Dövrümüzün narahatlıq salnaməsi
Zaman illərin arxada qoyduğu dövrü xalqın tarixinə həkk edir. Bu tarixdə
onun yaradıcıları,
qurucuları və inkişafına təkan verən simaların izləri qalır. Reallıqların əhatəsində insanlar öz keçmişi ilə tanış olmaq imkanını əldə
edərək, müəyyən
dövrlərdə fəaliyyətini,
elmi təfəkkürünü
xalqa həsr etmiş simaların keçdiyi yolu öyrənərək, onlar
haqqında kifayət qədər məlumatlar əldə edə bilirlər. Azərbaycan tarixində də belə simaların sayı kifayət qədər olduğundan hər nəslin nümayəndəsi
yazılı abidələr
vasitəsilə onların
keçdiyi yolu səhifələməyə nail
olurlar.
Bu günlərdə çapdan çıxmış
yazıçı, publisist
Əlövsət Poladın
lDövrümüzün narahatlıq
salnaməsi» kitabı
da məhz zamanın axarında ömür payını əridən insanların fəaliyyət dairəsini
əks etdirən bir nümunədir. Bir sıra kitablara
imza atan yazıçının lQalan
yazılarım», lYazılarım
qalır» kimi kitabların davamı olaraq, oxuculara təqdim olunan bu əsərləri publisistik düşüncələrin
təəssüratlarının yoğrulmasından ərsəyə
gəlmişdir. Kitablarının və həyatının epiloqu kimi qiymətləndirdiyi
yeni nəşrdə Əlövsət Polad Azərbaycanın ictimai-siyasi,
mədəni həyatında
rol oynamış şəxslərin simalarını
bir çərçivəyə
gətirərək, onların
bir varlıq olaraq zaman-zaman idrakı, siyasi mövqeyi, milli düşüncəsi, ideya
mübarizəsi əsasında
Azərbaycan bir məmləkət olaraq özünəməxsus bir
inkişaf yolu keçdiyin göstərir. Təbii ki, müəllif reallıqlar əsasında
bu çərçivəni
yaratmış, tarixdə
öz mövqeyinə
görə iz salmış insanların Azərbaycan üçün
gördüyü işləri
bir faktlar əsasında təqdim etmişdir. Bu sırada müəllif Azərbaycan hakimiyyətində
aparıcı qüvvə
olan şəxsiyyətləri
sıralama ilə təqdim edir. Belə ki, Nəriman
Nərimanov, Vəli Axundov, kamran Bağırov və digər insanların dövrün axarındakı
keçdiyi yol və Azərbaycanın bir dövlət kimi inkişafındakı
mövqeyi diqqətə
çəkilir. Azərbaycanın
sovet və müstəqillik dövründəki
memarı kimi tarixə iz salmış ulu öndər məhz bu qüvvələr sırasında ön sırada dayanır. Təbii ki, tanınmış şəxsiyyətlər müstəqilliyə
doğru addım atmış və son nəticə olaraq Heydər Əliyev müdrik siyasəti və qətiyyətli addımları
nəticəsində Azərbaycan
özünün məqsədyönlü
inkişaf yoluna qədəm qoymuşdur.
Müəllif bu adlarını
qeyd etdiyimiz simaların mövqeyində
dövrümüzün salnaməsini
yaradan insanları bir araya gətirməklə,
bu kontekstdə Azərbaycanın tarixinin bir hissəsini xatırlatmağa nail olmuşdur. Əlövsət
Polad narahatlıq içərisində qələmə
aldığı düşüncələrində
müasirləri olan
insanların yaradıcılıq
təxəyyülünün açılmasına, eləcə
də, onların vətənə olan sevgisinin nəticəsində
müstəqil Azərbaycanın
inkişafı yolundakı
məqamlara da toxunur. Kitabda diqqətçəkən məqamlardan
biri də ötən əsrin 70-ci illərini əks etdirən ictmai-siyasi həyatın önə çəkilməsidir. Belə
ki, ulu öndərin
1979-cu ildə Neftçala
rayonuna səfəri bu səfərin təəssüratları, eləcə
də fotonun yaddaşına köçmüş
kadrların təqdimidir.
Azərbaycanın bütün bölgələrinə
mütəmadi olaraq səfər edən xalqın rifahı ilə tanış olan Heydər Əliyevin hər bir rayona üz
tutaraq zəhmətkeşləri
ilə görüşüb,
onların qayğı
və problemləri ilə maraqlanması insanlarda həyata yaşamaq eşqinin yüksəlməsinə
və bütövlükdə
potensialını məşğul
olduğu sənətə
yönəltməsinə səbəb
olmuşdur. Müəllif bu kadrları
tarixləşdirən şəxs
haqqında belə yazır. lO vaxtkı şəraitdə
dövlət başçısının
samballı şəkillərini
çəkmək hər
adamın işi deyildi Ü rəhbərə
deməyəcəkdin ki,
belə dur şəklini çəkim
və belə şəkilləri artırıb
yaymağa da hər adama icazə verilmirdi. Heydər Əliyevin o səfər zamanı çəkilən
şəkillərinin dürüst
alınmasının birinci
baiskarı elə dövlət başçısının
özü idi Ü jurnalistlərlə işləməyin
də ustadı idi Heydər Əliyev. Bütün pozalarda şəkil çəkdirmək üçün
hazır görünürdü».
İndi 30 il bundan əvvəl çəkilən şəkillərin
hər biri rayon diyarşünaslıq
muzeyində qorunub saxlanıb. Ümummilli liderə həsr olunan kitabların səhifələrini bəzəyib.
Kitabda maraq doğuran yazıların hər biri müəllifin özünün axtarışları
nəticəsində ərsəyə
gəlmiş, məşhur
simaların Azərbaycanın
bugünü, gələcəyi
üçün iş
görmüş, eləcə
də keçmişini,
tarixini yazmışların
fəaliyyətindən bir
oçerk, fraqmentdir. Əlövsət Polad yorulmaq bilmədən tarixin dolambac yollarından ruhən keçərək,
belə simaları qələminin köməyi
ilə oxucuların ixtiyarına vermişlər.
Dövrümüzün salnaməsini
yaradanlar sırasında
keçmiş SSRİ-nin
rəhbərləri, dünyanın
görkəmli şəxsiyyətlərinin
simaları da yer almışdır. Dünyaya boylanan müəllif iz qoymuş və Azərbaycan həyatında fəaliyyətləri
ilə tanınan Vladirmir İliç Lenin, Mixail Qorbaçov,
İosif Stalin, Adolf Hitler, Mustafa
Kamal Atatürk, Süleyman Dəmirəl və digərlərinin fotolarının əksi bu dünyanın tarixi coğrafiyası, eləcə də Azərbaycanın coğrafi mövqeyinin
tədqiqinə bir əsasdır. Əlövsət
Polad Azərbaycanın
coğrafi ərazisinin
sərhədlərini məhz
bu kitab vasitəsilə müəyyən
qədər tanıtmağa
və bu ərazinin daxilindəki hadisələrə, eləcə
də yetişən simaların fəaliyyətinə
nəzər salmağa müvəffəq olmuşdur.
Zümrüd
Səs.- 2010.- 25 may.- S. 12.