Təsərrüfatçı, istehsalçı, təşkilatçı...

 

Əlisgəndər Yaqubov: "Yaşımın ixtiyar çağında təqaüddə olduğum zamanda "Əməkdar kənd təsərrüfatı işçisi" adına layiq görülməyim Ulu Öndərimizin, həqiqətən də, əməllərinin yaşamasını təsdiqləyir"

 

Böyük uğurlara zəhməti, fəaliyyətinin şaxəliliyi ilə imza atmış insanların Azərbaycanın iqtisadi, siyasi, ictimai həyatında rol oynayaraq çalışdığı sahənin mütəxəssisi kimi bir məktəbin yaradıcısına çevrilirlər. Azərbaycanın müasir dövrdə sürətli inkişafında belə insanların yaradıcı potensialından istifadə olunur. Belə insanların əməyi hər zaman dövlətin diqqətində olur və keçdiyi yol öyrənilir, istehsalatda tətbiq edilir.

Elə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə bəzi insanlara fəxri adların verilməsi, məhz dövlətimizin belə insanların əməyinə olan diqqətin, həssaslığın bariz nümunəsidir. Sərəncamda adları hallanan kənd təsərrüfatı işçiləri sırasında  Yaqubov Əlisgəndər Əhməd oğlunun da ismi var. O, "Əməkdar kənd təsərrüfatı işçisi" adına layiq görülmüşdür. Uzun illər bu sahədə çalışan Əlisgəndər Yaqubov yaşadığı dövrün seçilib-sayılan insanlarından olmuş, elə kənd təsərrüfatı mütəxəssisi olaraq bir sıra nailiyyətləri ilə xalqının sevimlisinə çevrilmişdir. O, şəraitdən asılı olmayaraq təsərrüfatçı, istehsalçı və təşkilatçı idi.

Əlisgəndər Yaqubovun təərcümeyi-halına diqqət yetiririk: Masallı rayon kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra imtahansız Lənkəran Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdu. Sovet ordusu sıralarında üç illik hərbi xidməti başa vurub xidmətdən kiçik leytenant kimi vətənə dönmüşdü. Hərbi xidmətdə olduğu zaman Sov.İKP sıralarına daxil olmuşdu. Əmək fəaliyyətinə sovxozda normallaşdırıcı texnik kimi başlamış, üç il sonra baş aqronom vəzifəsinə təyin edilmişdi. 1964-cü ildə ilk partiya təşkilatının katibi seçilmişdir. 1969-cu ildə Ümumittifaq Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsinin aqronomluq fakültəsinə daxil olmuş, iki il sonra təhsilini Velikiye Luki şəhərindəki Kənd Təsərrüfatı İnstitutunda davam etdirmişdi. 1975-ci ildə alim, aqronom kimi vətənə geri dönüb. Elə həmin ildən etibarən, Krupskaya adına tərəvəzçilik-südçülük sovxozuna direktor təyin olunub. Qısa bir zamanda sovxozu qabaqcıl təsərrüfatlar sırasına gətirib çıxarmışdır. Müəssisə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, Nazirlər Kabinetinin, Ali Sovetin, Həmkarlar İttifaqının Mərkəzi Şurasının və Respublika Komissarlığının Keçici Qırmızı Bayrağına layiq görülür. Özü isə bir-birinin ardınca sosializm yarışının qalibi döş nişanı, əməkdə fərqlənməyə görə medlı ilə təltif olunub. 1973-cü ildə “Qırmızı Əmək Bayrağı” ordeninə, 1977-ci ildə “Oktyabr İnqilabı” ordeninə layiq görülüb. Masallı rayon komitəsinin plenum üzvürayon sovetinin deputatı seçilib. 1980-ci ildə isə Masallı rayon Aqrar Sənaye Birliyi baş direktorunun müavini təyin olunur. Sonralar isə Kalinin adına sovxozda baş aqronom vəzifəsində çalışır. O illərdə geri qalmış Təzəkənd sovxozuna direktor göndərilir. İl yarım ərzində bu təsərrüfatı yüksək göstəricilərlə tanıtmağa müvəffəq olur. Yenidən Krupskaya adına savxoza direktor təyin olunur. 1990-cı ilin 20 yanvarında sovet ordusunun Azərbaycanında törətdiyi qanlı qırğından sonra uzun illər sədaqətlə xidmət etdiyi Sov.İKP üzvlüyündən imtina edir. 1990-cı ildən 1997-ci ilə kimi Aqrar Sənaye Birliyində şöbə müdiri vəzifəsində çalışıb. Bu vəzifədən də təqaüdə çıxıb.

