“İKT iqlim dəyişikliyimövzusunda beynəlxalq konfrans keçirilib

 

DünənHyatt Regencymehmanxanasının Quba zalında “BakuTel-2010” XVI Beynəlxalq telekommunikasiya informasiya texnologiyaları sərgisi çərçivəsində konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbir dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin AzərbaycandaEkologiya iliilə əlaqədar olaraq tədbir “İKT iqlim dəyişikliyimövzusuna həsr edilib. Qeyd edək ki, Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazir Əli Abbasov, ekologiya təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura Beynəlxalq Telekomunikasiya İttifaqının nümayəndəsi Artur Levin iştirak edib. Tədbirin açılışını rabitə informasiya texnologiyaları naziri Əli Abbasov açıq elan etdikdən sonra tədbirin mahiyyəti barədə bir neçə cümlə deyib. O, İKT-nin inkişafı ekoloji məsələlərin həlli istiqamətində ölkədə həyata keçirilən irimiqyaslı layihələr, tədbirlər barədə danışdıqdan sonra, SMART-2020 beynəlxalq sənədinin əhəmiyyətini qeyd edib: “Bir çox məhsullar artıq günümüzün təlabatına əsasən rəqəmsallaşır. O cümlədən 21-ci əsrin bir sıra problemləri ilə uzlaşdırılmış planlar əsasında inkişaf xətti cızılır. Bu səbəbdən informasiya texnologiyaları müasir yaşıl iqtisadiyyatın qurulmasına yönəlib. Bu sahədə bir çox işlərin görülməsi nəzərdə tutulub. Mən inanıram ki, bu konfransda digər konfranslar kimi uğurlu olacaqdır”.

Daha sonra ekologiya təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxış edib. Nazir müavini konfransın mahiyyəti barədə tədbir iştirakçılarına bir sıra məlumatlar verib. O bildirib ki, informasiya telekommunikasiya texnologiyaları sahəsində qazanılmış bir sıra nailiyyətlərin ekoloji tədqiqat sahələrinə tətbiqi öz müsbət nəticələrini verib. “ Milli hidrometorologiya xidmətinin müasir tələblərə uyğun inkişafı üçün hidrometoroloji müşahidə şəbəkəsi son dərəcə modernləşdirilib. O cümlədən yüksək dağlıq ərazilərdə müşahidələri aparmaq üçün kompleks hidrometoroloji ekoloji tədqiqat elm mərkəzi yaradılıb. Bir sıra veb-kameraların da quraşdırılması nəticəsində müşahidə prosesini yüksək səviyyədə aparılmasına kömək edir. Nəticə etibarilə hər bir Azərbaycan vətəndaşı internet vasitəsilə istənilən ərazini canlı rejimdə müşahidə edə biləcək”. Daha sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura Beynəlxalq Telekomunikasiya ittifaqının nümayəndəsi Artur Levin çıxış edib. Hər iki qonaq tədbirin mahiyyəti əldə ediləcək uğurlar barədə geniş söhbət açıblar. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

 

 

Səs.- 2010.- 25 noyabr.- S. 7.