"Bayrağımız - and yerimiz!"

 

Bu mövzuda YAP Tərtər rayon təşkilatı Konstitusiya Günü ilə əlaqədar tədbir keçirib

 

YAP Tərtər rayon təşkilatı Tərtər rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. YAP Tərtər rayon təşkilatının qərargahının akt zalında keçirilən tədbiri giriş sözü ilə açan Tərtər rayon icra hakimiyyətinin başçısının müavini  Fəxrəddin Binnətov 1995-ci il noyabr ayının 12-də Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə  ilk dəfə müstəqil Azərbaycan Respublikasının ana yasası olan Konstitusiyamızın hazırlanaraq ümumxalq səsvermə- referendum yolu ilə qəbul edildiyini söyləyib: "Həmin günü ölkədə ilk Konstitusiyamızın qəbul olunduğu gün kimi qeyd edirik. Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, eləcə , 2008-ci ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə dəyişikliklər edilib. Bu dəyişikliklər nəticəsində icra strukturlarının, xüsusən , baş nazirin səlahiyyətləri artırılıb, ölkənin seçki sistemində dəyişiklik edilib".

Tədbirdə YAP Tərtər rayon təşkilatı aparatının rəhbəri Əhməd Əhmədov çıxış edərək, bildirib ki, yaradıcısı Ulu Öndərimiz Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti artıq 15 ildir ki, noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir: "Ümumilli Liderimiz Heydər Əliyevin, hər bir sahədə olduğu kimi, hazırda dünyanın ən demokratik ölkələrinin Əsas Qanunları ilə eyni səviyyədə dayanan Konstitusiyamızın hazırlanmasında da əvəzsiz müstəsna xidmətləri olub. Onun Sədrliyi ilə yaradılmış Komissiyasının ilk iclasından başlayaraq, O, 12 noyabr 1995-ci ildə keçirilmiş referendumadək Ümummilli Liderimiz respublikamızın Əsas Qanununun hazırlanmasına, onun bütün maddələrinin geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik edib".

Ümumilli Liderimiz tərəfindən başlanmış bütün işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Ə.Əhmədov ölkədə bütün sahələr üzrə islahatların da dövlətimizin başçısının rəhbərliyi ilə müvəffəqiyyətlə aparıldığını vurğulayıb: "Ən ali müqəddəs qanunumuz olan Konstitusiyamızın zamanın tələblərinə uyğunluğu dahiyanə şəkildə nizamlanmış, 2002 2009-cu illərdə keçirilmiş ümumxalq səsverməsi - referendumlar ilə Konstitusiyamızın müddəaları təkmilləşdirilib".

Tədbirdə çıxış edən Evoğlu kənd orta məktəbinin direktoru  Yaşar Məhərrəmov, rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin müdiri Pərvanə Xudiyeva, Sarov kənd kitabxanasının müdiri Əfruz Babayeva, Xoruzlu bələdiyyəsinin sədri Fədail Musayev başqalırı bildirdilər ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiyamız təkcə dövrün tarixi siyasi reallıqlarını deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin nəzərə alınması ilə qəbul edilib: "Məhz bunun nəticəsidir ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirir. Eyni zamanda, bu Konstitusiya Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsini, 1918-ci ildə qəbul edilmiş İstiqlal Bəyannaməsini özündə yaşadan, tarixi varisliyi təmin edən bir sənəddir".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 14 noyabr.- S. 6.