Bu ömür yolunu tez bir zamanda vərəqlədiyimizə baxmayaraq, yaşanılan illər qərinələrdən xəbər verir. Əmək fəaliyyətinə təhsilli mütəxəssis kimi başlayan Əlisgəndər Yaqubovun dövlət tərəfindən bu qədər fəxri təltiflərə layiq görülməsi artıq onun təsərrüfat işçisi kimi nələrə qadir olduğunu deyir. Özübu mükafatlarla Ümumilli Lider Heydər Əliyevin Sərəncamları ilə təltif olunmuşdur.

Bu gün təqaüddə olan Əlisgəndər Yaqubovun Prezident İlham  Əliyevin Sərəncamı ilə "Əməkdar kənd təsərrüfatı işçisi" adına layiq görülməsi dövlətin belə insanları axtarıb-arayaraq qiymətləndirməsini təsdiqləyir.

O, hazırda Masallı rayon Ağsaqqallar Şurasının üzvüdür. Hər zaman dövlətinə, xalqına xidmət edən bir insan olmuş və çalışdığı müəssisənin uğurlarını, nailiyyətlərini yüksəklərə qaldırmışdır. Hər zaman rəhbərlik etdiyi müəssisə qabaqcıl sovxoz kimi dövlət televiziyasında işıqlandırılmış, yuxarıda qeyd etdiyimiz orden və medalların əksəriyyəti Ümummilli Lider tərəfindən ona təqdim olunmuşdur.

"Əməkdar kənd təsərrüfatı işçisi" adına layiq görülməsini qəfil eşidərək, yaşının bu ixtiyar çağında çox təsirlənib: "Ulu Öndərimiz tərəfindən hər zaman böyük diqqət və qayğı ilə əhatə olunmuşam. Onun hər bir insana fərdi olaraq yanaşması, onların həyat fəaliyyətinin stimullaşdırılmasına, şaxələnməsinə daha da böyük təsirini göstərmişdir. Bu gün bu siyasət İlham  Əliyev cənabları tərəfindən həyata keçirilir. Mən deyərdim ki, bu gün məni öz yaşıdlarım tanıyır və fəaliyyətimə bələddirlər. Amma dövlətin  yaşımın bu çağında təqaüddə oduğum zamanda "Əməkdar kənd təsərrüfatı işçisi" adına layiq görməsi Ulu Öndərimizin, həqiqətən də, əməllərinin yaşamasını göstərir. Mən Ona bu qiymətə, diqqətə  görə, böyük minnətdarlığımı bildirirəm. Öz ailəm, eləcə də, mənimlə bahəm çalışmış zəhmətkeş insanların adından İlham  Əliyev cənablarına təşəkkür edirəm. Mən heç zaman ad-san dalınca qaçmamışam. Belə bir Sərəncamın imzalanması məni həqiqətən çox sevindirdi. Heydər Əliyev ənənələri bu gün Azərbaycanda yaşayır və hər kəsin həyatında özünü büruzə verir”.  

