16 noyabr - YUNESKO-nun təsis edildiyi gündür

 

16 noyabr BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun təsis edildiyi gündür. Bu qurumun yaranması haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da Londonda imzalanmış, bir il sonra 1946-cı il noyabrın 4-də isə 20 üzv dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə başlamışdır. Hazırda 193 dövlət YUNESKO-nun üzvüdür.

YUNESKO-Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım ümummilli lider Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransaya ilk rəsmi səfəri zamanı qurumun Parisdə yerləşən mənzil-qərargahında baş direktor Federiko Mayorla görüşü zamanı atılmışdır. Ulu öndər Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası yaradılmışdır. 2005-ci il sentyabrın 15-də isə Prezident İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.

Azərbaycanla YUNESKO arasında hazırda sıx əlaqələr mövcuddur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında möhkəmlənməsində məxsusi xidmətləri vardır. Ölkəmizin mədəni irsinin təbliği, onun milli regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində gördüyü əvəzsiz işlər belə deməyə haqq verir. İndiyədək YUNESKO ilə elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün mühüm sənədlər imzalanmış, tədbirlər həyata keçirilmişdir. Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilmiş, Qobustan Dövlət Tarixi Bədii Qoruğu ümumdünya irs siyahısına salınmış, İçərişəhər Qoruğu YUNESKO-nun təhlükədə olan ümumdünya irsi siyahısından çıxarılmışdır. Aşıq sənəti Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında özünə yer almışdır.

Təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülmüşdür.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilərək istifadəyə verilmişdir. 2009-cu ilin martında Azərbaycanda I Beynəlxalq Muğam festivalı keçirilmişdir. YUNESKO-nun baş direktoru Koişiro Matsura bu münasibətlə ölkəmizə səfər etmişdir. Qonaq səfəri çərçivəsində Bakıda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Müasir İncəsənət Muzeyinin açılış mərasiminə Novruz bayramı şənliklərinə qatılmışdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə YUNESKO Azərbaycan arasında elm təhsil, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda da bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. Dünyada savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regional konfransları silsiləsindən 2008-ci ilin mayında baş tutan "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması innovativ yanaşmaların tətbiqinə dəstək", həmin ilin iyununda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" digər tədbirlər bu mərama xidmət edir.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin əlamətdar hadisələrin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilməsi bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisi sayıla bilər. Füzulinin 500 illik (1996-cı il), Kitabi-Dədə Qorqud dastanının 1300 illik (2000-ci il), dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin 100 illik (2005-ci il), "Leyli Məcnun" operasının ilk tamaşasının 100 illik (2008-ci il), görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik (2008-ci il) yubileylərinin, habelə bu sıradan olan digər tədbirlər YUNESKO çərçivəsində böyük təntənə ilə qeyd edilmişdir. YUNESKO-nun 60 illik yubileyi münasibətilə qurumun baş qərargahında keçirilən "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində "Azərbaycan - sivilizasiyaların mədəniyyətlərin kəsişdiyi yer" adlı tədbir ölkəmiz haqqında həqiqətlərin yayılması baxımından böyük önəm daşıyır.

2008-ci ilin mayında isə yaddaqalan daha bir tədbir gerçəkləşmişdir. Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri Uşaq xoru - "Azərbaycanın xoşməramlı mələkləri " YUNESKO-nun iqamətgahını fəth etmişlər.

YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü himayəsi ilə baş tutan bu konsertdə Azərbaycanın gənc istedadları qurumun 20-dən artıq xoşməramlı səfirinə unudulmaz anlar yaşatmış, üstəlik, Azərbaycan mədəniyyətinin zənginliyini, möhtəşəmliyini bir daha nümayiş etdirmişlər.

2009-cu ilin noyabrın 17-də YUNESKO-nun mənzil qərargahında keçirilən "YUNESKO-da Azərbaycan günü" mədəniyyətimizin tanıdılması baxımından daha bir addım olmuşdur.

2010-cu ilin yayında Qəbələdə keçirilən II Beynəlxalq Musiqi Festivalı da YUNESKO-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəvəti ilə YUNESKO-nun baş direktoru İrina Bokova ölkəmizdə səfərdə olmuş, Qəbələdə keçirilən II Beynəlxalq Muğam Festivalında iştirak etmiş, tədbiri yüksək qiymətləndirmişdir. YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Motsart medalını təqdim etmişdir.

YUNESKO ilə əməkdaşlıq yalnız ikitərəfli əlaqələr üzərində qurulmamışdır. YUNESKO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələr arasında qarşılıqlı əməkdaşlıq üçün şərait yaranmışdır. Bunun nəticəsidir ki, gənc Azərbaycan Respublikası təhsil, elm, mədəniyyət sahəsində müxtəlif ölkələrlə YUNESKO vasitəsilə birbaşa geniş əlaqələr yarada bilmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün öz fəaliyyəti ilə YUNESKO-nun xoşməramlı səfirləri arasında xüsusilə seçilir.

Heydər Əliyev Fondunun Pakistanın Müzəffərabad vilayətində qızlar üçün inşa etdirdiyi məktəb digər bir sıra beynəlxalq layihələr, Fondun prezidenti Mehriban Əliyevanın xarici ölkələrə səfərləri zamanı xəstə uşaqlara baş çəkməsi, onlara qarşı böyük mərhəmət nümayiş etdirməsi onun, həm ali dəyərlərə xidmət edən YUNESKO-nun ideallarına sadiqliyindən xəbər verir. Bu da Azərbaycanın bəşəri ideyalarla yaşayan dünyəvi dövlət olmasını göstərən bariz nümunələrdəndir.

 

 

Səs.- 2010.- 19 noyabr.- S. 7.