“Qərbi Azərbaycana gedən yol Qarabağdan başlayır"

 

Azərbaycan torpağının bütövlüyünü, onun müstəqilliyini qorumaq, Vətənin keşiyində dayanmaq hər vətəndaşın həyat amalını şərtləndirən ən ali dəyərdir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkəmizə qarşı olan ərazi iddiası, Azərbaycan xalqına qarşı elan olunmamış müharibəsi vətən övladlarını vətənin müdafiəsində durmağa sövq etdi. Neçə-neçə oğullarımız şəhid olub, dünyalarını dəyişdilər. Belə övladların həyat salnaməsi bizlər üçün bir meyara çevrildi. Təbii ki, şücaətli, qəhrəman ömür yaşayan və ölümdən rəzalət pis, ölümdən xəyanət pis misralarını yaşam amalı  seçib müdafiəyə qalxan oğullar yalnız və yalnız bir məqsədə doğru irəlilədilər və bu fani dünyada əbədiyaşarlıq qazandılır. Onlardan bizlərə bu insanların həyat tərzi bir xatirə, yaddaş olaraq qaldı. Belə qəhrəman oğulların həyat yolunu mütəmadi olaraq qələmə alanyorulmadan bu istiqamətdə fəaliyyətini davam etdirən yazıçı-publisist Gülsüm Adilqızının bir-birinin ardınca çapdan çıxan kitabları məhz ömrünü vətənin xilasına həsr edən oğulların döyüş yolundan, onların valideynlərinin övladları haqqında nisgilindən, qürurundan, həsrət yanğısından və bunların başında duran qeyrətli oğulların həyata baxışındakı qətiyyət və iradəsindən, vətəndaşlıq heysiyyətindən, eləcə də, qız və gəlinlərin oğul-ər nisgilindən, dost itirən insanların etibarından və s. ali və nümunə olacaq gizli, pıçıltılı və səs-küylü dünyalarından söz açır. Bu ənənənin davamı olaraq Gülsüm "Qərbi Azərbaycana gedən yol Qarabağdan başlayır" kitabını oxucuların ixtiyarına verib. Qeyd edim ki, bu nəşr diaspor mətbuatı olan "Vətən çağırır" qəzetinin silsilə nəşrləri sırasında olan on səkkizinci kitabdır. "Nərgiz" nəşriyyatında çapdan çıxan "Qərbi Azərbaycana gedən yol Qarabağdan başlayır" kitabı müəllifə Həcc ziyarətinə ayrılan vəsait hesabına çapdan çıxıb. Belə bir humanist addımı qeyd etməyi vacib hesab edirəm. Müəllifin dediyinə görə, bir şəhid qardaş, iki şəhid oğul dərdinə dözə bilməyən bir ahıl, yaşlı ananın intizarlı şəkildə oğlundan bəhs edəcək kitabın nə zaman işıq üzü görəcək sualı onda çox ağrılı bir hiss oyatmış və əlində olan vəsaiti düşünmədən belə qətiyyətlə bu nəşri ziyarət qədər savab hesab edərək, kitabın qısa müddətdə işıq üzü görməsinə hökm vermişdir.

Kitabı vərəqləyirik. Müəllifdən sətirlər. Dərdli Abbasla görüş və "Vətən çağırır" qəzetinin Qərbi Azərbaycanla bağlı kitab nəşr olunması arzusu müəllif tərəfindən birmənalı qəbul olunaraq, yeni nəşrin ərsəyə gəlməsinə gətirib çıxarmışdır.

Kitabda köçkün həyatı yaşayan, el-obasından didərgin düşən və Qərbi Azərbaycan boyda bir dərdi daşıyan insanların düşüncələri yer alıb. Elə "Vətən çağırır" qəzetinin yaradıcı heyəti arasında olan bəzi insanlar Qərbi Azərbaycanı özləri ilə bir yük olaraq gəzdirir, bu torpağavaxtsa dönmək amalı ilə həyatda ömür sürürlər. Kitaba ön söz yazan Saleh Qurbanov göstərir ki, qəzetin yaradıcı heyəti olan qərbi azərbaycanlılar Uluxan Mirzəyev, Zakir Əliyev və Rəşad Əsəd Ləlvərlinin yaşantıları bir insan ömrünün nisgilini əks etdirir. Saleh Qurbanovun "zaman gələcək bu terroristlər xalqın qarşısında cavab verəcəklər" ifadəsini qeyd etməsi və həmin tarixin çox da gec olmayacağı vətən həsrətli insanlara bir təsəlli, ümid yeridir. Qərbi Azərbaycandan olan soydaşlarımız vətən torpağına dönəcək günü gözləyirlər. Kitabda yer almış vətən torpağının təsviri və orada yaşanılan günlər ömrünü doğma el-obadan ayrı yaşayan insanların acı taleyinin təcəssümüdür.

Bu torpaqda yaşayıb, amma vətəndən uzaq olanson ümidini özü ilə mənzilə aparan insanların kədəri də kitabda öz əksini tapmışdır. Belə ki, "Doğma qardaşların yad taleləri", "Ürəklər parçalandı", "Kəndimin qara günü", "Bələkdə qaçan körpə", "Əzəli oğuz yurdum - doğma Çaykəndim", "Ləyaqət mücəssəməsi" və s. başlıqlı yazılar müəllif axtarışlarının nəticəsi olaraq ərsəyə gəlmiş və bu nümunələrdə müxtəlif təbəqələrin nümayəndələri təmsil olunur. Amma bu simaları müxtəlif peşə ayırsa da, vətənə xidmət arzusu, Qərbi Azərbaycana açılan işıqlı sabah bir məsləkdə birləşdirir. 

İki hissədən ibarət olan kitabın "Ruhu yuxularda gəzən şəhidlər" ikinci bölümünə  "Bir ananın oğul dağı", "Son beşiyim şəhid oldu", "Üç gün tankda yanan şəhid", "Zəngəzurum, Füzulim dağımdır mənim", "İtkin düşmüş igid" və s. başlıqlı yazılar daxildir. Bu yazıların hər birini göz yaşısız, qəm-kədərsiz oxumaq mümkün deyil. Şəhid olmuş insanların keçdiyi qəhrəmanlıq yolunu yaxınlarının dilindən eşitmək və qələmə almaq böyük ürəyə sahibliyin nişanəsidir.

Müəllifin qəhrəmanları olan Məharətlərin, Elçinlərin, Qabillərin yazdığı qəhrəmanlıq yolunu davam etdirməyə hazır olan oğullarımız yetişibbu estafeti davam etdirməkdə güclüdürlər.

 

 

Zümrüd

 

Səs.- 2010.- 6 oktyabr.- S. 12.