MİLLƏTİN LAYİQLİ VƏKİLİ
Noyabrın 7-də keçiriləcək 4-cü çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər II seçki dairəsindən deputatlığa namizəd Mehriban Əliyeva seçkiöncəsi təbliğat-təşviqat kampaniyasını davam etdirir. Ötən həftə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Binə, Türkan, Şüvəlan və Zirə qəsəbələrində seçicilərlə görüşüb söhbət edib, onların qayğıları və problemləri ilə maraqlanıb.
"Bizim əməkdaşlar tez-tez qəsəbəyə gəlir, insanların gündəlik həyatı ilə maraqlanırlar. Əgər kimin köməyə ehtiyacı varsa, o zaman çalışırıq ki, kömək edək".
Binə qəsəbəsində keçirilən
görüşdə sakinlər
Mehriban xanımın gəlişindən böyük
sevinc duyduqlarını
bildirərək, dedilər
ki, Mehriban xanımın gördüyü
bütün işlər
hamının gözü
qarşısındadır. "Sizin təşəbbüsünüzlə
Binədə elə bir mədəniyyət mərkəzi tikilib ki, bəlkə də respublikada analoqu yoxdur. Bu binaya görə
bütün sakinlərimiz
adından sizə minnətdarlıq edirik"-
deyə seçicilər
bildirib. Binə sakinləri
ilə növbəti görüşdən məmnun
olduğunu bildirən
Mehriban xanım Əliyeva Xəzər rayonuna, xüsusilə də, Binə qəsəbəsinə mütəmadi
olaraq gəldiyini, sakinlərlə görüşdüyünü
bildirib. "Bu 5 il
ərzində çox
uğurlara nail olmuşuq.
Ümumiyyətlə, Binə qəsəbəsində
5 məktəb əsaslı
təmir olunub. Binə qəsəbəsində 2 bağça,
bu yaxınlarda açılışı olacaq
mədəniyyət evi,
musiqi məktəbi, kitabxana, xəstəxana, poliklinika inşa və bərpa olunub, parklar salınıb. Təbii qaz,
elektrik enerjisi, su ilə təminat
yaxşılaşıb. Yollar təmir olunur. Mən bilirəm ki, bizim əməkdaşlar çox tez-tez qəsəbəyə gəlirlər,
insanların gündəlik
həyatı ilə maraqlanırlar. Əgər kimin
köməyə ehtiyacı
varsa, biz hər zaman çalışırıq
ki, bu köməyi
edək". Qəsəbə sakinləri Mehriban xanımın Milli Məclisə deputatlığa
namizədliyinin yenidən
Xəzər rayonundan irəli sürülməsindən
çox sevindiklərini
bildirdilər. Dedilər ki,
biz bundan çox böyük qürur hissi duyuruq və
Sizi həmişə dəstəkləyəcəyik.
"Mən bütün
işlərimdə sizə
arxalanıram, sizin dəstəyinizi hər zaman hiss edirəm və biz bir komanda kimi çoxlu
nailiyyətlər qazanmışıq"
Bu sözləri Milli Məclisə deputatlığa namizəd Mehriban xanım Əliyeva Türkan qəsəbə parkında seçicilərlə görüşündə səsləndirib. Yenidən Türkan qəsəbəsində olmaqdan məmnunluğunu bildirən Mehriban xanım Əliyeva deyib: "Siz yəqin xatırlayırsınız ki, 5 il öncə sizinlə görüşəndə qərara aldıq ki, prioritet istiqamət təhsildir. Ötən 5 ildə qəsəbədə bu istiqamətdə xeyli iş görülmüşdür. Məktəblər tikilir, bəziləri yenidən qurulur, onların maddi-texniki bazası gücləndirilir. Məktəblərin hamısında kompyuter, ən yüksək, müasir təhsil üçün bütün zəruri vasitələr olmalıdır, uşaqlarımız yaxşı şəraitdə təhsil almalıdır". Mehriban xanım bütün işlərində seçicilərinə arxalandığını, onların dəstəyini hər zaman hiss etdiyini və onlarla bir komanda kimi çoxlu nailiyyətlər qazanıldığını deyib: "Həm rayona, həm də Türkan qəsəbəsinə baxsaq, burada bir neçə park, mədəniyyət evi, poliklinika, tibbi yardım stansiyası, sanatoriya, məktəblər, bağça, internat məktəbi- bunlar hamısı inkişafdır, abadlıqdır. Əldə edilən bütün uğurlar bizim birgə qələbəmizdir"-deyən Mehriban xanım sakinlərin qayğı və problemləri ilə maraqlandı, istək və arzularını dinlədi və onlara kömək göstərəcəyini dedi. Sakinlər onlara göstərilən qayğıya görə Mehriban xanıma təşəkkürlərini bildirdilər. Qarşıdan gələn seçkilərdə bir nəfər kimi ona səs verəcəklərini bildirdilər.
