tədbirdə
rayon Mədəniyyət
Evinin və Pedaqoji Kollecin özfəaliyyət kollektivləri
maraqlı musiqi, rəqs nömrələri
ilə çıxış
ediblər. Məktəblilər
kitaba, mütaliəyə
həsr etdikləri səhnəcikləri
nümayiş etdiriblər.
2010-cu ilin Azərbaycan
Respublikasının Prezidenti
tərəfindən "Ekologiya
ili" elan edilməsi ilə əlaqədar müxtəlif
viktorinalar keçirilib.
Tədbirdə rayon icra hakimiyyət başçısının müavini
Elman Mustafayev, Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri
David İbramxəlilov,
rayon MKS-nin direktoru Zahir Mustafayev çıxış
ediblər. Bayram tədbirində rayon ziyalıları, ictimaiyyətin
nümayəndələri, mədəniyyət müəssisələrinin
əməkdaşları, məktəblilər,
habelə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının
əməkdaşları da
iştirak ediblər.
Zümrüd
Səs.- 2010.- 22 may.- S. 12.