Millətin dirçəldiyi
gün
17 Noyabr Azərbaycanın Milli Dirçəliş
Günüdür!
Azərbaycanın Milli Dirçəliş Günü
17 noyabr, 1992-ci ildə
elan olunub. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli azadlıq hərəkatı ilə bağlıdır. 1988-ci il
noyabrın 17-də Ermənistanın
torpaq iddiaları,
SSRİ rəhbərliyinin Dağlıq
Qarabağ bölücülərinə
dolayı dəstək
verməsi, Azərbaycan
hakimiyyətinin ərazi
bütövlüyünün
müdafiəsində qətiyyətsizliyi
əleyhinə Bakıda
tələbə hərəkatı
fəallarının başladığı
etiraz aksiyaları ümummilli mitinqlərlə
nəticələndi.
Milyonlarla insan indiki Azadlıq
meydanına yığışaraq,
Moskvanın anti-Azərbaycan
siyasətinə qarşı
çıxdı. Dekabrın
əvvəllərində mitinqlər
SSRİ-nin daxili qoşunları tərəfindən
dağıdılsa da,
Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının
qarşısını ala
bilmədi.
Moskvanın, xüsusən də, SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini
görən ermənilər
planlı şəkildə,
Ermənistan hökumətinin
tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını
öz ata-baba yurdlarından kütləvi
surətdə qovdular.
Ermənilər azərbaycanlıları
təkcə öz ev-eşiklərindən qovmurdular,
həm də onları cismən öldürür, diri-diri
yandırırdılar. Ermənilərin
tarixdə görünməmiş
bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər.
1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın
Dağlıq Qarabağ
bölgəsində iğtişaş
törətdilər. Onlar
Azərbaycanın tarixi
torpağı olan Dağlıq Qarabağı
Azərbaycandan qoparıb,
Ermənistana birləşdirməsi
haqqında məsələ
qaldırdılar.
Belə bir vaxtda
Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını
sakit tərzdə rəhbərliyə bildirdi.
İlk zamanlar Azərbaycan vətəndaşları
Moskvaya, yerli hakimiyyət başçılarına
inanırdılar. Onların
şüarları, gəzdirdikləri
portret və bayraqlar bunu sübut edirdi.
Ancaq xalq gördü
və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər.
Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt Lenin
adını daşıyırdı)
toplaşır, ermənilərin
və sovet hökumətinin belə münasibətinə qarşı
mitinqlər keçirir,
öz etirazlarını
bildirirdilər.
1988-ci il noyabrın
17-də Bakının əsas
meydanı sayılan Azadlıq meydanında sovet dövlətinin xalqımıza qarşı
apardığı anti-azərbaycan
siyasətinə etiraz
əlaməti olaraq, Azərbaycan ictimaiyyətinin
sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq
kimi düyünlənmişdi.
Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində
sovet qoşunları tərəfindən ümumxalq
mitinqi dağıdıldı.
Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı
kimi qiymətləndirilir
və Vətənimizin
istiqlaliyyət qazanmasında
əsas amil sayılır.
1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın
suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı
və 1990-cı ilin
19-20 yanvarında Bakıya
qoşun yeridildi. Mitinq iştirakçılarına
qarşı ağır
texnika və odlu silahdan istifadə
edildi. Yüzlərlə
aksiya iştirakçıları
və dinc sakinlər vəhşicəsinə
qətlə yetirildi.
Amma bu hadisə
xalqımızın milli
qürurunu sındıra
bilmədi. Əksinə,
azadlıq hərəkatını
daha da sürətləndirdi.
1991-ci il oktyabrın
18-də Azərbaycanın dövlət
müstəqilliyinin bərpa
edildiyi elan olundu. Azərbaycan Respublikasının müstəqilliyinə
real təhlükə
olan SSRİ qoşunları
Azərbaycandan çıxarıldı.
Ötən əsrin
90-cı illərinin əvvəllərində
Azərbaycan çox ağır durumda idi. Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər,
Ulu Öndərimiz Heydər Əliyev xalqın bu ağır günündə,
şübhəsiz, kənardan
baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli
dəvətini qəbul
edib, hakimiyyət başına gəldi. Bununla da daxili
və xarici düşmənlərimizin bütün
planları iflasa uğradı.
Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik
xalqın "ölüm,
ya olum" məsələsidir. Ulu öndərimiz
Heydər Əliyevin xalqımızın və
tariximizin qarşısında
ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin
mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas
etməsində, Azərbaycan
varlığını parçalanıb
yox olmaq təhlükəsindən qurtarmaqda
idi. Dövlətimizin
qorunub saxlanılması
isə azadlığımızın,
müstəqilliyimizin qorunub
saxlanması deməkdir!
Azərbaycan dövlətçiliyi ona
qarşı yönəlmiş
qəsdlərdən uğurla
çıxdı. Ümummilli
Liderin qətiyyəti
xalqa ruh yüksəkliyi gətirdi,
inamımızı özümüzə
qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi
dəyərlərimiz
bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu
daxili və xarici siyasət sayəsində ölkəmiz
xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla
irəliləyərək, böyük
nailiyyətlər qazanmışdır.
Ulu Öndərimiz Heydər Əliyev öz gücünə, təcrübəsinə
güvənən dahi
siyasətçi kimi dəfələrlə söylədiyi
məşhur kəlamına
sadiq qaldığını
sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi
əbədidir, sarsılmazdır,
dönməzdir".
Elçin Bayramlı
Səs.- 2010.- 14 noyabr.- S. 3.