Əlisgəndər Yaqubov təəssüratları ilə bölüşərkən, bizə yaşadığı zamanda kənd təsərrüfatında olan çətinlikləri də çatdırdı: "Bizim dövrümüzdə o illərə nisbətən texniki avadanlıqlar aşağı səviyyədə idi. Xarici ölkələrin müasir texniki avadanlıqları ilə təchiz olunmurduq. Bu da prosesində, istehsalatda olduqca ağır bir şəraitin mövcudluğunu göstərirdi. Bugünkü kənd təsərrüfatı texnologiyasının yüksək avadanlıqlarla təchizi, sözsüz ki, o illərdə xəyal kimi görünürdü. İndi insan əməyindən az istifadə olunur. Zəhmətkeş insanların əməyi sayəsində sovxozlarımız respublika, eləcə də, ümumittifaq səviyyəsində tanınırdı və yüksək məhsuldarlıq əldə edirdik. Kənd təsərrüfatı elə bir sahədir ki, hər zaman insan əməyi tələb edir. İlk prosesdən başlayaraq, sona qədər apardığın əməliyyatlar hansısa bir məhsulun hazır bir şəkildə ərsəyə gəlməsinə və bazara çıxarılmasına gətirib çıxarır. Kənd təsərrüfatı bu baxımdan spesifik bir sahədir. Bu günlərdə Azərbaycanın kənd təsərrüfatının inkişafı yönümündə dövlət tərəfindən hazırlanmış proqramlar mövcuddur ki, bu sənədlərin hər biri məhz inkişafın səmərəliliyini artırmağa yönəldilmişdir. "Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı", "Ərzaq Proqrammı" və s. proqramlar Azərbaycanda kənd təsərrüfatının inkişafına yüksək töhfələrini verəcək və verməkdədir. Eləcə də, sahibkarlığın yaranması, müxtəlif sahələrə dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması elə təsərrüfatın inkişafına, yüksək məhsuldarlığın əldə olunmasına yönəldilib. Təsəvvür edin ki, sovet məkanında yaşadığımız zaman bu qeyd etdiyimiz inkişafla bağlı proqramlar yox iditoxumçuluq, heyvandarlıq və s. hamısı kollektiv təsərrüfatda birləşmişdi. Sovet hökuməti dağıldıqdan sonra kənd təsərrüfatına böyük zərbə endirildi, sovxoz və kolxozların fəaliyyəti dayandırıldı. Cəbhə hakimiyyətə gəldikdən sonra bir sovxozu beş hissəyə böldü. Bu da mənə çox böyük mənəvi zərbə oldu".

Bütövlükdə ömrünü məhz kənd təsərrüfatına həsr edən Əlisgəndər Yaqubov bu zərbəyə davam gətirməmiş, böyük sıxıntılar keçirmişdir. Ailə üzvlərinin, eləcə də, özünün böyük təşəbbüsü ilə yardımçı təsərrüfat yaratmış və burada əmək fəaliyyətini davam etdirmişdir. Vaxtilə özünün qurub-yaratdığı ərazini yenidən mülkiyyətinə çevirmişdi.

Həyatını sevib-seçdiyi sahəyə bağlayan mütəxəssisin fəaliyyəti çoxlarının marağına səbəb olmuşona səmimiyyətlə yanaşılmışdı. Onun 70 illik yubileyinə həsr olunmuş "Bir ömrün işığı" kitabı da məhz bu sevgidən yoğrulmuşdu. Kitabda onun çalışdığı zaman məsafəsində imza atdığı   uğurlar, şərəfli ömür yolu, el-oba gözündə qazandığı məhəbbət, dövlət işində çalışdığı illərdə təltif olunduğu fəxri admükafatlar öz əksini tapmışdı. Onun keçdiyi həyat yoluna, tərcümeyi-halına bələd olan insanlar öz maraqlı fikirlərini, təəssüratlarını, müsahibələrini bu nümunəyə daxil etmişlər.

Bəli, bu gün  cəsarətlə deyə bilərik ki, onun potensialından, tücrübəsindən istifadə olunur. Bir aqronom kimi gənc sahibkarlara tövsiyələrini verməklə sahələrdəki məhsuldarlığın artırılmasına təkan verir. Neçə illik təcrübə onu torpağa çox bağlamış və torpağın lay qatlarının spesifikasını bilməsi bu təcrübənin böyük nəticələrinə gətirib çıxarmışdır. Bir ağsaqqal olaraq rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir. Bütün bu uğurları məhz insanların yüksək həyat şəraitinə malik olmasına görə qazanmışdı.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2010.- 6 noyabr.- S. 11.