4-cü Azərbaycan
Beynəlxalq Təhsil
və Karyera Sərgisi öz işinə başladı
"Təəssüf edirəm ki, 4-cü
Azərbaycan Beynəlxalq Təhsil və Karyera
Sərgisində ölkədə fəaliyyət
göstərən bütün ali təhsil müəssisələri
iştirak etmir"
Dünən paytaxtda
4-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera
Sərgisi öz işinə başlayıb. SİA-nın
xəbərinə görə, tədbirdə təhsil naziri
Misir Mərdanov, nazir müavini Elmar Qasımov, İTECA Caspian
Şirkətinin direktoru Fərid Məmmədov və təhsil
ictimaiyyətinin digər nümayəndələri iştirak
ediblər.
Tədbiri giriş
sözü ilə açan təhsil naziri bildirib ki, 4 il
ərzində sərgi Təhsil Nazirliyinin dəstəyi
ilə həyata keçirilir. O vurğulayıb ki, sərginin
yeni “Bakı Ekspo Mərkəzi” kompleksində
keçirilməsi sərginin inkişafının
yüksək dinamikasını bir daha göstərir. O,
təhsil xidmətləri, peşəyönümlü
istiqamətləndirmə və gənclərin
məşğulluğuna etibarlı zəmanət
baxımından regionun əsas illik forumuna çevrildiyini qeyd
edən təhsil naziri builki sərgidə 60-dan çox
ödənişli və ödənişsiz
fakültələrin, kursların, habelə ən
müxtəlif ixtisaslar üzrə proqramları
özündə birləşdirən 94 təhsil
müəssisəsinin təqdim olunduğunu diqqətə
çatdırıb. Nazir qeyd edib ki, bütövlükdə
isə sərginin ekspozisiyasında
məktəbəqədər və orta təhsil, ali təhsil
müəssisələrinin proqramları, distansion
maarifləndirmə sistemləri, xaricdə təhsil və
tələbələrin mübadiləsi üzrə proqramlar,
elmi dərəcələrin əldə edilməsi
üzrə təhsil, karyeranın
planlaşdırılması və inkişaf etdirilməsi
üzrə konsultasiyalar, fakültativ təhsil və turizm
üzrə proqramlar, dil kursları və yay
məktəbləri, yeni informasiya texnologiyaları, multimedia
sistemləri, video və televiziya avadanlıqları,
kompüterlər təqdim olunur.
“Təhsil
istiqamətlərinin coğrafiyası da əhəmiyyətli
dərəcədə genişlənərək Azərbaycan,
Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan,
İspaniya, Kanada, Koreya, BƏƏ, Rusiya, ABŞ,
Türkiyə və İsveçrə kimi ölkələri
əhatə edir. 4 il əvvəlki sərgi ilə bu günki
sərgini müqayisə etdikcə Azərbaycanin
inkişafı aydın şəkildə görünür. Sevindirici
haldır ki, Türkiyənin 15 universiteti burada təmsil olunur.
Ancaq təəssüf edirəm ki, bu sərgidə
Azərbaycanda fəaliyyət göstərən bütün
ali təhsil müəssisələri iştirak etmir. Azərbaycanda bugün 50-ə yaxın universitetdən cəmi 2 universitet sərgidə iştirak edir. Bu təəssüfedici bir haldır. Bu onunla bağlıdır ki, hələlik bizim cəmiyyətimizdə
reklamın mənasını
dərindən başa
düşmürlər. İnanıram ki, zaman keçdikcə bu da öz həllini
tapacaqF, - deyə o əlavə edib.
“TECA Caspian Şirkətinin direktoru Fərid Məmmədov sərgi haqqında ətraflı məlumat verib. O vurğulayıb ki,
sərgidə ilk dəfə
olaraq Ankara, İstanbul
və İzmirin 15 təhsil müəssisəsini
özündə birləşdirən
Türk Milli Universitetlər Qrupu da iştirak edir.
“Koreyanın milli stendi isə əsas istiqamətləri
İKT və mühəndislik
olan 11 universiteti təqdim edir. Böyük Britaniya
isə
Səs.- 2010.- 8 oktyabr.-
S. 9.