Qeyri-neft sektoruna investisiya
qoyuluşu artır
2009-2013-cu illəri
əhatə edən
"Regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın qəbul olunmasından cəmi ilyarım vaxt keçməsinə baxmayaraq, bu müddətdə sənədin
icrası ilə bağlı çox mühüm tədbirlər
həyata keçirilib.
Ötən müddət ərzində
regionların inkişafı
ilə bağlı genişmiqyaslı tədbirlər
davam etdirilib, rayonlarda abadlıq-quruculuq,
yenidənqurma işləri
sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün
mühüm addımlar
atılıb.
Proqramın icrasına cəlb olunmuş mühüm dövlət strukturları
və icra orqanları qarşıya qoyulmuş vəzifələrin
maksimum dərəcədə
yerinə yetirilməsi
üçün bütün
güclərini səfərbər
edib. 2010-cu ilin ötən ayları ərzində müxtəlif
regionlardakı şəhər
və kəndlərdə
yaşayış məntəqələrində
həyata keçirilmiş
sosial-iqtisadi inkişaf
layihələri və
genişmiqyaslı islahatlar
onu göstərir ki, yeni proqramın
icrası çox uğurlu şəkildə
davam edir.
Cari ildə geniş və əhatəli layihələrin həyata
keçirilməsi bütün
bölgələrin yaşayış
ərazilərində kompleks
tədbirlərin reallaşması
ilə yadda qalıb. Dövlət Proqramına
uyğun olaraq makroiqtisadi inkişafın
sürətlənməsi, ölkə
iqtisadiyyatının bütün
sahələrində dinamizmin
yüksəlməsinə zəmin
yaradan davamlı tədbirlərin həyata
keçirilməsi, regionlarda
iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin
gerçəkləşməsi nəzərdə tutulduğundan
da yüksək səviyyədə yerinə
yetirilib.
Cari ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı
üçün bütün
maliyyə mənbələrindən
əsas kapitala 5218,1 milyon manat
və ya ötən ilin müvafiq dövründəkindən
11,3 faiz çox vəsait yönəldilib.
Tikinti-quraşdırma işlərində
istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə
olunmuş vəsaitin
66 faizini təşkil
edərək 3441,8 milyon
manat olub.
Dövlət mülkiyyətli
müəssisə və
təşkilatlar inşaat
işlərinə 3075,5 milyon,
qeyri-dövlət müəssisələri
2142,6 milyon manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin
inşasında 2551,4 milyon,
xidmət sahələri
üzrə obyektlərin
tikintisində 2666,7 milyon
manatlıq vəsaitdən
istifadə olunub.
Dövlət Statistika
Komitəsindən verilən
məlumatda, həmçinin,
qeyd edilir ki, əsas kapitala
yönəldilmiş vəsaitin
78,9 faizini daxili, 21,1 faizini xarici mənbələrdən yönəldilmiş
vəsaitlər təşkil
edib. Daxili mənbələrdən yönəldilən
vəsaitlərin 71,8 faizi
dövlət mülkiyyətinə
məxsus müəssisə
və təşkilatların,
28,1 faizi qeyri-dövlət
mülkiyyətinə məxsus
müəssisələrin payına
düşür.
Hesabat ilinin ötən 8 ayı ərzində əsas kapitala yönəldilmiş
ümumi vəsaitin
69,5 faizi qeyri-neft bölməsinin, 12 faizi sənayenin qeyri-neft sahəsinin, 30,5 faizindən
isə neft sektorunun inkişafında istifadə edilib.
Cari ilin yanvar-avqust aylarında xarici mənbələrdən
əsas kapitala yönəldilmiş vəsaitin
həcmi 1103,1 milyon manat təşkil edərək əvvəlki
ilin müvafiq dövründəkindən 31,5 faiz
çox olub. Həmin dövrdə yönəldilən xarici vəsaitin 92,9 faizi Böyük Britaniya,
ABŞ, Yaponiya, Norveç,
Türkiyə, Koreya və Fransa investorlarına məxsusdur.
Tikinti müəssisələri
tərəfindən 8 ayda
yerinə yetirilmiş
inşaat işlərinin
həcmi əvvəlki
ilin müvafiq dövrünün səviyyəsini
29,4 faiz üstələyib.
