“Dünyamızı
qoruyaq"
Azərbaycan ədəbiyyatının tarixi
köklərindən bəhrələnən
və yaradıcılıq
aləminə qapı
açan istedadlı şəxslər bu günə qədər olan mövcud ənənəni əxz edərək, onun bünövrəsi əsasında
fərdi yaradıcılıq
üslubu ilə söz dünyasının sakini tək qəbul olunurlar. Fərdi yaradıcılıq qələm
sahibinin fərdi təxəyyülünün məhsulu
olaraq ortaya qoyulur.
Bu baxımdan poeziya aləminə sakin olan insanlarda
fərdi dəyər əksər hallarda uşaq yaşlarından başlanır. Azyaşlı və yeniyetmənin
bədii şəkildə
həyatı duyaraq, dərk etməsi və özünəməxsus
çalarlarla həyatla
bağlı fikirlərini
yaşıdları ilə
bölüşməsi onun
bu aləmlə bağlı yaradıcılıq
duyğularının təsviri
olaraq qəbul olunur. Elə bu yaxınlarda yaradıcılıq dünyasını
bizlərə təqdim
edən Sənəm Ramizqızı kimi. Onun məzmun baxımından fərqli olan şeirlərində balaca qızcığazın
səsi, hissləri, sevgisi hiss edilməkdədir.
Balaca şairənin psixologiyasını əks
etdirən nəşrdə
oxucular onun maraqlı fikirləri ilə qarşılaşırlar.
Onun bir-birinin ardınca çap olunan "Bizi ayrı saldılar",
"Qarabağ geri dönəcək" kitablarından
sonra "Dünyamızı
qoruyaq" kitabının
nəşri balaca şairənin axtarışların
bəhrəsidir. Qeyd olunan kitabların redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist-pedaqoq
Fazilə Xoşanqızıdır.
Onun yaradıcılıq biblioqrafiyası həcmcə
qısa olsa da, diqqəti çəkən məqamlar
var. Şairənin on bir yaşı
var. İkinci sinifdə oxuyarkən, şeir yazmağa başlayır, bir il sonra isə
bayatı və nağıllar müəllifinə
çevrilir.
Respublika miqyasına
keçirilən müasabiqələrdə
iştirak edir və uğur qazanaraq diplomlara, mükafatlara layiq görülür. Bütün
bu detallar Sənəmin bacarıqlı
və iti zəka sahibi
olduğunu göstərir.
"Dünyamızı
qoruyaq" kitabını
vərəqlədikcə, balaca
şairənin ürəkdən
gələn duyğuları
ilə başbaşa qalırsan. Bu duyğular onun yaşantılarının bədii
əksidir. Yaşının
az olmasına baxmayaraq, yaradıcılıq
axtarışlarına çox
erkən başlayıb.
Həyat yolu qısa bir zamanı
əhətə etsə
də, bu yoldakı müşahidələri
bədiiləşmiş formada
təzahür olunur. Qeyd edək ki, Sənəmin yaradıcılığı rəngarəng
mövzuları ilə
diqqəti cəlb edir. Onun kitaba
daxil olan misralarında vətən
sevgisi, insani münasibətlər, xalqın
seçilən insanlarına
məhəbbəti və
s. əsas ideya olaraq ortaya
çıxır.
Sənəm Ramizqızı
düşünərək yaradır. Bu hisslərin məcmusunda balaca qızcığazın
zaman və məkan çərçivəsində
olan ülvi hissləri birləşir.
Kitabı vərəqlədikcə,
şairənin dünyasına
daha da yaxın
olursan. Bu gerçəklikləri yaradıcı təxəyyülü
ilə həzm edərək, nəzmə
çəkən şairənin
balaca dünyasında
işıqlı həyatı
duyursan, reallıqla romantik görüşlərin
qovuşağında Sənəmin
bakirə dünyasının
maraqlı məqamları
diqqəti çəkir.
Kitaba daxil olan şeirləri
sırasında ümummilli
lider Heydər Əliyevin böyük siyasi xadim olaraq
dünyada tanınması,
Prezident İlham Əliyevin ölkəyə bəxş
etdiyi töhfələr,
eləcə də, Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiriı, millət vəkil Mehriban xanım Əliyevanın nəcib, humanist əməlləri balaca şairənin təxəyyülünün
məhsulu olaraq ortaya qoyulur. Onun "Mehriban Əliyeva" şeirində
Azərbaycanın birinci
xanımının qurub
yaratmasından, xeyirxahlığından
söz açılır.
O, "Azərbaycan" şeirində
Azərbaycandan sevgi ilə, milli qürurla danışır.
Bu misralarda Azərbaycanı sərvətlər
ölkəsi, barlı-bərəkətli
bir torpaq olmaqla yanaşı, qəhrəmanlar diyarı
tək də təqdim edir. Balaca şairənin Azərbaycan torpağına,
onun tarix və mədəniyyətinə
bələd olması
misralarında özünü
göstərir. Qeyd edək ki, o,
təhsil aldığı
orta məktəbdə
müəllimlərin hörmət
və məhəbbətinin
qazanmışdır. Artıq
məktəbdə onu
balaca şairə kimi tanıyır və qəbul edirlər. Bu da Sənəmin istedad və zəhmətinin qiymətidir.
"Dünyamızı qoruyaq"
kitabına onun şeirləri ilə yanaşı, hekayə və təmsilləri də daxil edilib.
"Yuxu", "Su pərisi", "Görüş", "Amansız
qış" hekayələri
və "Heyvanların
üsyanı", "Kirpilərin
dostluğu", "Güllər
və meyvələr"
təmsilləri Sənəmin
müxtəlif ədəbi
növlərə müraciət
etməsini və hər birində özünü tapmasını
göstərir.
Balaca şairəyə uğurlar diləyir və onun yaradıcılıq
yolunun işıqlı
və zəngin olmasını diləyirik.
Zümrüd
Səs.- 2010.- 1 oktyabr.- S. 12.