Milli Aviasiya Akademiyasında Konstitusiya Günü ilə bağlı tədbir keçirilib
Dünən Milli Aviasiya Akademiyasında Konstitusiya Gününə
həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbirin
iştirakçıları akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət
etmiş, ümummilli liderin əziz xatirəsini ehtiramla anmışlar. Tədbirdə çıxış edən akademiyanın prorektoru Ədalət Səmədov bildirmişdir
ki, 1995-ci il noyabrın 12-də referendum
yolu ilə qəbul olunmuş Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli
və ümumbəşəri
prinsiplərə söykənərək
demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu üçün
möhkəm təməl
yaratmışdır. Konstitusiyanın qəbul olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran
natiq, insanların hüquq və bərabərliyinin, iradə
azadlığının qanunlar
toplusunda təsbit olunmasını, bunun ümumxalq səsverməsi
ilə yolu ilə təsdiqini tapmasını Azərbaycanın
gələcəyinə
hesablanan uğurlu siyasi gediş adlandırmışdır. Konstitusiyanın
qəbul olunmasında
tanınmış hüquqşünasların
xüsusi xidmətlərinin
olduğunu deyən
Ə.Səmədov akademiyada
bu ixtisas üzrə kadrların yetişdirilməsinə böyük
diqqət verildiyini söyləmişdir. Akademiyanın
fəaliyyətinə toxunan
natiq demişdir ki, əgər yarandığı 1996-cı ildə
bu ali təhsil
ocağının iki
ixtisas üzrə 100-dək
məzunu var idisə, bu gün 2 mindən çox tələbəsi,
21 kafedrası vardır.
Hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev demişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının
yaranması və meydana gəlməsi ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən
qayıdışından sonra
mümkün olmuşdur.
O, 1995-ci ildə qəbul
olunmuş Konstitusiyanın
sovet dövründə
mövcud konstitusiyadan
üstün cəhətlərinə
toxunmuşdur. Sovetlər
dövründə qəbul
olunmuş konstitusiyada
sinfi maraqlar əsas götürülmüş,
hakimiyyətlərin bölünməsi
prinsipi nəzərdə
tutulmamışdır. O dövrdə dövlətin
siyasi əsasını
xalq deputatları sovetləri, iqtisadi əsasını isə sosialist təsərrüfat
sistemi və sosialist mülkiyyəti təşkil edirdi. 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyada isə əhalinin bütün təbəqələrinin tam
hüquq bərabərliyi
nəzərdə tutulmuş,
ölkədə
dövlət hakimiyyətinin
yeganə mənbəyi
Azərbaycan xalqı elan edilmişdir. Daha sonra akademiyanın
tələbələri Azərbaycan
Konstitusiyasının 15 illiyi
ilə bağlı müxtəlif mövzularda
məruzələr etmişlər.
Səs.- 2010.- 13 noyabr.- S. 6.