"Biz birlikdə çalışmalıyıq ki, bütün problemləri qısa zamanda həll edək"Mehriban Əliyevanın seçki dairəsinə daxil olan qəsəbələrdən biri də Şüvəlandır. Heydər Əliyev Fondunun prezidenti tez-tez qəsəbədə olur, sakinlərin arzu və istəkləri, problemləri, görüşlərdə qaldırılan məsələlərin həlli ilə yaxından maraqlanır. Şüvəlan seçiciləri ilə görüşündə Mehriban xanım deyib: "Çox sevindirici haldır ki, ötən 5 il ərzində Xəzər rayonunda 16 yeni məktəb binası tikilmiş və ya təmir olunmuşdur. 4 park, 6 bağça, xəstəxanalar, poliklinikalar, dörd mədəniyyət evi, tibb mərkəzləri, görülmüş abadlıq-quruculuq işlərinin əyani təsdiqidir". Mehriban xanım deyib: "Biz birlikdə çalışmalıyıq ki, bütün problemləri çox qısa bir zamanda həll edək. Əhalinin yaşayış səviyyəsi daha da yaxşı olsun. Yeni iş yerləri, yeni müəssisələr açılsın. Su, qaz, elektrik təminatı daha da yaxşılaşsın. Ümidvaram ki, biz bütün problemləri birlikdə həll edəcəyik". Qəsəbə sakinləri Mehriban xanımın təşəbbüsü ilə qəsəbədə görülən işlərin minlərlə ailəyə sevinc gətirdiyini, sakinlər tərəfindən böyük rəğbətlə qarşılandığını deyiblər.
Namizədin seçicilərlə daha bir görüşü isə, Zirə qəsəbəsində keçirilib. Mehriban xanım burada gördüyü hər şeyin onu çox sevindirdiyini qeyd edərək, deyib ki, Zirə qəsəbəsində çox gözəl, təmiz, geniş küçələr, parklar yaradılıb.Heydər Əliyev Fondunun prezidenti uşaqların keyfiyyətli təhsilə yiyələnmələrinin vacibliyini diqqətə çatdıraraq, bu sahədə işlərin davam etdiriləcəyini söylədi. Bu yaxınlarda Zirədəki Nüsrət Yaqubov adına 120 nömrəli orta məktəbin binasını Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən təmir edəcəyik. Xəzər rayonunda təmirsiz olan 2-3 məktəb də bu yaxınlarda əsaslı təmir olunacaq. Mehriban xanım qəsəbə sakinlərini narahat edən problemlərlə maraqlandı, onların həllinə yardım etməyə çalışacağını bildirdi. Qəsəbə sakinləri Mehriban Əliyevanın fəaliyyətinin yüksək qiymətləndirdiklərini söyləyib, onlara göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildiriblər. Mehriban Əliyevanı digər namizədlərdən fərqləndirən ən mühüm cəhət odur ki, onun seçicilərlə görüşü yalnız seçkiöncəsi deyil, bütün 5 il ərzində davam edir.
Humanitar missiyanın
ləyaqətli daşıyıcısı
Birinci xanımın humanitar fəaliyyəti xalqın ehtiramını qazanıb. Humanizm,
mərhəmət, vətənpərvərlik,
xeyirxahlıq hisslərinə
söykənən fəaliyyətilə
cəmiyyətdə böyük
nüfuz qazanmış
Mehriban xanım Əliyeva "Uşaq evləri və internat məktəblərinin
inkişaf proqramı"nın
hazırlanıb həyata
keçirilməsini məqsədəuyğun
hesab edib.50-dək uşaq
müəssisəsində aparılan
yenidənqurma və tikinti-təmir işləri
zamanı onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya
texnologiyalarının tətbiqi,
sinif otaqlarının
interaktiv təhsil üçün uyğunlaşdırılması
təmin edilib.Heydər
Əliyev Fondunun səhiyyə sahəsində
ən çox əks-səda doğuran layihələrindən biri
məhz "Diabetli uşaqlara ən yüksək qayğı"
layihəsi olub. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar
olmuş 14 yaşınadək
uşaqlar müntəzəm
olaraq lazımi miqdarda insulin preparatları
və şpris-qələmlərlə
təmin ediliblər.
