Hünər

 

Azərbaycanın Milli Qəhrəmanı, şəhid oğlumuz Mübariz Ağakərim oğlu İbrahimovun əziz xatirəsinə ithaf edirəm

 

Qərar

 

O gecə atəşkəs pozuldu yenə,

Beşikdə boğuldu dərhal cinayət.

Od-alov ələndi düşmən üstünə,

Erməni naəlac susdu, nəhayət.

 

Güllə başlarına yağış tək yağdı,

Susdurulmuş düşmən boğuldu kində.

Əsgər avtomatı köksünə sıxdı,

Gizir əsgərlərin ön cərgəsində.

 

Addımı Mübariz atmışdı qəti,

Düşmən tülkü çıxdı, o, amansız şir.

Onu qane etdi postun xidməti,

Yenə bir afərin dedi komandir.

 

Naqis tapdağında bu doğma yurdu,

Həmlələr deyildi onunçün yeni.

Atəşkəs pozulur, dilxor olurdu,

Artırdı düşmənə nifrəti-kini.

 

Xəyanət kökündə, pöhrələrində,

Hakim ruhlarına nifrət, qəbahət.

Nur da yox erməni çöhrələrində,

Sarıb ruhlarını miskin rəzalət.

 

Uğur qazanarıq, Allaha pənah,

Bir vaxt zəncirlərik qudurğan iti.

Mübariz əmindi, sözsüz ki, günah

Onları bu yerə gətirəndədi.

 

Vaxt gələr tutarlı cavab alarlar,

Bu yad toxumları yurdda əkənlər.

Çəkib peşmançılıq, fikrə dalarlar,

Erməni başına sığal çəkənlər.

 

Dost deyən bizi sınamaqdadı,

Biz necə qınayaq qəlbi darları?!

Nədənsə bizləri qınamaqdadı,

Qüdrətli erməni havadarları.

 

Çatar xoş sonluğa hər ağrı-acı,

Ağarar bəd günün qaraları da.

Ulu Tanrıda hər dərdin əlacı,

Zaman sağaldacaq yaraları da.

 

Hələ çəkməkdə xalqım əziyyət,

Arzular bağladı xoş gələcəyə.

20 il gerçəyə dönmədi niyyət,

Getmərəm mən əli boş gələcəyə.

 

Xalqın bir oğlunun gücünü görər,

Erməni alanda qulaqburması.

O zaman qınına çəkilib hürər,

Başlanar o andan matəmi, yası.

 

Hər dığa önümdə susqun bir Mumu,

Təmsil etməkdəyəm ulu milləti.

Bu gün görəcəklər kim olduğumu,

Hücuma keçirəm, qərarım qəti.

 

 

 

Hücum

 

O gecə sükuta dalmışdı Tərtər,

Çaylı kənd zülmətdən gözə görünməz.

Neytral zonanı keçdi birtəhər,

Ona qaranlıq da söylədi: tələs!

 

Min metr ərazi minayla dolu,

Mübariz gedirdi qətiyyət ilə.

O, tez dəf eylədi bu uzun yolu,

Elə bil, tanışdı vəziyyət ilə.

Özünü silahla yükləməmişdi,

Həm döyünürdü ürəyi rahat.

Gözündə erməni meyitdi, nəşdi,

İradi qüvvəsi artıqdı qat-qat.

 

Elə ki, neytral sahəni keçdi,

O, dərhal kökləndi qəzəb atına.

Qabağına keçən dığanı biçdi,

Atdı meyitləri ayaq altına.

 

Aramsız atəşlə biçdi düşməni,

İgid dostlarından almışdı öyüd.

Basmış dığa qanı çölü-çəməni,

Orda beş-on cəsəd, burda dörd meyit.

 

Daraqda gülləsi qurtaran kimi,

Götürdü düşmənin avtomatını.

Erməni dadanda kədəri-qəmi,

Bir anda damarda duruldu qanı.

 

Hər qarış torpağı sevən Mübariz,

Özünə meyitdən səngər qururdu.

Qorxudan düşmənin saçları biz-biz,

Bu igid, haylara qan uddururdu.

 

Dığalar qışqırır, fəryad edirdi,

O, həmlə etdikcə əldə avtomat.

Yadelli yalvarır, imdad edirdi,

Meyitlər postlarda qalanıb qat-qat.

 

Mübariz qeyzlənmiş şirə dönübdü,

Düşmən, qarşısında ələngə yabı.

Silahlı dığanın köpü sönübdü,

Yox idi meyitin sayı-hesabı.

 

Erməni rahatlıq tapmır bircə an,

Yağılar içinə ərən düşübdü.

Ərşə bülənd olub fəryad, ah, aman,

Sağ qalan dığalar pərən düşübdü.

 

Mübariz qayıda bilərdi geri,

Ancaq deyərdi sevimli Vətən?..

Gələndə, xəyala dalıb ötəri,

Silmişdi bu sözü öz lüğətindən.

 

Bu gün Mübarizin addımı qəti,

Düşmən batmaqdadı yenə yasına.

Özündə hiss etdi bu cəsarəti,

Üz tutdu düşmənin kazarmasına.

