"İslamda
qadın: nailiyyətlər
və problemlər"
Bu mövzuda Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi
tərəfindən dəyirmi masa keçirilib
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
"İslamda qadın:
nailiyyətlər və
problemlər" mövzusunda
dəyirmi masa keçirilib. Tədbirdə
Küveyt dövlətinin
Qadın Məsələləri
üzrə Dövlət
Komitəsinin sədri
Lətifə Əl-Fəhəd
Əl-Savah və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın
ziyalı qadınları
iştirak edib. Komitənin sədri Hicran Hüseynova təşkil olunan dəyirmi masanın keçirilməsi ilə bağlı məlumat verdi: "Bu görüşdə bir çox məsələlərə
toxunulacaq. Həmçinin,
müsəlman xanımlarının
cəmiyyət həyatına
inteqrasiyasını hərtərəfli
nəzərdən keçirməkdir".
H.Hüseynova Küveyt hökuməti rəsmi nümayəndələrini salamlayaraq,
Azərbaycan və Küveyt ailə, qadın və uşaq məsələlərinə
dövlət səviyyəsində
diqqət yetirdiyini bildirdi".
Hicran Hüseynova Azərbaycanın Küveytlə
əlaqələrinin inkişafında
maraqlı olduğunu və dəyirmi masanın müsəlman qadınlarının hüquqlarının
inkişafı məsələsinə
xidmət edəcəyini
də vurğulayıb.
O, cəmiyyətdə gender
balansının təmin
edilməsinin vacibliyini
vurğulayaraq, Azərbaycanın
bu istiqamətdə çox sürətlə
irəlilədiyini və
parlamentdə qadınların
sayının artdığını
bildirib: "Küveyt
Dövlətinin Nazirlər
kabineti yanında Qadın Məsələləri
komitəsi ilə əməkdaşlıqda biz
böyük uğurlar
qazanmışıq. Bizimlə
Küveyt həmkarlarımız
arasında ailələrin
rifahının yüksəldilməsi,
qadınların inkişafı
və uşaqların
müdafiəsi sahələrində
əməkdaşlıq haqqında
memorandum imzalanmışdır.
Küveyt ilə Azərbaycan
arasında digər sahələrdə olduğu
kimi ailə, qadın, uşaq məsələlərində də
əlaqələr dinamik
şəkildə inkişaf
etdirilir. Ölkələrimiz
arasında sıx əməkdaşlıq qurulması
Azərbaycan Prezidenti İlham Əliyev cənabları və Küveyt dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah cənablarının bilavasitə
təşəbbüsü əsasında mümkün
olmuşdur. Məlum olduğu kimi hər iki ölkədə
ailə, qadın və uşaq məsələləri dövlətin
daimi nəzarəti, hərtərəfli dəstəyi
altındadır. Cəmiyyət
həyatının vacib
seqmenti olan bu sahədə böyük irəliləyişlərin
müşahidə olunması
ilə yanaşı, müəyyən problemlər
də mövcuddur. Biz həm də, müsəlman ölkələri
kimi, dünyada mövcud olan müsəlman qadını
imicinin, çox zaman yanlış stereotipinin dəyişilməsində
maraqlıyıq. İslam
aləmində qadın
ailə ocağının
qoruyucusu, ana, həyat yoldaşı kimi böyük nüfuza, hörmətə
layiq şəxs kimi yüksək
qiymətləndirilir".
Bu gün ölkəmizdə
qadınların cəmiyyətin
bərabərhüquqlu üzvü
kimi tanınması prosesi şərəfli tarixə malikdir. Bakıda 1901-ci ildə müsəlman qızlar üçün ilk dünyəvi məktəb
açılıb. Hələ 1918-ci ildə Azərbaycan Demokratik Respublikasında bütün müsəlman
Şərqində, ilk
dəfə olaraq, qadınların seçki
hüququ təsbitini tapmışdır. Ötən
tarixi dövr ərzində qadınların
sosial statusu daha da yüksəlmiş,
cəmiyyət həyatının
müxtəlif sahələrində onların tamhüquqlu iştirakı
təmin olunmuşdur.
Bu gün Dağlıq Qarabağ münaqişəsi
hələ də ədalətli həllini tapmamasına, torpaqlarımızın
20 faizinin erməni işğalı altında
qalmasına baxmayaraq, qadınların hüquq və azadlıqlarının
qorunması, onların
keyfiyyətli təhsil
və yüksək standartlara cavab verən libbi xidmətlərlə təmin edilməsi,
onların cəmiyyətin
ictimai-siyasi həyatında
fəal iştirakının
təmin olunması Azərbaycan Respublikasının
dövlət siyasətinin
prioritet istiqamətlərindən
birini təşkil edir. Ölkə Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qadın məsələlərinə
diqqəti bizi daha da ruhlandırır".
Görüşdə çıxış
edən Küveytin Qadın Məsələləri
üzrə Dövlət
Komitəsinin sədri
Şeyxə Lətifə
Əl-Fəhəd Əl-Sabah
Azərbaycan qadınının
ictimai-siyasi həyatda
rolunu yüksək qiymətləndirdi: "Azərbaycan
qadınının ictimai-siyasi
həyatda rolunu yüksək qiymətləndirirəm.
Azərbaycan qadını
ictimai-siyasi həyatda
fəal iştirak edir ".
Sonda Azərbaycanın Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Küveyt dövlətinin Qadın Məsələləri
üzrə Dövlət
Komitəsinin sədri
Lətifə Əl-Fəhəd
Əl-Savaha qiymətli
hədiyyə təqdim
etdi.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2010.- 12 noyabr.- S. 10.