Almaniyada Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib

 

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (KAD) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Frankfurt Sülh Konflikt Araşdırmaları Fondunun əməkdaşı dr. Azər Babayev "Dağlıq Qarabağ danışıqlarında son vəziyyət: Cənubi Qafqazda baş vermiş son geopolitik dəyişikliklər kontekstində aparılan çətin danişıqlar prosesinin şans riskləri" adlı məruzə ilə çıxış edib. Tədbirə Almaniyanın Cənubi Qafqaz üzrə tanınmış eksperti Uve Halbax, jurnalistlər, siyasi fond elm-təhsil müəssisələrinin nümayəndələri, Almaniyada təhsil alan azərbaycanlı tələbə doktorantlar, eləcə , Almaniyadakı diasporumuzun nümayəndələri qatılıblar. A.Babayev Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesini təhlil edərək, bu prosesin çətin situasiya alması səbəblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin rəhbərləri tərəfindən təklif olunan yenilənmiş Madrid prinsiplərinin Ermənistan tərəfindən hələ qəbul olunmadığını qeyd edərək, bu mövqeyin aparılan danışıqlar prosesinin sonrakı inkişafının müsbət nəticələr verməsinə olan ümidləri azaltdığını vurğulayıb. Fond əməkdaşı münaqişənin həllinə təsir etmək qüdrətinə malik olan əsas gücün Rusiya olduğunu bildirmiş, lakin bu dövlətin sözügedən münaqişənin həllində, doğurdan da, maraqlı olması məsələsinin sual altında olduğunu deyib. Babayev ABŞ Avropanın münaqişənin həllinə daha yaxından qoşulmasının əllərində olan vasitələrdən istifadə edərək, münaqişənin tezliklə həllinə təsir göstərmələrinin vacibliyini qeyd edib. Ona görə , " müharibə, sülh" vəziyyəti əbədi olaraq davam edə bilməz buna inanmaq sadəlövhlükdür. Məruzə maraqla qarşılanıb çıxışdan sonra mövzu ətrafında müzakirələr keçirilib.

 

 

NƏZAKƏT

 

Səs.- 2010.- 11 noyabr.- S. 10.