Uğurdan uğura, qələbədən qələbəyə doğru

 

Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının təmsilçiləri ən şanslı namizədlərdir

 

Seçki kampaniyasına hazırlıq, eyni zamanda, bu kampaniyanın uğurla, müvəffəqiyyətlə həyata keçirilməsi kifayət qədər böyük həssaslıq, məsuliyyət tələb edir. Seçki taktikasının adekvat şəkildə müəyyənləşdirilməsi, seçicilərin arzu, istək və maraqlarının dolğun şəkildə ifadə olunması, ən layiqli namizədlərin seçilməsi baxımından, bu, ən vacib, həlledici mərhələlərdən sayılır. Bu mərhələdə seçki strategiyasının müəyyənləşdirilməsi ilə bağlı atılan addımlar nəticə etibarı ilə, seçki kampaniyasının gedişində böyük əhəmiyyət kəsb edir. Başqa sözlə, seçki kampaniyasının nə dərəcədə uğurlu alınması bu mərhələdə görülən işlərdən, həyata keçirilən tədbirlərdən, atılan addımlardan əhəmiyyətli dərəcədə asılıdır.

 

Seçki prosesində ən məsuliyyətli, həlledici mərhələ

 

Yeni Azərbaycan Partiyası Sədrinin müavini, millət vəkili Əli Əhmədovun vurğuladığı kimi, seçki kampaniyasına start verilməsi seçki prosesində ən məsuliyyətli, həlledici mərhələnin başlanması deməkdir: "Təbii ki, daha məsuliyyətli mərhələ seçki kampaniyasının başlaması ilə start götürür. Namizədlər artıq elan olunandan sonra isə, ilk növbədə, onların xeyirinə imzaların toplanması, qeydə alınmaları, müvafiq sənədlərin hazırlanıb seçki komissiyalarına təqdim edilməsi mərhələsi başlayır". Layiqlilər sırasında ən layiqlilərini millət vəkili olmağa namizəd kimi müəyyənləşdirən Yeni Azərbaycan Partiyası imzatoplama və namizədlərinin qeydə alınması kampaniyasını böyük uğurla davam etdirir. İmzatoplama prosesində hər hansı çətinliklə üzləşməyən YAP artıq bu kampaniyanı müvəffəqiyyətlə tamamlamaqdadır. Ölkənin ən nüfuzlu, kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası üçün bu, tamamilə qanunauyğun və gözlənilən haldır. Aydındır ki, kifayət qədər böyük, uğurlu, pozitiv seçki təcrübəsi olan Yeni Azərbaycan Partiyası seçki prosesində hər bir məqamı bütün incəliklərinə qədər nəzərə alır. Bu cəhətdən, yarım milyondan çox üzvü, milyonlarla tərəfdarı olan YAP üçün imzatoplama kampaniyasını qısa müddətə, uğurlu şəkildə başa çatdırmaq heçproblem deyil. Partiyanın ölkənin bütün inzibati ərazi vahidlərində səmərəli fəaliyyət göstərən, böyük təcrübə toplamış yerli strukturların mövcudluğu bunu şərtləndirən mühüm amillərdən biridir. Odur ki, Yeni Azərbaycan Partiyasının yerli strukturları imzatoplama kampaniyasında fəal şəkildə iştirak edir, bu prosesin sürətlə və səmərəli şəkildə həyata keçirilməsi üçün böyük səy göstərirlər. Müvafiq kampaniya Seçki Məcəlləsinin tələblərinə ciddi riayət edilməklə həyata keçirilir. Bu səbəbdən, Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərin qeydiyyatının böyük müvəffəqiyyətlə gerçəkləşəcəyini söyləmək mümkündür.

 

YAP - ən nüfuzlu,  nümunəvi, alternativsiz partiya

 

Bütün müsbət meyarlara görə, 2010-cu il parlament seçkilərinin alternativsiz lideri, favoriti sayılan Yeni Azərbaycan Partiyası ölkədə azad, şəffaf, demokratik, ədalətli seçki ənənəsinin bərqərar olmasına mühüm töhfələrini verib. Bu mənada, partiya bütün namizədlərə yaradılan bərabər şərait çərçivəsində sivil rəqabətin tələblərinə qeyd-şərtsiz riayət edir. YAP seçki qanunvericiliyinin tələblərinə əməl etmək baxımından, ən ciddi ən nümunəvi partiya sayılır.

