Özəl sektorun inkişafı ölkənin iqtisadi inkişafında başlıca faktora çevrilir

 

Azərbaycanda davamlı olaraq həyata keçirilən kompleks dövlət siyasəti qeyri-neft sahəsində istehsalın genişlənməsinə, sahibkarlığın, kənd təsərrüfatı digər sahələrdə çoxşaxəli iqtisadiyyatın dayanıqlı inkişafına zəmin yaradıb. İqtisadi artım tempinə görə yenə dünyada lider mövqedən çıxış edən Azərbaycanda həyata keçirilən dövlət siyasəti beynəlxalq təşkilatlar, araşdırma institutları, ekspertlər tərəfindən etiraf edilməkdədir. Azərbaycanda makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin güclənməsi ölkənin iqtisadi inkişafına təkan verib. Dövlət Bayrağı Meydanının yaradılması münasibətilə tədbirdə Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik ölkəyə çevrildiyini qeyd edən Prezident İlham Əliyev əsas məqsədin respublikamızın daha da güclənməsinə, xalqımızın daha yaxşı yaşamasına yönəldiyini vurğulayıb. Azərbaycanın dünya birliyi üçün etibarlı tərəfdaşa çevrildiyini bildirən Prezident İlham Əliyev qazanılan nailiyyətlər əsasında gələcəkdə yeni layihələrin icra olunacağını, ölkəmizin heç bir xarici yardımdan asılı olmadığını təhlükəsizliyini təmin etdiyini diqqətə çatdırıb. Ölkənin iqtisadi inkişafında neft amilindən səmərəli istifadə olunması, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilən dövlət proqramları dövlət siyasətinin əsasını təşkil etməkdədir. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı çərçivəsində qeyri-neft sektorunun, sənayenin inkişafı ölkənin strateji inkişafı ilə şərtlənir.

Sənayenin neft sektorunda məhsul istehsalı 2,3 faiz, qeyri-neft sektorunda 9,7 faiz artmışdır. Bununla yanaşı, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik sənayedə təsərrüfat subyektləri tərəfindən istehsal olunan mal xidmətlərin həcmi əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 3,2 faiz artıb. 2010-cu ilin ötən dövrü ərzində əldə olunan uğurlu nəticələrin ümumi statistikası Azərbaycan hökumətinin çevik işlək fəaliyyət mexanizmlərinə əsaslandığını söyləməyə əsas verir. Habelə, qlobal böhranın respublikamız üçün tamamilə geridə qalmasını dünyanın nüfuzlu beynəlxalq qurumları da öz hesabatları ilə bunu təsdiqləyir. Azərbaycan iqtisadiyyatındakı dinamik inkişaf tendensiyasının davamlı olması, Dünya İqtisadi Forumunun reytinqində mövqeyini daha da möhkəmləndirir. Bu gün Azərbaycanın öz hesabına yaşayan ölkələrdən biri olduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayır ki, bizim siyasətimiz, bütün addımlarımız Azərbaycanın milli maraqlarının qorunmasına yönəldilibdir: "Azərbaycan xalqının daha da yaxşı yaşaması üçün əlimizdən gələni edirik. Görülən işlər həm statistik rəqəmlərdə öz əksini tapır, eyni zamanda, biz bunu gündəlik həyatda da görürük".

Ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət qayğı göstərilməsi nəticəsində sahibkarlığa dövlətin maliyyə dəstəyi, güzəştli kreditləşmə siyasəti bu sahənin inkişafının daha da güclənməsinə əsaslı şərait yaradır. Bütövlükdə iqtisadiyyatda özəl bölmənin xüsusi çəkisinin artması şəraitində istehsalın həcmi sənaye məhsulunun 82,1 faizini təşkil edib. Məlumata görə, ümumi istehsalın 93,4 faizi sənaye mallarının (əmtələrin), 6,6 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaranıb. Məhsulun 76,8 faizi mədənçıxarma, 17,9 faizi emal, 4,7 faizi elektrik enerjisi, qaz, buxar kondisiyalaşdırılmış hava ilə təchizat, 0,6 faizi isə su təchizatı, çirkli suların tullantıların təmizlənməsi bölmələrində istehsal olunub. Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib.

Uğurlu iqtisadi siyasətin nəticəsidir ki, ötən yeddi ayda sənayenin mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 1,8 faiz artaraq, 29,7 milyon ton, əmtəəlik qaz hasilatı isə 0,7 faiz azalaraq 10 milyard kubmetr təşkil etmişdir.  İqtisadi sektorda islahatların genişləndirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması nəticəsində əsas kapitala yönəldilən vəsaitin 78,6 faizini daxili, 21,4 faizini isə xarici mənbələrdən yönəldilən vəsaitlər təşkil edir. Daxili mənbələrdən yönəldilən vəsaitlərin 71,6 faizi dövlət mülkiyyətinə məxsus müəssisə təşkilatların, 28,4 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin hesabına gerçəkləşib. Ölkədə regional layihələrin reallaşdırılması, bölgələrin tarazlı inkişafına hesablanan dövlət proqramları, qeyri-neft sektorunun daha da möhkəmlənməsi ardıcıl dövlət siyasətinin mahiyyətini təsdiqləyir. Ölkədə sosial problemlərin həlli istiqamətində yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi bazar iqtisadiyyatı prinsipləri üzərində qurulub. Bunun nəticəsidir ki, özəl sektorun inkişafı, iqtisadiyyatın liberallaşdırılması uğurlu iqtisadi siyasət Azərbaycanda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, ölkənin iqtisadi inkişafında başlıca rol oynamaqdadır. Ölkənin iqtisadi inkişafında neft strategiyasının səmərəli istifadə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Azərbaycanda xarici ticarətdə dövlət inhisarının ləğv edilməsi, bu fəaliyyət sferasının liberallaşdırılması, bazar mexanizmlərindən istifadə geniş imkan yaradır.

2010-cu il dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işlərini həyata keçirmək üçün büdcədən 3549 milyon manat ayrılması nəzərdə tutulan vəsaitin 1450,8 milyon manatından istifadə edilib. Əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə təşkilatların vəsaitləri 51,9, bank kreditləri 5,4, büdcə vəsaitləri 33,8, büdcədən kənar fondların vəsaitləri 5,3, əhalinin şəxsi vəsaitləri 3,3, digər vəsaitlər isə 0,3 faiz təşkil etmişdir. Cari ilin yeddi ayı ərzində xarici mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi 976 milyon manat təşkil edərək əvvəlki ilin müvafiq dövründəkindən 37,4 faiz çox olub.

 

 

Mətləb

 

Səs.- 2010.- 25 noyabr.- S. 5.