AZƏRBAYCANDA QANUNİ
BƏRABƏRLİKDƏN ƏMƏLİ
BƏRABƏRLİYƏ DOĞRU
Rəbiyyət Aslanova : "Bu gün Azərbaycan
hüquqi dövlət, vətəndaş cəmiyyət
prinsiplərinə cavab verən insan hüquqları sisteminin
yaradılması yönündə şox miqyaslı
fəaliyyət göstərir"
-
Rəbiyyət xanım, Azərbaycanda Avropa Şurası
üzv dövlətlərinin gender bərabərliyinə
həsr olunmuş 7-ci konfransının keçirilməsinin
əhəmiyyətini necə qiymətdəndirərdiniz? - Bu
beynəlxalq tədbirin Bakıda keçirilməsi bir daha
Azərbaycanın dünyanın ən aparıcı
dövlətlərindən olduğunu göstərir. Bir daha təsdiq olunur ki, Azərbaycanda hüquqi
bərabərlik və vətəndaş cəmiyyəti
quruculuğunda diqqətçəkən məqamlar
mövcuddur. İnsanın ictimai siyasi həyatda
iştirakının və özünü
reallaşdırmasının formaları çox
şaxəlidir. Buraya siyasi, iqtisadi, hüquqi,
mədəni, elmi və s. sahələr daxildir. Gender
bərabərliyinin təmin olunması 20-ci əsrin
sonlarından yaranan lakin beynəlxalq siyasətdə ön
sıralara çıxan məhz yeni formalardan biridir. XX
əsrin sonlarından insan hüquqlarının
üçüncü nəsli - fərdi hüquqlardan
fərqli olan kollektiv hüquqlar yarandı. Kollektiv hüquqlara
cinsi, irqi, etnik-milli, yaş əlamətinə görə
diskriminasiyanı aradan qaldıran hüquqlar aiddir. Kollektiv
hüquqlar o deməkdir ki, sosial qrupların üzvü olan
fərdlər öz hüquqlarını müdafiə
etməkdə problemlərlə üzləşirlər və
buna görə də, onların əlavə, xüsusi
hüquqlara ehtiyacı var. Gender bərabərliyinin
təminatı üçün əlavə
vasitələrinin yaranması bu gün beynəlxalq birlik
tərəfindən qəbul olunmuşdur. Hətta
tədricən öz mükəmməlliyi və
universallığı ilə fərqlənən Avropa
hüquq sisteminin özünün belə kişilərə
oriyentasiyalı olan bir sistem olduğu etiraf edilmişdir. BMT-nin iqtisadi, sosial və mədəni hüquqlara
dair Beynəlxalq Paktında insan hüquqlarını gender
bərabərliyi ilə vəhdətdə qəbul edilməsi
və tətbiqi bu şəkildə xüsusi
vurğulanmışdır: "İnsan hüquqlarına dair
beynəlxalq sənəd və müqavilələrdə
bərabərlik kompleks anlayış
kimi-yəni həm de-yure ((formal, hüquqi), həm də de-
fakto (real) təsbit olunur. Bunlar müxtəlif, lakin eyni
zamanda, qarşılıqlı bağlılıqda olan
konsepsiyalardır. Müstəqilliyin əldə edilməsi
ilə ölkəmizdə gender bərabərliyinin qanunvericilik
bazasının yaranması yönündə dövlətin
ardıcıl siyasəti həyata keçirilmiş, milli
dövlət quruculuğu siyasətinin təməl
prinsiplərinə çevrilmişdir. Qadın siyasətinin
müəyyən edilməsi, cəmiyyətdə onun statusunun
yüksəldilməsi, inkişafın prioritetləri sırasına
aid edilmişdir. Dövlətin uzun müddətli qadın
siyasətinin əsasları qoyulmuş və həyata
keçirilmişdir. Bu gün Azərbaycan hüquqi
dövlət, vətəndaş cəmiyyət
prinsiplərinə cavab verən insan hüquqları sisteminin
yaradılması yönündə çox miqyaslı
fəaliyyət göstərir. Hazırkı dövrdə
azərbaycanlı kişinin, ənənəvi olaraq,
keçmişdə azərbaycanlı qadına
bəslədiyi münasibət real olaraq aradan
qalxmışdır. Burada gender bərabərliyinin təmin
edilməsinə xidmət edən qanunvericilik bazasının
yaradılması xüsusi yer tutur. Böyük
öndər Heydər Əliyev 14 yanvar 1998-ci ildə
"Azərbaycan Respublikasında qadınların rolunun
artmasına dair tədbirlər haqqında" fərman
imzalamış, 6 mart 2000-ci il tarixində isə
"Dövlət qadın siyasətini həyata
keçirilməsi sahəsində ən mühüm
istiqamətləri" müəyyənləşdirmişdir.
