Bərdə şəhərində kitab bayramı keçirilib

 

Kitab bayramında "Heydər Əliyev-87", "Qədim Bərdə" "Klassik irsimiz", "Uşaq ədəbiyyatı", "Oxuyaq, düşünək, öyrənək" və digər kitablar nümayiş etdirilib

 

Bərdə şəhərində Heydər Əliyev Muzeyinin qarşısında ənənəvi kitab bayramı keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin şöbə müdiri Xasay Mehdiyev, mədəniyyət və turizm şöbəsinin müdiri Soltan Həsənov kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik edib, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən danışıb. Natiqlər son illər ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, rayon kitabxanalarının fəaliyyətindən, onların yenidən qurulması istiqamətində görülən işlərdən bəhs ediblər. Kitab bayramında "Heydər Əliyev-87", "Qədim Bərdə" "Klassik irsimiz", "Uşaq ədəbiyyatı", "Oxuyaq, düşünək, öyrənək", Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə çap olunan latın qrafikalı kitablar və digər mövzularda sərgilər, bərdəli şair və yazıçıların kitabları nümayiş etdirilib. "Heydər Əliyev və Bərdə" kitabı, həmçinin, Bərdənin tarixi, mədəniyyəti haqqında kitablar daha çox diqqəti cəlb edib.

 

 

Zümrüd

 

Səs.- 2010.- 28 may.- S. 12.