“Teatr alternativləri: hip-hop teatrı” mövzusunda
seminar
Bakıda keçirilən
beynəlxalq elmi-praktik teatr konfransı çərçivəsində
dünən Aktyorlar Evində “Teatr alternativləri: hip-hop
teatrı” mövzusunda seminar keçirildi. Seminarı aparan
ABŞ-ın tanınmış rejissoru Daniel Banks
bildirmişdir ki, konfrans dünyanın müxtəlif ölkələrində
yaşayan incəsənət adamlarını bir araya gətirmişdir.
İdeyaların, fikirlərin mübadiləsi çox gözəl,
həm də kifayət qədər vacibdir. Qonaq hazırda
ölkəsində populyarlıq qazanmış hip-hop
teatrı, onun yaranma tarixi və tamaşaçılara bəxş
etdiyi böyük zövq və maraqdan danışdı. O,
bildirdi ki, ötən əsrin 70-ci illərinin əvvəlindən
başlayaraq, ABŞ-da bu teatrların yaradılmasına
başlanılmışdır. Hip-hop teatrı üslubu
müasir gənclik üçün daha maraqlı olan vasitələri
özündə birləşdirir. Biz bu üslubu hansısa
bir ölkədə tətbiq etmək fikrində deyilik.
Seminarlar işimizin təbliği və insanlara bu barədə
məlumat vermək üçün təşkil
edilmişdir.
Zümrüd
Səs.- 2010.- 13 noyabr.- S. 12.