Dövlət müstəqilliyinin əldə olunmasından
keçən 18 il ərzində insan və qadın
hüquqlarının təkmilləşdirilməsi üçün
aparılan fəaliyyət ardıcıl davam etmişdir. Prezident İlham Əliyevin
başçılığı ilə davam etdirilən
siyasət nəticəsində əldə edilən
nəhəng uğurların böyük qismi də
Azərbaycan vətəndaşının sosial-iqtisadi
rifahının artırılması ilə
bağlıdır. Çünki dövlət
başçısının qeyd etdiyi kimi, ölkədə
həyata keçirilən islahatların magistral meyli- sosial
yönümlü olması ilə seçilir. - Gender bərabərliyinin
müasir dövrdə demokratik cəmiyyətin
inkişafında, insan hüquqlarının qorunmasında
və müdafiəsindəki rolunu necə
qiymətləndirirsiniz? - Bu gün Azərbaycanda qadın
hüquqlarının və gender bərabərliyinin
keşiyində duran 142 sənəd imzalanmışdır. Biz insan və qadın hüquqlarına dair mövcud
olan bütün əsas beynəlxalq sənədləri, o
cümlədən, qadınlara münasibətdə
ayrı-seçkiliyin bütün növlərinin aradan
qaldırılmasına dair Konvensiyanı və s ratifikasiya
etmişik. 2006-cı ildə "Gender bərabərliyinin təmin
edilməsi " haqqında qanun qəbul edilmiş,
"Məişət zorakılığı" haqqında
qanunun də qəbul ediləcəyi gözlənilir. MDB məkanında qadın siyasətini həyata
keçirilməsi sahəsində ilk və hələlik
yeganə qurum kimi Ailə, qadın və uşaq
məsələləri üzrə Dövlət Komitəsi, o
cümlədən, çoxsaylı qeyri-hökumət
təşkilatları bu istiqamətdə fəaliyyətini
uğurla davam etdirir. Dövlətin Konstitusiyası da,
Ailə və Cinayət-prosessual Məcəlləsi də
qadın hüquqların keşiyində dayanır.
Bütün bunlar Azərbaycanda gender bərabərliyi
sahəsində vəziyyətin de-yure olaraq tələb olunan
səviyyədə olduğunu sübut edir.
Rəqəmlərə müraciət edək. Azərbaycan
əhalisinin sayı 9 milyondur. 51 %-ni qadınlar təşkil
edir. Əmək qabiliyyətli əhalinin 2,09 milyonu
qadındır, onların 1,97 milyonu işləyir, 475,5 min
qadın dövlət sektorunda işləyir. 1998-ci ildə
suveren Azərbaycan qadınlarının 1-ci, 2003-cü
ildə isə ikinci qurultayı keçirildi. 1992-ci ildə
müstəqil parlamentin 50 deputatından cəmi 3
nəfəri və ya 6% -i, 1995-ci ildə isə 15
nəfəri (12%) , 2000-ci ildə 13 nəfəri (11%) qadın
olmuşdur. Hazırda 77 icra hakimiyyəti orqanları
rəhbəri arasında 3 nəfər (3,9%) qadındır.
Doğrudur, humanitar və sosial məsələlər üzrə
müavin vəzifələrini, bir qayda olaraq, qadınlar icra
edirlər. Partiya üzvlərinin tərkibinin
yarısının qadın olduğu bildirilsə də,
rəhbərlikdə onların yüzdə biri təmsil olunur
və ölkədə cəmi bir partiyanın lideri
qadındır. Ölkədə 50 qadın QHT-si mövcuddur
və onların 2000-dən çox üzvü var. - Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın qadınlara göstərdiyi həssas
qayğını və dəstəyi necə
dəyərləndirirsiniz? - Ölkəmizdə Heydər
Əliyev Fondunun qadınlara göstərdiyi həssas
qayğı, hər cür himayə və dəstək
təcrübəsi də, vətəndaş
cəmiyyətində ictimai qurumların dövlət
siyasətində ən yaxın iştirakının
nümunəsi kimi dünyada qəbul və təqdir olunan bir
mövqenin məhz Azərbaycanda yaranmasını
göstərir. Qadın siyasətinin əsas
prinsiplərinin müəyyənləşdirilməsi, onun
həyata keçirilməsi üçün
Azərbaycanın bütün bölgələrində
müvafiq qurumların fəaliyyətinin səmərəli
koordinasiya edilməsi görülən işlərin tam
siyahısı deyil. Bütün hallarda,
onun fəaliyyəti: insan hüquqları, uşaq və
gənclərin maraqlarının müdafiəsi
tərbiyə və gender bərabərliyi kimi
ümumbəşəri dəyərlər təşkil edir. Ölkəmizdə
ailə, qadın hüquqlarının qorunması və gender
bərabərliyinin təmin edilməsi kimi çox həssas bir sahənin monitorinqinin
aparılması, dövlət siyasətinin həyata
keçirilməsinin milli mexanizmlərinin
əlaqələndirilməsi dövlətin strateji
məqsədlərindən biridir. Çünki bu - insan
potensialından maksimum istifadə, milli genofondumuzun
mühafizəsi, inkişafı və
möhkəmləndirilməsi məsələsidir.