 

 

Vida

 

Mübariz döyüşə getməzdən əvvəl,

Məktub göndərmişdi Biləsuvara.

Düşünüb-daşınıb bu gənc mükəmməl,

Öz yurddaşlarını səslər bahara.

 

Alar cavabını bu azğın yağı,

Ümidlər göyərdər bir yaşıl yarpaq.

Biz qalib gələrik bir bahar çağı,

Düşmən işğalından qurtarar torpaq.

 

Yalnız şəhid olmaq yeganə istək,

Qoy daim dik olsun Vətənin başı.

Məni xatırlayın o vaxt şəhid tək,

Həm axıtmayın, əsla, göz yaşı.

 

Mən ölüm, qoy Vətən yaşasın, qəm,

Ölən yox, öldürən etdim adımı.

Gənclər ibrət alsın bu əməlimdən,

Atıram mən adi qisas addımı.

 

Ay ata, ay ana, məqsəd düz, aydın,

Sizdən uzaq olsun kədər, dərd, məlal.

Mən Vətən şəhidi, gözünüz aydın,

Mənə haqqınızı eyləyin halal.

 

Fikirdən ayılıb Mübariz qəfil,

Düşmən yuvasını tutdu atəşə.

Kökü kəsik ağac düşmən, elə bil,

Vermiş kazarmada dığa leş-leşə.

 

Mübariz yenə geri dönmədi,

Şığıdı sağ qalan düşmən üstünə.

Qisas almaq eşqi artdı, sönmədi,

Od saçdı alçalan düşmən üstünə.

 

Mübariz özünə mövqe seçərək,

Həmlələr elədi aşkar, gizlicə.

Düşmənin canına qorxu düşdü bərk,

Onunla bacara bilmədi gecə.

 

Zülmət pərdəsini atanda səhər.

Yağılar gördü ki, vuruşan təkdi.

Vətən qızlarını boğmasın qəhər,

Bu vaxt azğın yağı tətiyi çəkdi...

 

Şəhidlik şərbəti ona şirindi,

Bu igid oğula şəhidlik halal.

Vətən məhəbbəti sonsuz, dərindi,

Onunçün şəhidlik,şəhadət amal.

 

Onun rəşadəti tükənməz, lakin

Vətən sevgisi müasir, yeni.

Ruhu hamımızın ruhuna hakim,

Qoy yağı verməsin cənazəsini.

 

Özü qəhrəmanlıq qaynaqlarında,

Doqquz milyon qəlbdə Mübariz adı.

Cismidi düşmənin caynaqlarında,

Ruhu Vətənimin səmasındadı.

 

 

Örnək

 

Mübariz öldürdü Vətən naminə,

Mübariz olmağın əsil çağıdı.

Onun təcrübəsi yaxşı nümunə,

Qəsbkar düşmənə bir gözdağıdı.

 

Nərəni andıran bu şaqraq səsi,

İşğalçı eşitcək qorxuya düşdü.

Onun təkbaşına hücum etməsi,

Bütün Yerevanı silkələmişdi.

 

Rastına çıxanın başını əkdi,

Mübariz haylara zəhər içirdi.

Düşmənin köksünə elə dağ çəkdi,

Yerevan üç günlük matəm keçirdi.

 

Onlar gözləməkdə növbəti həmlə,

Qorxu çəkilməyib ürəklərindən.

Ey oğul, sən et qəti bir həmlə,

Gənclər yararlansın örnəklərindən.

 

Mübariz məkanı bir qeyrət yeri,

Günəş məxsusi şəfəq saçıbdı.

Bu gün Əliabad ziyarət yeri,

Bütün Azərbaycan ayaq açıbdı.

 

Vicvicəyə düşdü ər qüvvəsindən,

Erməni daha da miskin göründü.

Çıxıb bir ailə çərçivəsindən,

Mübariz xalqının oğluna döndü.

 

Düşmənlə üzbəüz qələbə çaldı,

Dedi miskin dığa, biz qadir ərik.

O, milli qəhrəman adını aldı,

Ali Baş Komandan onunla şərik.

 

Ey rəzil, sən məhşər ayağındasan,

Ruslar sənə nicat verməyəcəkdir.

Zavallı, uçurum qırağındasan,

Tanrı sənə həyat verməyəcəkdir.

 

Torpaq sahibi tək bizləri tanı,

Tanrı qənimindi, diri xatırla.

Yer götürmədi 40 min dığanı,

Spitak dediyin yeri xatırla.

 

Vətən havasını verdik sənə pay,

Sən özün olmusan babamın qulu.

Tanı sahibini, salma hay, haray,

Səni xilas etməz xaricin pulu.

 

Yaman kütləşibdi felin qüdrəti,

Artıq cəmiyyətin boğulmaqdadı.

Artır günü-gündən elin qüdrəti,

Yeni Mübarizlər doğulmaqdadı.

 

Çəkil torpağımdan, veririk aman,

Getməsən, ayağın qırılacaqdır.

Bizim xeyrimizə işləyir zaman,

Tez, ya gec dayağın qırılacaqdır.

 

 

VALEH MƏHƏRRƏMLİ

 

Səs.- 2010.- 6 noyabr.- S. 10.