Ümumiyyətlə, Azərbaycanda seçki praktikası seçkidən-seçkiyə daha da təkmilləşir, ölkədə keçirilən bütün seçkilər şəffaflıq demokratiklik baxımından, ən yüksək beynəlxalq standartlara cavab verir. Mahiyyət etibarı ilə, azad, ədalətli parlament seçkilərinin keçirilməsi sivil dəyərlərə sadiqliyin göstəricisidir. Bu mənada, ölkəmizdə demokratik seçki ənənəsinin formalaşması tam bərqərar olması çox sevindiricidir. Xatırladaq ki, ötən parlament seçkilərində parlamentdə 125 yerə qarşı namizədliyini irəli sürən şəxslərin sayı 2000 nəfərdən çox olmuş, onların böyük əksəriyyəti Milli Məclis deputatlığına namizəd kimi qeydə alınmışdı. 2010-cu il parlament seçkilərində iddialıların sayının kifayət qədər çox olması, ümumilikdə, seçkilərə olan böyük ictimai maraqdan xəbər verir. Belə vəziyyət seçki prosesinin kifayət qədər gərgin dinamik keçəcəyini, eyni dairədən olan namizədlər arasında ciddi rəqabətin yaşanacağını göstərir. Bu mənada YAP-ın vahid namizədlər  siyahısı çox böyük maraq doğurur. Yeni Azərbaycan Partiyasının vahid seçki siyahısı, öncə qeyd edildiyi kimi, böyük, layiqli qələbəyə hesablanıb. Bu siyahıda ənənəçiliklə yenilikçiliyin harmoniyası, vəhdəti özünün əyani təzahürünü tapıb.  Müvafiq seçki siyahısı bütün parametrlər üzrə hərtərəfli təhlil olunduqda, YAP-ın müsbət milli dünyəvi dəyərlərə söykənən, eyni zamanda, yeniləşməyə, gəncləşməyə, intibaha, islahatlara xüsusi əhəmiyyət verən bir partiya olduğu aydın görünür. Prinsip etibarı ilə, Yeni Azərbaycan Partiyasının seçki siyahısına təkcə siyasi mənada deyil, eyni zamanda, adi vətəndaş mövqeyindən yanaşmaq gərəkdir. Bu gün hər bir Azərbaycan vətəndaşı parlament seçkilərinin mahiyyətini əhəmiyyətini çox yaxşı dərk edir. Orta statistik Azərbaycan seçicisi iddialı şəxslər sırasından kimi seçəcəyini, hansı namizədə səs verəcəyini, millət vəkili seçilməyə kimin daha layiq olduğunu dəqiq bilir. Başqa sözlə, bu gün dünyagörüşü, təhsil səviyyəsi, seçki təcrübəsi kifayət qədər yüksək olan Azərbaycan seçicilərini radikal müxalifətin iddialarının əksinə olaraq, reallıqdan uzaq fikirlər, populist vədlərlə aldatmaq, bu ya digər namizədə səs verməyə inandırmaq mümkün deyil.  Bir sözlə, seçilmək istəyən şəxsin xalq arasında, xüsusən, müvafiq seçki dairəsində kifayət qədər tanınan, nüfuz qazanan şəxs olması işin yalnız başlanğıcıdır.

 

Bütün göstəricilərə görə, lider olan siyasi təşkilat

 