Azərbaycanda milli mexanizmlərin institutsionallaşma modeli kimi
yaradılan AQUPDK milli spesifikaya mükəmməl
yanaşmanı təmin edir. Azərbaycanda müxtəlif
dövlət strukturları nəzdində təsis olunan
qurumların problemə ümumi-inteqral bir yanaşması var.
- Gender münasibətləri, qadınların ailə və
cəmiyyətdə statusu ölkəmizdə qəbul
edilən qanunlarla uzlaşırmı? - AR Konstitusiyası qadın
və kişiləri bərabər fəaliyyətinin
hüquqi bazasını təşkil edir. Dövlət
qadın siyasətinə dair sərəncamda (6 mart 2000-ci il)
isə deyilir ki, rəhbər vəzifələrdə və
bütün dövlət orqanlarında fəaliyyət növünü
nəzərə alaraq, qadınların bərabər
iştirakmı təmin etmək tapşırılmışdır.
Çox mühüm işləri görülsə də,
qeyd olunan məsələdə irəliləyiş kifayət
dərəcədə deyildir. Həyata
keçiriləcək vəzifələr sırasında
2010-2015-ci illər üçün ölkədə gender
bərabərliyinin təmin olunması strategiyasının
qəbul olunması məqsədəuyğun olardı.
Strategiya məhz dövlət siyasətinin
reallaşdırılmasını təmin edən
mexanizmlərin təkmilləşməsini,
dövlətin və vətəndaş cəmiyyətinin bu
sahədə vəziyyətin monitorinqini aparması vasitəsi
kimi əsas sənəd qismində çıxış
edə bilər. Qanunverici və icraedici orqanların
səylərini koordinasiya etmək baxımından da
faydalı olardı. Bərabər hüquqlardan
danışanda hədlər gözlənilməlidir.
İfratçılıq, əyintilər bütün
sahələrdə arzuolunmazdır. Bu, birvalideynli
ailələrin sayının artması, feminizasiya meyilinin intensivləşməsi
və s. məsələlərdir. Gender
bərabərliyində ahəngin qorunmasına ən
yaxşı misal kimi hər il beynəlxalq səviyyədə
qeyd edilən 8 mart qadınlar bayramını
göstərmək olar. Bu bayram qadın hüquqları
uğrunda mübarizənin ən şanlı
səhifələrindən biridir. Digər tərəfdən
isə, həmin gün sanki bərabər hüquqları
unutmağa çalışırlar. Güllər,
hədiyyələr gözləyirlər. Bəzən
üzdəniraq ekspertlər qeyd edirlər ki, gender
bərabərliyinin təminatı sahəsində əldə
olunan uğurların başlıca səbəbi bizə
dünya birliyinin, Avropa Şurasının təzyiq və
tələblərinin nəticəsidir. Şübhəsiz ki,
Azərbaycan dünyaya inteqrasiya xəttini bəyan
etmişdir və bu reallıqdır. Qadın bizim milli
varlığımız, tarixi sərvətimizdir. Azərbaycan
dövləti yarandığı gündən
özünün əbədiliyini təmin edə bilən iki
təməl institut tanıyır: bunlar ailə və
dövlətdir. Ailəyə, qadına həssaslıq və
diqqət Azərbaycan xalqı üçün tarixən xas
olan yüksək mənəvi keyfiyyətdir. Azərbaycan
dövləti XXI əsrə də özünün
əsrlərin sınağından keçərək
gətirdiyi əvəzsiz milli sərvətlərini,
mənəvi dayaqlarını qoruyaraq qədəm
qoymuşdur. Bu sərvətlər içərisində ən
dəyərli olanlardan biri də Azərbaycan
qadınıdır, Azərbaycan
vətəndaşıdır. Dövlətimizin
gələcək uğurlarının əsası hər bir
vətəndaşın firavanlığından
başlayır. Hüquqi və faktiki gender
bərabərliyinə nail olmaq üçün beynəlxalq
və milli səviyyədə təşkilatlanmaq, elmi
tədqiqatlar aparmaq lazımdır. Lakin bu,
kifayət deyil. Çünki bu gün gender həm siyasət,
həm hüquq, həm elm, həm ictimai dialoq və həm
də razılaşın ki, hər şeydən əvvəl-mübarizədir.
Çünki yüz il əvvəl olduğu kimi, yenə
də mübarizə aparmaq lazımdır.
Bəxtiyar Məmmədov
Səs.- 2010.- 26 may.- S. 6.