Bölgələrin inkişafı sürətlənir

 

“Bizim məqsədimiz ondan ibarətdir ki, hər bir qəsəbə, kənd, hər bir rayon mərkəzi inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar, məktəblər, xəstəxanalar tikilsin, bütün sosial infrastruktur yeniləşsin, yeni yollar çəkilsin." Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan islahatların keyfiyyətcə yeni mərhələ üzrə davam etdirilməsini həlli vacib məsələ kimi diqqətə çatdırır.

Regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inamla inteqrasiya edən dövlət kimi beynəlxalq ictimaiyyətin marağını cəlb edir.

"Mən şübhə etmirəm ki, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkə qarşısında duran iqtisadisosial problemlər öz həllini tezliklə tapacaqdır"- deyən dövlət başçısı bildirir ki, bu gün bölgələr inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Təbii ki, uğurların əsasında məqsədyönlü islahatlar, düşünülmüş siyasət, hər bir sahə üzrə proqramların mövcudluğu və onların xalq tərəfindən dəstəklənməsi dayanır.

İqtisadiyyatın şaxələndirilməsi qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Neft gəlirlərindən səmərəli istifadə digər sahələrin, xüsusilə də, qeyri-neft sektorunun inkişafına stimul verir. Dövlət başçısı bildirir: "Əgər biz ancaq iqtisadiyyatımızın bir sektoruna üstünlük verib, başqa sahələri kənarda qoysaydıq, bu gün inkişafdan söhbət gedə bilməzdi. Bax, bu reallıqlar bizim üçün məhz hərtərəfli inkişaf, regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məsələlərini yaradır."

Son illərdə qeyri-neft sektorunun inkişafında böyük uğurlar əldə edilib. Ölkəmiz özünü ərzaq məhsulları ilə tam təmin edir. Respubilkamızda istehsal olunan emal məhsulları başqa ölkələrə ixrac edilir. Bu, o deməkdir ki, ölkə iqtisadiyyatı ancaq enerji resurslarından asılı deyil. Bölgələrdə gedən quruculuq-abadlıq işləri, yeni yerlərinin yaradılması, yeni zavodların, fabriklərin açılması, bütün bunlar görülən işlərin praktik nəticələridir.

2004-cü ildə əsas vəzifə kimi qarşıya qoyulan qeyri-neft sektorunun, sahibkarlığın inkişafı təmin edildi. Dövlət başçısı bildirir ki, Azərbaycanın inkişafına xariciyerli investorlarda böyük inam var. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı daim dövlətin diqqətindədir. Bu məqsədlə yaradılan "Aqrolizinq" ASC və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən adamlarına ayrılan güzəştli kreditlərin həcmi və icarəyə verilən kənd təsərrüfatı maşınlarının sayı artırılır, əlavə imtiyazlar müəyyənləşdirilir. Nəticədə ÜDM-də 85 faiz payı olan özəl bölmənin inkişafı yüksək səviyyədə təmin edilir.

Son 7 ildə 900 mindən artıq yeni yeri açılıb. Həyata keçirilən infrastruktur layihələrinin uğurlu tətbiqi nəticəsində bölgələrin siması dəyişir, regionlardan paytaxta miqrasiyanın qarşısı alınır. 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının icrasına başlananda cənab İlham Əliyev bildirmişdi ki, məqsəd kəndlə şəhər arasında fərqi azaltmaq, hər bir bölgənin inkişafını təmin etməkdir: "Əgər hər bir kəndin problemi həll edilərsə, deməli, ölkədə bütün problemlər həll olunar. Hər bir rayonun, hər bir kəndin öz proqramı, öz tədbirlər planı olmalıdır".

Dövlət başçısı İlham Əliyevin əksər bölgələrə səfərlərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının sürətləndirməsinə dair sərəncam imzalaması, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da bu məqsədə xidmət edir.

Prezident İlham Əliyev Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində sosial-iqtisadi məsələlərin öz həllini tapacağına əminliyini ifadə edir. Bir sıra obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edən Prezident İlham Əliyev iqtisadi tərəqqini şərtləndirən amilləri diqqətə çatdırır.

Bu gün respublikamızın bölgələri inkişaf, tərəqqi baxımından paytaxtdan geri qalmır. Bütün bölgələrdə təhsil ocaqları, tibb müəssisələri, istirahət və əyləncə mərkəzləri, xidmət obyektləri və digər sosial obyektlər tikilib istifadəyə verilib, müasir standartlara uyğun yenidən qurulub.

Bölgələrə səfərləri zamanı Prezident İlham Əliyevin əhali tərəfindən böyük sevinclə qarşılanması verdiyi hər bir vədinin konkret əməli işdə təsdiqini tapması, ən başlıcası isə xalq-iqtidar birliyinin möhkəmliyi ilə bağlıdır. "İqtisadi islahatların əsasında xalqın sosial müdafiəsinin gücləndirilməsi dayanır"-deyən dövlət başçısı qeyd edir ki. iqtisadi uğurlar yalnız rəqəmlərdə deyil, gündəlik həyatda öz əksini tapmalıdır. Regionların simasının dəyişməsi, bölgələrdən paytaxta miqrasiyanın qarşısının alınması da deyilənlərə əyani sübutdur. Yerlərdə olarkən əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanan Prezident İlham Əliyev təklif və təşəbbüslərin reallaşmasını, lazımi tədbirlərin görülməsini müvafiq qurumların qarşısında mühüm vəzifə kimi qoyur.

Ölkə iqtisadiyyatının inkişafı üçün əsas amil olan enerji təhlükəsizliyinin təminatı istiqamətində də önəmli addımlar atılır. Bölgələrdə müxtəlif gücə malik elektrik stansiyalarının istifadəyə verilməsi ilə emal müəssisələrində ən müasir texnologiyaların tətbiqi üçün əlverişli imkan yaranır. Hazırda respublikanın ən ucqar yaşayış məntəqələrində belə insanların təbii qaza və enerjiyə olan ehtiyacı daxili mənbələr hesabına ödənilir.

Əhalinin içməli su ilə təminatı məsələsi də diqqətdədir. Əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün nəzərdə tutulan Oğuz-Qəbələ-Bakı su anbarının tikintisi də sürətləndirilir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi ilə daha mühüm uğurların əldə olunacağına əminliyini ifadə edən dövlət başçısı ölkə iqtisadiyyatının ümumi durumunu müsbət qiymətləndirir. Regional inkişaf proqramı və bütün bölgələrdə gedən quruculuq işləri ölkəmizi gücləndirir. Prezident İlham Əliyevin "Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin" fikri reallıqdır. Bunu hər kəs artıq öz yaşadığı yerdə aydın görür.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 8 oktyabr.- S. 5.