Sahibkarlara dövlət dəstəyi gücləndirilir

 

Qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən iqtisadi strategiya uğurla davam etdirilir

 

Bu gün iqtisadi inkişaf istiqamətində irəliləyən Azərbaycan dünya dövlətləri sırasında dayanan ölkələrdəndir. Bunu Dövlət Statistika Komitəsinin verdiyi məlumatlarında göstərilən rəqəmlər də təsdiqləyir: "Bu il Azərbaycanda altı ayda 36 min yeni iş yerləri açılmışdır. Bütövlükdə isə, 2004-cü ildə bəyan etdiyimiz proqram - regionların inkişafı və iş yerlərinin açılması proqramı uğurla icra edilir. Azərbaycanda son altı ildə təxminən 900 min yeni iş yerləri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir.

Hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun, regionların inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət yeridilməsi, Avropadünya strukturlarına inteqrasiyanın davam etdirilməsi və s. bir daha təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası uğurla reallaşdırılır".

Ölkə Prezidenti İlham Əliyevin bəyan etdiyi regional inkişaf siyasətində, yoxsulluğun azaldılmasına yönəldilmiş tədbirlər sistemində yeni yerlərinin yaradılması həlledici amillərdən biri kimi qeyd olunur. Qeyd edək ki, 2003-cü ildən bu ilin oktyabr ayına qədər Azərbaycanda 824 min yerinin açılması, yeni yerlərinin 85 faizinin regionların payına düşməsi, başqa sözlə, regionların inkişafı, yoxsulluğun azaldılması, işsizliyin ləğvini nəzərdə tutan strateji proqramların reallaşması ölkənin iqtisadi-sosial həyatını daha da canlandırıbdır. Prezident İlham Əliyev bütün bunları etmək, həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmək üçün, ilk növbədə, siyasi sabitliyə və düşünülmüş, dünya təcrübəsində özünü doğrultmuş iqtisadi siyasətə üstünlük verir: "...Bunların hər ikisi Azərbaycanda varona görə də ölkəmiz gələcəyə inamla baxır... Azərbaycanda bütün infrastruktur layihələri həyata keçirilir. Ölkəmizin qarşısında duran bütün mühüm məsələlər öz həllini tapacaq, insanları narahat edən problemlər aradan qaldırılacaqdır. Elektrik enerjisi təminatı, qaz, su təchizatı, səhiyyənin səviyyəsi, təhsil ocaqlarının şəraiti - biz, ilk növbədə, bunlara böyük diqqət göstəririk. Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Bunlar, sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Onların icra qrafiki, mexanizmləri və maliyyə resursları var. Bütün bunlar bir yerdə olduğu halda, əlbəttə ki, istənilən məsələ öz həllini tapa bilər. İlk növbədə, düşünülmüş siyasət, iqtisadi islahatlar, ölkəmizin dünya birliyinə iqteqrasiya edilməsi prosesixalqla iqtidar arasında birlik. Bu amillər olduğu halda, ölkə istənilən məsələni həll edə bilər. Başqa ölkələrin təcrübəsinə fikir versək, görərik ki, bu amillər olmadığı təqdirdə, ölkədə inkişaf o qədər də sürətlə getmir, bəzi hallarda isə geriləmə də müşahidə olunur".

Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki, son illər ölkəmizdə uğurlu iqtisadi islahatların əldə edilməsində özəl sektorun, milli sahibkarlar təbəqəsinin rolu kifayət qədər böyükdür. Ötən müddətdə kiçikorta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunur. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının təsdiqlənməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiqlənməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisadapellyasiya məhkəmələrinin yaradılması kimi tədbirlər bunun əyani təcəssümüdür. Belə ki, son illər özəl sektorun ümumi daxili məhsul istehsalındakı xüsusi çəkisinin 85 faizə çatması da respublikamız üçün kifayət qədər böyük göstəricidir. Prezident İlham Əliyev özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Çünki özəl sektorun inkişafı, dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

Respublikamızda sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki fəaliyyətinin ardıcıl və davamlı səciyyə daşıdığını Prezident İlham Əliyevin 30 aprel 2007-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı bir daha təsdiqləyir. Bu fərmanla indiyə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, o cümlədən, süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması nəzərdə tutulubdur. Bu məqsədlə vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapıbdır.

Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, Azərbaycanda sahibkarların, adamlarının etibarlı himayədarına çevrilmiş cənab İlham Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymaqla, sahibkarlığın inkişafına diqqət daha da artırılıbdır. Məhz elə buna görədir ki, qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən iqtisadi strategiya uğurla davam etdirilir.

 

 

RƏFİQƏ

 

Səs.- 2010.- 6 noyabr.- S. 13.