Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi sessiya keçirildi

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda dahi Azərbaycan bəstəkarı, görkəmli yazıçı-publisist, akademik Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş elmi sessiya keçirildi.

Tədbiri giriş sözü ilə    tədbirlərin       keçirildiyini açan institutun direktoru, akademik Bəkir Nəbiyev dahi bəstəkarın yubiley münasibəti ilə respublikada     xarici  dövlətlərdə qeyd etdi. O bildirdi ki, Azərbaycanın gözəl guşələrindən biri olan Ağcabədidə dünyaya göz açmış Üzeyir Hacıbəyli fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın dünya karifeylərinin ön sırasında duran böyük şəxsiyyətlərindən biri olmuşdur. Üzeyir Hacıbəylinin ardıcıl olaraq gözəl, dəyərli musiqi əsərləri yazdığını qeyd edən Bəkir Nəbiyev "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun" və "Koroğlu" kimi əsərlərinin onu böyük bəstəkar kimi dünyaya tanıtdığını vurğuladı.

Üzeyir Hacıbəyli ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, görkəmli yenilikçi, müəllim-ustad və dahi bəstəkar, ictimaiyyətçi, Şərqdə musiqili teatrın və Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində ən böyük simalardan biri kimi iz salıb.

Tədbirdə institutun əməkdaşı filologiya elmləri doktoru, professor Şamil Vəliyev çıxış edərək, "Üzeyir Hacıbəylinin bədii-publisistik irsi və müasirlik" adlı məruzə ilə çıxış etdi. O, dahi bəstəkarın operettalarının gözəl musiqi ilə insanlara zövq vermək, personajları ilə onları güldürmək, şənləndirmək məqsədi daşımadığını vurğulayaraq, onun məqsədinin xalqımızın həyatında olan mənfi cəhətləri - ətaləti, nadanlığı, xalqımızı geriyə salan ayrı-ayrı adətləri ən təsirli vasitə - musiqi vasitəsilə tənqid, ifşa etməkdən, xalqın gözünü açmaqdan, onu irəliyə aparmaqdan, xalqın mədəniyyətini, mənəviyyatını qaldırmaqdan ibarət olduğunu bildirdi. Qori Müəllimlər Seminariyasında təhsil almış, buranın az-çox demokratik mühiti onun gənc qəlbində silinməz izlər buraxmışdı. Ancaq onun əsas ilham mənbəyi "Qafqaz konservatoriyası" adlandırılan Şuşanın musiqi mühiti olmuşdu. Təbiət bu gənc oğlandan heç nə əsirgəməmişdi. Misilsiz istedad, nadir musiqi qabiliyyəti, ritm hissi, iti zəka, güclü yumor hissi, möhkəm iradə onu gələcək nailiyyətlərə aparan keyfiyyətlər idi. Üzeyir Hacıbəyli dünya mədəniyyətinə Şərqin ilk operasını - "Leyli və Məcnu"nu bəxş etdi. Bu əsəri 22 yaşında yazmışdı Üzeyir bəy. "Uzun ömrün akkordları" filminə tamaşa edənlər onun yaranma tarixini xatırlayırlar. Bu opera illər keçdikcə bütün dünyanı dolaşdı.

"Koroğlu" isə Üzeyir bəyin xalq yaradıcılığına necə bağlı olduğunu təsdiq etdi. Bu operanın da taleyi çox uğurlu oldu və müəllifinə dünya şöhrəti qazandırdı. "Arşın mal alan", "O olmasın, bu olsun", "Ər və arvad" operettaları da onun yüksək musiqi istedadının nümunələri olmaqla, bu xalqa sevgisini bir daha təsdiqləmişdi.

"Sevgili canan", "Sənsiz" romansları isə onun yaradıcılığında yeni bir səhifədir. Belə ki, romans janrı ilə yaradıcılıq zənginliyini təsdiqlədi. Belə bir dünyaşöhrətli bəstəkarın büstü güllələnmiş şəkildə Bakıda hələ də həsrətlə doğma yurdunu gözləyir.

Elmi sessiyada filologiya elmləri doktoru, professor Alxan Məmmədov, filologiya elmləri doktoru, professor Nazif Qəhrəmanlı və başqaları çıxış edərək, dahi bəstəkarın publisistik yazılarının gələcəkdə daha geniş araşdırılmasının vacibliyini qeyd etdilər. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Üzeyir irsinin öyrənilməsinə, tədqiqinə, əsərlərinin səhnəyə qoyulmasına və ekranlaşdırılmasına xüsusi maraq göstərilmişdir. Ümummilli liderin təşəbbüsü ilə 1975-ci ildə Üzeyir bəyin ev-muzeyinin yaradılması çox əhəmiyyət kəsb edirdi.

Böyük bəstəkara həsr olunmuş elmi sesiyyada bəstəkarla bağlı söylənilən fikirlər onun sənət dünyasına fərdi prizmadan olan bir baxış idi.

 

 

Zümrüd

 

Səs.- 2010.- 7 oktyabr.- S. 12.