2009-cu il mayın 10-da
Talassemiya Diaqnostika Mərkəzi istifadəyə
verilib.Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə həyata keçirilən "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramı
tədris prosesinin günün tələbləri
səviyyəsində qurulmasına
imkan verən müasir məktəb binalarının inşasına
istiqamətlənib. "Yeniləşən Azərbaycana
yeni məktəb"
layihəsi çərçivəsində
2005-2010-ci illərdə 200-dək məktəb binası inşa olunaraq lazımi avadanlıqla təchiz edilib. Proqram çərçivəsində tikilən məktəblər
müasir avadanlıq,
istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompyuter avadanlığı ilə
təchiz olunub.
Dövlətlər iqtisadiyyatı, millətlər
mədəniyyəti ilə
tanınır
Azərbaycan mədəniyyəti Mehriban
xanımın şəxsində
özünə etibarlı
hami tapıb. Ötən
5 ildə Azərbaycanın
görkəmli alimlərinin,
yazıçı və
bəstəkarlarının yubileylərinin keçirilməsi,
"Kitabi-Dədə Qorqud"
dastanının 1300 illiyinin
beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun
"Dünya irs siyahısı"na İçərişəhərin
Şirvanşahlar Saray
Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi
Azərbaycanın birinci
xanımının milli
mədəniyyətin dünya
miqyasında təbliği
sahəsindəki fəaliyyətinin
bir istiqamətidir. Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması,
inkişafı və təbliği sahəsində
böyük işlər
görülür. Azərbaycan muğamının
YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun milli
mədəniyyətin təbliği
sahəsində həyata
keçirdiyi ən uğurlu layihələrdən
biri də "Qarabağ xanəndələri"
albomunun hazırlanması
olub. YUNESKO xətti ilə hazırlanmış alboma
"Qarabağ xanəndələri"
adının seçilməsi
ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın
isə ən nadir nümunələrinin bu torpağa məxsus olduğu nümayiş etdirilib. 2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü
ilə keçirilən
Beynəlxalq Muğam Festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin
bütün dünyada
tanıdılması və
təbliği istiqamətində
mühüm tədbirlərdən
biri kimi yadda qalıb. Heydər Əliyev Fondunun dəstəyi ilə hər il avqustda
Qəbələdə Beynəlxalq
Musiqi Festivalı və pianoçuların müsabiqəsi keçirilir.
Festival çərçivəsində
gənc pianoçuların
beynəlxalq müsabiqəsi,
klassik musiqi axşamları, muğam konserti təşkil edilir. Fondun müxtəlif layihələrini
birləşdirən ortaq
nöqtə isə məhz milli genefondun qorunmasıdır.
Bu ali mərama
xidmət edən hər bir addım
Mehriban xanım üçün eyni səviyyədə prioritet
mahiyyət daşıyır.
Öz dövrünün böyük
ictimai xadimi, görkəmli şəxsiyyəti
adını hər əsrdə yalnız bir neçə qadın qazana bilir. Yalnız dünya miqyasında
tanınmış, böyük
ictimai fəaliyyətdə
bulunmuş, humanist ideyaları
həyata keçirmək
üçün çalışmış
qadınlar bu ada layiq görülürlər.
Bütün bu işlərin
arxasında isə, müqəddəs ideallar,
gərgin zəhmət,
güclü zəka və böyük şəxsiyyət dayanır.
Belə xüsusiyyələri özündə
daşıyan insanlardan
biri də Mehriban xanım Əliyevadır. O xanım
ki, millətin vəkili missiyasını
şərəflə və
vicdanla yerinə yetirir.
Elçin Bayramlı
Səs.- 2010.- 3 noyabr.- S .3-4.