Çexov adına Beynəlxalq Teatr Festivalına start verildi
Dünən Bakıda
Çexov adına
Beynəlxalq Teatr Festivalının "İpək
yolu" mərhələsi
öz işinə başladı. Azərbaycan paytaxtında keçiriləcək
bu festivalda Fransa, Kanada və Belarus
teatr kollektivləri çıxış edəcəklər.
Festival "İpək yolu" mərhələsinin
Prezident İlham Əliyevin imzaladığı
"Azərbaycan teatrı
2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən təşkil
olunub. Festivalın vitse-prezidenti Mariya
Malkinadır. Festival çərçivəsində nümayiş olunacaq ilk tamaşa - "Aureliyanın
oratoriyası"dır. Tamaşanın quruluşçu rejissoru, konsepsiya müəllifi və səhnə tərtibatçısı
Çarli Çaplinin
qızı - Aureliyanın
anası Viktoriya Tyeredir. "Yeni sirk" janrına aid edilən, teatr və sirk
elementlərinin sintezindən
ibarət tamaşada klounada, sirk tryukları, illüzionizm,
rəqs, pantomim və kukla teatr
elementləri yer almışdır. Söz, danışıq
olmayan bu tamaşanı hamı başa düşür.
"Aureliyanın oratoriyası" 2009-cu ildə
Moskvada nümayiş olunmuş və anşlaqla keçmişdir.
Çox
ümid edirəm ki, Azərbaycan tamaşaçıları da
o cür xoş təəssüratlar alacaqlar.
Zümrüd
Səs.- 2010.- 13 noyabr.-
S.- 12.