Bu mənada, Yeni Azərbaycan Partiyasının namizədləri daha böyük məsuliyyətin daşıyıcısıdırlar. Onlar bu prosesdə həm Yeni Azərbaycan Partiyasının etimadını doğrultmalı, həm ən şanslı namizədlər kimi seçicilərin əksəriyyətinin inamını, etibarını, səsini qazanmağı bacarmalıdırlar.  Burada seçicinin seçilmək istəyən namizəddən istədiyini, gözlədiyini bilmək olduqca vacibdir. Bu baxımdan, müxalifətlə müqayisədə iqtidarda olan Yeni Azərbaycan Partiyasının aşkar üstünlüyü nəzərə çarpır. Belə ki, YAP həm siyasi təşkilat kimi, həm namizədlər səviyyəsində hər seçici ilə fəal ünsiyyət qurmağı, seçicilərin istək, arzu maraqlarını yüksək səviyyədə, dolğun şəkildə ifadə etməyi bacarır. Müxalifət namizədlərinin əksər hallarda təhqirə çevrilən qərəzli təbliğat tezisləri isə bu gün seçicilərə qətiyyən gərək deyil. Əlbəttə, bərabər imkanlar şəraitində, normal, sivil, demokratik rəqabət müstəvisində bu ya digər namizədin səsləndirdiyi sağlam, yaradıcı tənqid, prinsipcə, gözlənilən, qəbuledilən haldır. Lakin bu, heç müxalif namizədlərin tənqid bəhanəsi ilə Yeni Azərbaycan Partiyasının namizədlərinə qarşı "qara piar" kampaniyası aparmasına əsas vermir. İstənilən halda, hər bir namizəd öz siyasi rəqibinə hörmətlə yanaşmağı bacarmalı, seçkilərdə sağlam rəqabət aparmaqla qalib gəlməyə səy göstərməlidir. Əks-təbliğatla, Yeni Azərbaycan Partiyasının seçki təşviqatını, partiyanın namizədlərini gözdən salmağa yönələn uğursuz səylərlə millət vəkili seçiləcəklərini düşünənlər yanılırlar böyük səhvə yol verirlər. Çünki istənilən ciddi namizəd nəticəsindən asılı olmayaraq, seçkidə rəqibinin hörmətdən, nüfuzdan salınmasına deyil, öz nüfuzuna potensialına güvənməlidir.

Digər tərəfdən, müxalifət partiyalarını üzvlərinin sayı, seçici elektoratı baxımından, hər hansı şəkildə Yeni Azərbaycan Partiyası ilə müqayisə etmək mümkün deyil. Bu gün əksər müxalifət partiyalarını cəmlədikdə belə, onların üzvlərinin ümumi sayı Yeni Azərbaycan Partiyasının bir rayon təşkilatında təmsil olunanların sayından azdır. Bütün digər göstəricilərə - kəmiyyət, keyfiyyət, nüfuz, populyarlıq, eləcə , müvafiq namizədlərin şansı potensialı baxımından, onlar Yeni Azərbaycan Partiyasına birmənalı şəkildə uduzurlar. Belə olan halda, radikal müxalifətin "qara piar"dan yararlanmağa səy göstərməsi heç uğurlu çıxış yolu sayılmır. Əksinə, bu, radikal düşərgənin normal seçki təşviqatı aparmağa qadir olmadığını, məhz bu səbəbdən qərəzli təbliğat üsullarına istinad etdiyini təsdiqləyir.

 

Hər bir seçicinin rəğbətini qazanmağa yönələn uğurlu təbliğat

 

Bütün bunlar onu göstərir ki, YAP-ın rəqibləri olmaq istəyən bəzi müxalifət partiyaları çox səmərəsiz, gərəksiz faydasız rəqabət üsullarını seçiblər. Hər bir seçicinin səsini qazanmağa iddialı olan Yeni Azərbaycan Partiyası isə belə müxalif qruplardan fərqli olaraq, ciddi şəkildə öz seçki təbliğatını qurmaqla məşğuldur. Yeni Azərbaycan Partiyası Sədrinin müavini, millət vəkili Əli Əhmədovun qeyd etdiyi kimi, belə partiyalardan fərqli olaraq, YAP məhz seçicilərin rəğbətini qazanmaq, seçkidə layiqli qələbə əldə etmək uğrunda mübarizə aparır: "Bütövlükdə, YAP olaraq, bizim müxalifətdən çoxsaylı fərqlərimizdən biri ondan ibarətdir ki, müxalifət YAP-a qarşı mübarizə aparır, YAP isə Azərbaycanda heç bir partiyaya qarşı mübarizə aparmır. Bizim hədəfimiz insanların inamını, rəğbətini qazanmaqdır. Biz seçicilərin səsi uğrunda mübarizə aparırıq".

Mahiyyət  etibarı ilə, insan amilinə xüsusi önəm verilməsi, bilavasitə seçkilərə, seçicilərə yönəlmiş səmərəli fəaliyyət YAP-ın parlament seçkilərində böyük qələbəsini şərtləndirən mühüm amillərdəndir. Ümumilikdə, hər hansı şəxsə, təşkilata qarşı mübarizəni məqsəd hesab etməyən Yeni Azərbaycan Partiyası hər zaman müsbət meyarlarla dəyərləndirilən, ideal kimi seçilən ali hədəflərə çatmaq uğrunda mübarizə aparır. Bu isə Yeni Azərbaycan Partiyasını uğurdan uğura, qələbədən qələbəyə doğru aparır.

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2010.- 1 oktyabr.- S. 8.