Görülmüş ümumi
tikinti işlərinin
73,5 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə,
17,6 faizi əsaslı
təmir, 4,5 faizi cari təmir, 4,4 faizini isə digər tikinti işləri təşkil
edib. Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə
yetirilmiş ümumi işlərin 26,9, qeyri-dövlət
mülkiyyətli tikinti
müəssisələri isə
73,1 faizini həyata keçirib.
Ötən müddətdə
inşaat bölməsində
çalışmış 59,7 min nəfərin orta aylıq nominal əməkhaqqı
501,9 manat təşkil
edib ki, bu da əvvəlki
ilin müvafiq dövrünə nisbətən
12,1 faiz çoxdur.
Dünyada mövcud
olan qlobal maliyyə böhranı şəraitində belə
ölkə Prezidentinin
təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf
etdirilməsi, onların
birbaşa vergi yükünün azaldılması
məqsədi ilə müvafiq qanunvericilik aktlarında dəyişiklik
edilib, 2010-cu ildən mənfəət vergisinin
dərəcəsi 22 faizdən
20 faizə, fiziki şəxslərdən gəlir
vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün
isə 35 faizdən 20
faizə endirilib. Bir sıra fəaliyyət
növləri üçün
xüsusi razılıq
(lisenziya) alınmasına
görə dövlət
rüsumunun məbləğləri
azaldılıb.
Bank və
maliyyə sektorunun dayanıqlılığını artırmaq məqsədilə
banklara və sığorta təşkilatlarına
nizamnamə kapitalının
artırılmasına yönəldilən
məbləğlərin mənfəət
vergisindən azad olunması barədə qanunvericiliyə edilmiş
dəyişiklik bu sektorun inkişafına çox əhəmiyyətli
müsbət təsir
göstərib. Təkcə
bu il banklar
və sığorta təşkilatları 145 milyon
manat məbləğində
bu güzəştdən
istifadə etmək barədə qərarlar qəbul ediblər ki, bu da
mövcud şəraitdə
sektora ölkə başçısı tərəfində
göstərilən diqqət
və qayğının
bariz nümünəsidir.
Ötən il ölkəmizin bazar iqtisadiyyatına keçidinin
başa çatması,
sosial-iqtisadi inkişafın
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyması ilə səciyyəvi olub. Bu mərhələnin xüsusiyyəti
özəl sektorun, sahibkarlığın ölkənin
iqtisadi həyatında
əsas hərəkətverici
qüvvəyə çevrilməsidir.
İlham Əliyevin dediyi "Gələcəkdə
Azərbaycan iqtisadiyyatı
daha çox sahibkarlıq fəaliyyətinin
inkişafından asılı
olacaqdır" fikri günün reallığına
çevrilir.
Cari ildə
və ortamüddətli
perspektivdə makroiqtisadi
sabitliyin qorunub saxlanılması, həyata
keçirilən genişmiqyaslı
infrastruktur layihələrin
dövlət tərəfindən
ardıcıl olaraq davam etdirilməsi, uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların
çıxış imkanlarının
artırılması sahibkarlığın
inkişafına əlavə
güclü impuls verəcək.
Dünyada maliyyə
böhranının zəifləməsi,
bir çox ölkələrdə iqtisadi
artımın bərpa
olunması, maliyyə-kredit
bazarlarında baş verən canlanma, dünya bazarlarında enerjidaşıyıcılarına münasib qiymətlərin
bərqərar olması
2010-cu ildə Azərbaycan
iqtisadiyyatının inkişafı,
xalqın rifah halının yaxşılaşdırılması,
ölkəmizin iqtisadi
qüdrətinin daha da möhkəmləndirilməsi
üçün əlverişli
zəmin yaradır.
Belə bir şəraitdə hazırkı
sosial-iqtisadi siyasət,
dövlət proqramları
və regional layihələrin
icrası qarşıda
yeni vəzifələr
qoymaqla islahatların davamlı olmasını tələb edir. Bu baxımdan cari ildə də bütün zəruri tədbirlərin həyata
keçirilməsi davam
etdiriləcək, 2010-cu ildə
qarşıya qoyulan vəzifələrin və
tapşırıqların tam şəkildə icra olunması üçün
bütün tədbirlər
həyata keçiriləcək.
Elçin Bayramlı
Səs.- 2010.- 2 oktyabr.- S. 7.